Xərçəng yox olmaq üzrədir…   |   Prostatit və onunla mübarizə   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Xoşbəxtlik qadınları zəif edir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Qadınlar niyə çox danışır?   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Uşaqları öpməyin!   |   29 yaşında nənə oldu   |   Oturaq iş qadınları qocaldır   |   Ramazan ayında necə qidalanmalı?   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Başı başqa bədənə köçürüləcək   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Qaradərili insanlar daha sakit olurlar   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   2 yaşında 41 kilo oldu   |   Qadınlar, qəhvə için!   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Uzunömürlülüyün sirri almadadır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Kişilər yoxa çıxacaq   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Çox oturmağın zərərləri   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Savadlı ol ürəyin ağrımasın   |   Çox gülən qadınlar tez kökəlir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Arıqladan çimərlik paltarı   |   
Ofisdə sağlam qidalanma üçün ipucları

Az qala hamımız şəxsi həyatımızı işimizə qurban veririk. İşə gecikməmək və ya bəzi işləri çatdırmaq üçün az yatırıq, səhər yeməyini yemirik, işdə çox yorulduğumuzu söyləyərək idman etməyə enerjimizin qalmadığından şikayət edirik. Və bu arada sağlam qidalanmanı ya unuduruq, ya da uyğun hesab etdiyimiz ayaqüstü yeməklərlə vəziyyəti yola verməyə çalışırıq. İş yeməkləri, iş yoldaşlarımızın ad günləri və bir çox tədbirlər zamanı yüksək kalorili yeməklər əslində qidalanma rejimimizin dəyişməsinə və düzgün olmayan qidalanmanı normal saymağımıza səbəb olur. Amma siz artıq bu problemin fərqinə varanlardansınız və qeyri-sağlam qidalanmaya qarşı strateji ipucları əldə etməyə daha layiqsiz!

 

PROBLEM 1) İş yoldaşlarınızla birgə yaxınlıqdakı restorandan nahar sifariş verməlisiz, amma onlar dönər, pizza kimi yüksək kalorili və ya qızardılmış yeməklərə üstünlük verirlər.

HƏLLİ: Ofisə evdən yeməklə getmək istəmirsizsə, o halda ətrafdakı restoranların ən sağlam menyularını fosforlu qələmlə qeyd edin, sizə zərərli olanların üzərindən isə “X” işarəsini çəkin. Və bu menyuları çəkməcənizdə saxlayın, nahar vaxtı çatdığında isə önünüzdə olan və işarələnmiş bu siyahılardan nə yemək istədiyinizi rahatca seçə bilərsiniz. Yaxındakı restoranlara bağlı qalmaq istəmirsizsə, başqa restoranların menyularından ətlər, paxla, noxud və mərcimək, meyvə-tərəvəzlər və bostan məhsullarından hazırlanaraq sobada, buxarda bişmiş və ya qaynadılmış yeməkləri seçə bilər və sağlam qidalanmış olarsınız.

 

PROBLEM 2) Gününüz çox gərgin keçdi və siz saat 16:00-a qədər heç bir şey yemədiyinizi və acından az qala “bütün dünyanı” yeməyə hazır olduğunuzu fərq etdiz!

HƏLLİ: Bu cür uzun ac qalmalar məsləhət görülmür və mütləq ağzınıza bəzi qidalar atmalısız. Əgər iş başınızı çox qarışdırırsa və yemək yeyəcəyinizi unudursuzsa, telefonunuza sizi xəbərdar etmək üçün səsli-yazılı xatırlatmalar qeyd edin. Uzun müddət ac qalmaq insanı arıqladmır, əksinə, bu hal insanın ən böyük düşmənidir. Yeməklər arasındakı müddət uzun olduqca qanda şəkəriniz azalır və bir şey yemək üçün siqnallar göndərilir. Əlbəttə ki, uzun aclıqdan sonra daha çox yeyəcəksiniz və yüksək kalorili qidalara qarşı iradəniz də zəifləyəcək.

Vaxt tənzimləməkdə cətinlik çəkənlər üçün: Səhər yeməyilə nahar arasında 4-5 saatdan artıq ac qalınmamalıdır. Digər yeməklər arasında isə 3 saatdan artıq müddət olmamalıdır.

 

PROBLEM 3) Ofisdə hər ay bir neçə iş yoldaşınızın ad günü qeyd edilir və tortlara, paxlavalara, piroqlara yox deyə bilmirsiz!

HƏLLİ: Həmin ayda doğulmuş bütün iş yoldaşlarınızın ad gününü tək bir gündə qeyd etməyi təklif edin və həmin gün ofisə evdə bişirilmiş sağlıqlı (qara undan hazırlanmış, az şəkərli, az yağlı, kiçik ölçülü) keks və ya biskvitlər gətirin. Beləcə, həmin ayda yediyiniz un məhsullarının sayını azalda, keyfiyyətlərini isə artıra bilərsiz. Bəzi iş yoldaşlarınız sizinlə həmfikir deyilsə, sizin kimi sağlam qidalanmaq istəyən dostlarınızla birgə ad günlərində şirniyyat əvəzinə meyvə (alma, portağal, banan) salatları və ya meyvəli (qaysılı, kişmişli, çiyələkli) yoğurtlar ala və ya sifariş edə bilərsiniz. Hər kəs sizinlə razılaşmaya bilər, amma siz öz sağlamlığınız üçün davam və israr edərsizsə, növbəti aylarda bir çox insanın könüllü olaraq sizin kimi qidalanmağa başladıgına şahid olacaqsız. Çünki aradakı fərqi görəcəklər.

PROBLEM 4) Ofisdə yanınızdakı masanın üstündə içərisi biskvit və şokoladlarla dolu və boşaldıqca doldurulan böyük bir qab var və sizə də hər dəfə yeməyiniz üçün israrlı təkliflər olur!

HƏLLİ: Belə hallarda qarşı tərəfin etiraz edəcəyindən qorxmayın. Kiçik bir təşəkkür və ya gülümsəmə ilə o qidanı yemək istəmədiyinizi hiss etdirə bilərsiz. Əgər iradəniz zəifdirsə, iş yoldaşınızdan o qabı ortalıqdan götürməyi xahiş etməyiniz mümkündür. Başqa metod isə o qabın sağlam qidalarla doldurulmasına yardım etməkdir. Boşaldığını görürsüzsə, oraya meyvə qurusu tökərək, zərərli qidalarla doldurulmasının qarşısını ala bilərsiz. Başqa alternativ isə, polad kimi olan öz sağlam iradənizi mükafatlandırmaqdır. Çəkməcənizə bir pul sandıqçası qoyun və zərərli qidalara hər “yox” dediyinizdə, onun içinə 1-2 manat atın. Həftə sonunda yığdığınız bu pulları özünüz üçün idmana (futbol, tennis), kinoya, gəzintiyə, uşaqları əyləndirməyə və sairəyə istifadə edə bilərsiniz. Düzdür, bu strategiya bir az intizam və motivasiya istəyir, amma əmin olun ki, həftə sonunda sağlam və aktiv bədəniniz sizə təşəkkür edəcək.

Bəli, bu tövsiyələr sayəsində “işə başlayandan bəri 5-10 kq artdım” cümləsini daha az eşidəcəyik. Bu misalları oxuduqca onları həyata keçirməyin nə qədər asan olduğunu düşündüyünüzə əminəm. Amma aparılan tədqiqatlar bu tövsiyələrə təmkinli və qərarlı şəkildə riayət edilmədiyi təqdirdə lazımi nəticələrin alınmadığını göstərir. Deməli, biz daha da diqqətli, səbrli, stabil, motivasiyalı və məqsədyönlü olmalıyıq.

 

Dietoloqa sual ver

Dr. Səlim Əhədov
Endokrinoloq-dietoloq

Baxış sayı
Ay ərzində: 16
Bütünlüklə: 2149