Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Portağal sümüyü bərkidir   |   Suyu az içmək beyni qocaldır   |   Enli budlar sağlam ürəyə işarədir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   3D ürək bulandırır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Köklük insult riskini artırır   |   Uşaqları öpməyin!   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Saqqız çeynəməyin faydaları   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Arıqladan çimərlik paltarı   |   Çox oturmağın zərərləri   |   Təzyiq altında yaşamayın   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Depressiyanın dərmanı - dondurma   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Stress qadınların beynini zəiflədir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Dişləri düzgün fırçalama texnikası   |   Qadınlar yatanda arıqlayır   |   Oturaq iş qadınları qocaldır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Çili bibərləri ağrıkəsicidir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ana südü xərçəngə qarşı   |   Partenofiliya - bakirə qızlara meyl   |   Yuxusuzluq kökəldir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qadınların sevimli yaş dövrü   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Diliniz dərdinizdən danışır...   |   
Qalxanabənzər vəzin xoşxassəli və bədxassəli düyünləri (1-ci hissə)

Qalxanabənzər vəzin düyünləri həm xoşxassəli, həm də bədxassəli proseslər nəticəsində əmələ gələ bilər. Qalxanabənzər vəzin düyünü ilə bağlı müayinə edilən hər hansı şəxsdə əsas məqsəd xərçəng, yəni bədxassəli prosesin istisna edilməsidir.
Ümumiyyətlə, qalxanabənzər vəzdə düyünlər adətən digər səbəblərdən aparılan fiziki müayinə və ya görüntüləmə (KT, MRT və ya USM) zamanı rast gəlinmiş tapıntı (inçidentalom) kimi müəyyən edilir.


Klinikası:
Xəstələrin müayinəsi zamanı hiper- və hipotiroidizmin simptom və əlamətlərinin müəyyən edilməsinə diqqət yetirilməlidir. Xəstədən çəkisinin artma və ya azalması, saçların tökülməsi, soyuğa və ya istiyə dözümlüyü, ürək döyüntüsünün artması, əsəbilik, apatiya və s. bu kimi simptomlar soruşulmalıdır. Eyni zamanda, disfoniya (səsin dəyişməsi), disfagiya (udmanın pozulması) və ya dispnoe (təngənəfəslik) kimi xəstəliyin əlamətlərinin mövcudluğu öyrənilməlidir. Bundan başqa, xəstənin şüalanmaya məruz qalması, hamilə olub-olmaması, yod (J) tərkibli dərman preparatlarından istifadə edib-etməməsi də soruşulmalıdır.

 

Bədxassəli şişin yaranmasına təkan verən risk faktorları:
* uşaqlıq dövründə baş və boynun şüalandırılması
* sümük iliyinin köçürülməsi məqsədilə bütöv bədənin şüalandırılması
* ailədə qalxanabənzər vəzin xəstəliyi və ya qalxanabənzər vəzin xərçənginin olması
* düyünün sürətlə böyüməsi
* səsin batması.

 

Fiziki müayinə zamanı düyünün xərçəng olması ehtimalını artıran xüsusiyyətlərə aşağıdakılar aiddir:
* fiziki müayinədə düyünün fiksə olunmuş olması, bərk olması və ya sürətli böyüməsi,
* disfoniya, disfagiya və dispnoenin olması,
* boyun limfa düyünlərinin adenopatiyası (LAP).

 

Qalxanabənzər vəzdə düyünün differensial diaqnostikası aşağıdakılardan ibarətdir:
* xoş xassəli çoxdüyünlü zob
* sadə kista, hemorragik kistalar
* tiroidit: yarımkəskin tiroidit və ya xroniki limfositik tiroidit
* tiroid follikulyar adenoma
* tiroid kanseri (xərçəngi):
* follikulyar tiroid xərçəngi
* papilyar tiroid xərçəngi
* medulyar tiroid xərçəngi
* Hurtl hüceyrəli tiroid xərçəngi
* anaplastik tiroid xərçəngi (karsinoması)
* ilkin tiroid limfoması
* sarkoma
* teratoma
* metastatik şiş

ardı var...

Dietoloq-endokrinoloq Əhədov Səlim

Endokrinoloqa sual ver

Baxış sayı
Ay ərzində: 20
Bütünlüklə: 1854