Arıqlamağın sadə üsulu – təkəbbür   |   Kola spermanın tərkibini korlayır   |   2 yaşında 41 kilo oldu   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Həkimlərdən qeyri-adi cəza   |   Uzunömürlülüyün sirri   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Kişilər yoxa çıxacaq   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Soğan yemək beyini gücləndirir   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Tənhalıq xərçəngə səbəb olur   |   Boşanma kişilərə də təsir edir   |   Başı başqa bədənə köçürüləcək   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Uzunömürlülüyün sirri almadadır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Nikah gecəsinin sirləri   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Arıqladan çimərlik paltarı   |   Qadınlar daha ağıllıdır   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Ramazan ayında necə qidalanmalı?   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Kök kişilər daha sədaqətlidir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Pula qarşı allergiyası olan insan   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Oturaq iş qadınları qocaldır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Portağal sümüyü bərkidir   |   
Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...

Təxminən dörd il əvvəl atası, əmisi və qardaşı tərəfindən zorlanan 15 yaşlı qızın məhkəmə prosesi gündəmi alt-üst etmişdi. Rayonların birində yaşayan bir qız anasını itirdikdən sonra atasının və qardaşının qulluğunda dururmuş. Bu qulluq isə ona həm də cinsi istismara məruz qalması bahasına başa gəlib.

Məhkəmə zamanı verilən ifadələr, zərərçəkmişin başına gətirilənlər cəmiyyətdə şok effekti yaratsa da, belə tükürpədici olaylara indi də rast gəlinir.

Yaxın qohumlar tərəfindən qızların zorlanması, cinsi təzyiq Azərbaycan üçün xarakterik deyil. Buna görə də məhrəm sayılan atanın, qardaşın, əminin və dayının bu cür cinsi zorakılığı cəmiyyətin sərt reaksiyası ilə qarşılanır. Hətta son zamanlar bu tip zorakılıqların və cinsi meyillərin qarşısını almaq üçün ölüm hökmünün tətbiqini təklif edənlər də var.

Xatırladaq ki, insanların öz doğmaları - genetik bağlılığı olanlarla könüllü və ya zorla cinsi əlaqəsi insest adlanır. İnsest əlaqə tərəflərdən birinin razılığı olmadığı halda zorla və təzyiq etməklə baş verdikdə istismar və cinayət sayılır.

 

Tabu var

Cəmiyyətin bütün tərəfləri kimi bu qaranlıq və mübahisəli mövzu barədə fikrilərini bölüşən filosof Niyazi Mehdi deyir ki, əksər mədəniyyətlərdə insestə qarşı tabu, qadağa var: “Çox zaman insest bacı-qardaş arasında baş verir. Lakin müxtəlif insest formaları ola bilər. Məsələn, valideyn-uşaq cinsi əlaqəsi, bacı-qardaş, xala-bibi-əmi-dayı qohumluğu olan və sair”.

Müsahibimiz deyir ki, Fransa, Hollandiya, Danimarkada insest normal qəbul olunur. Həmçinin Rusiyanın özündə də bu, cinayət sayılmır. Lakin bu kimi qohum evliliyinə icazə verilmir. Məsələn, bacı-qardaşın bir-biri ilə cinsi əlaqəsi normaldır. Lakin onlar evlənə bilməz. Niyazi Mehdiyə görə, Azərbaycanda insest əlaqə nadir hallarda baş verir, sadəcə, bu olayın tirajlanması böyük səs-küyə səbəb olur.

Tarixinə gəlincə, Qədim Misirdə və İnk qəbiləsində əksər kişilərin öz bacıları ilə evləndiyi barədə bilgilər var. Mütəxəssislər hazırda da davam edən bu prosesdə müsəlman ölkələrin azlıq təşkil etdiyini deyirlər.

Qeyd edək ki, sorğu nəticəsində məlum olub ki, dünya əhalisinin 15 faizi bir dəfə də olsa insest sayılacaq cinsi əlaqədə olub. Dünyada bu əlaqəyə meyilliyə Hindistanda daha çox rast gəlinir. Burada insest sayılacaq cinsi əlaqə 40 faizi keçir.

İnsest əlaqəyə meylin müxtəlif səbəblərdən baş verdiyi bildirilir. Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Denis Rzayev deyir ki, insest əlaqə bütün dövrlərdə olub və müxtəlif cəmiyyətlərdə müxtəlif cür qarşılanıb: “Əsasən Avropa ölkələrində, Rusiyada, Amerikada rast gəlinir. Haram sayıldığı üçün müsəlman ölkələrində geniş yayılmayıb. Adını çəkdiyimiz ölkələrdə isə insest əlaqə bəzən cinsi azadlıq kimi qəbul olunur”.

Psixoloq deyir ki, öz doğmalarına qarşı zorakılıqların kökündə uşaq vaxtı yaşanmış psixoloji travma durur: “Araşdıranda bəlli olur ki, bunu edən insanların konkret psixoloji travmaları var. Belələri ruhi-əsəb diaqnozlu xəstə sayılmırlar. Bu, həm də mədəniyyət, tərbiyə çatışmazlığından doğan uyğunsuzluqdur. Yəni həmin şəxslər genetik pozuntu ilə doğulmurlar, mühitə görə davranırlar.  Doğmalarına qarşı zorakılıq edən kişilərdə intim fantaziya və intim tələbatın ödənilməsi sərhəd tanımır. Bu cür halları əsas götürüb deyirəm ki, əgər bir fərd bioloji tələbatlarının ödənməsi prosesində hansısa bir narahatlıq hiss edərsə, vaxtında üstünə düşməlidir. Çünki fantaziyalar sərhəd tanımır".

 

Kortəbii instinktin fəsadı

Bəzən insest əlaqəyə meyilli insanlarda fizioloji çatışmazlıqlar olduğu da deyilir. Lakin androloqlar problemin kökündə cinsi instinktlər dayandığından bu versiyanın yanlış olduğunu düşünürlər.

Respublika dəri-zöhrəvi dispanserinin uroloq-androloqu Rasim Şıxəliyev də bu cür düşünərək təbabətdə bu halın yolverilməz olduğunu, hətta bu cür əlaqədən genetik xəstə uşaqlar doğulduğunu deyir: “Hər bir insanda instinktlər var: özünüqoruma instinkti, qidalanma instinkti, cinsi instinkt... Bu problemin kökündə də cinsi instinkt durur. Unutmaq olmaz ki, seksual meyl kortəbii instinktdir. Əlbəttə, insanın psixolojı durumunun da böyük rolu var. Yalnız psixi xəstə insanlar cinsi instinktdən dolayı bu cinayəti törədirlər. İnsanı heyvandan ayıran şüurdur”.

Mütəxəssis insest əlaqələrin çoxalmasının həm insanın səhhətindən, həm düşdüyü ətraf mühitdən, həm cəmiyyətdən, həm də aldığı məlumatlardan asılı olduğunu iddia edir: “Seksual tərəfdən inkişaf etməmiş insanlar belə xəbərləri oxuyanda onun qeyri-normal olduğunu anlamırlar. Bu cinayəti törədən insanın psixikası mütləq ətraflı müayinə olunmalıdır. Fikrimcə, bu insanların 90-95 faizinin psixi fəaliyyətində problemlər var. Bu məzmunlu xəbərlərin yayılması da xoşagəlməz halların çoxalmasına rəvac verir. Bu xəbəri 95 faiz nifrətlə qarşılayırsa, 5 faizin beynində şüuraltı şəkildə maraq doğurur”.

 

Yasaq münasibətin doğmalaşması

Tarixi qədim olsa da, insest əlaqə hətta qədim Avstraliya qəbilələrində belə nifrətlə qarşılanıb. İbtidai qaydalarla idarə olunan bir qəbilədə belə, yasaq sayılan hərəkətin əhatəsinin indi genişlənməsi cəmiyyətdə seksual gərginliklə izah olunur.

Keçən əsrin ortalarında bir alman psixiatrı yazırdı ki, bir müddət sonra insanlar intim haqqında danışmağı intimlə məşğul olmaqdan üstün tutacaqlar. Bu, günümüzün reallığıdır. İnsanlar intimdən danışmağı, pornoya baxmağı onu həyata keçirməkdən üstün tuturlar. Bu, düşüncənin transformasiyasıdır. Odur ki, artıq “zorladı” başlıqlı xəbərlərin sayının azalması üçün cəmiyyətdə cinsi maarifləndirmə tədbirlərinə böyük ehtiyac yaranır.

Naibə QURBANOVA

Baxış sayı
Ay ərzində: 37
Bütünlüklə: 4448