Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   29 yaşında nənə oldu   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Boşanma kişilərə də təsir edir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Dişləri düzgün fırçalama texnikası   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Savadlı ol ürəyin ağrımasın   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Xərçəng yox olmaq üzrədir…   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Yemiş stressin dərmanıdır   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Tənhalıq xərçəngə səbəb olur   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Uzunömürlülüyün sirri   |   Süni mayalanmada hansı risklər ola bilər   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Piylənmə və artıq çəki problemi   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Pul saymaq ağrını azaldır   |   Diliniz dərdinizdən danışır...   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Su filtrindən süzülən xəstəlik   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Suyu az içmək beyni qocaldır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Başı başqa bədənə köçürüləcək   |   Qadınlar niyə çox danışır?   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Çili bibərləri ağrıkəsicidir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Qadınlar yatanda arıqlayır   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Peşənə bax, ölümünü bil!   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   
Qalxanabənzər vəzin xoşxassəli və bədxassəli düyünləri (2-ci hissə)

Qalxanabənzər vəzin düyünü müəyyən edildikdə diaqnostik testlər baxımından ilk növbədə TSH - tiroid stimullaşdırıcı hormonun səviyyəsi təyin edilir.

Əgər TSH səviyyəsi aşağıdırsa, onda xəstədə xərçəng xəstəliyinin olma ehtimalı azalır. Bu zaman aşağıdakı testlər keçirilir:

*sərbəst tiroksin - fT4, ümumi - T3 və ya sərbəst triyodtironin - fT3 səviyyəsi ölçülür.

*düyünün avtonom funksional olmasını təyin etmək üçün radionüvə müayinəsi (sintiqrafiya) keçirilir:

1. Sintiqrafiya düyünləri hiperfunksional (isti), hipofunksional (soyuq - xərçəng olma potensialı yüksək!!!) və ya qeyri-müəyyən (çoxdüyünlü zob həm isti, həm də soyuq düyünlərin olması ilə xarakterizə edilə bilər) kimi qiymətləndirir.

2. TSH səviyyəsi aşağı olan və qalxanabənzər vəzin düyünü sintiqrafiyaya əsasən hiperfunksional (və ya “isti”) düyün kimi təyin edilən xəstələr hipertiroidizmlə bağlı müayinə edilməlidir. Bu xəstələrdə düyünün nazik(incə) iynə ilə aspirasiyasına (biopsiyasına) ehtiyac yoxdur.

Əgər TSH səviyyəsi yüksəkdirsə, bu zaman həmin xəstələrdə sərbəst tiroksin - fT4 və anti-tiroid peroksidaz anticisimciklərinin (TPOAb və ya antiTPO) səviyyəsi ölçülür. TPOAb - ın səviyyəsi yüksək olduqda və kiçik həcmli və ya diffuz böyümüş və bərkimiş qalxanabənzər vəzə malik olan xəstələrdə autoimmun tiroidit - Haşimoto tiroiditi daha çox ehtimal edilir.

 

İnstrumental müayinələr

Müəyyən səbəbdən aparılmış həm fiziki müayinə, həm də görüntüləmə nəticəsində qalxanabənzər vəzdə müəyyən edilmiş düyünlər bütün hallarda ultrasəslə müayinə - edilməlidir (USM - UZİ).

Ultrasəs müayinəsilə iynə ilə düyünün aspirasiyası palpasiya edilməyən, habelə tiroid vəzinin arxa payında və daha çox kistalı olan düyünlərin müayinəsində istifadə edilir. Sintiqrafiyada hiperfunksional (isti sayılan) düyünlər aspirasiya edilmir. Tapılmış düyünlər ilk öncə USM-lə müayinə edilməli, sonradan isə iynə ilə aspirasiya nəzərdən keçirilməlidir. Müəyyən hallarda qanda kalsitonin səviyyəsinin təyini qalxanabənzər vəzin düyünlərinin araşdırılmasında istifadə edilə bilər. Lakin nəzərə alınmalıdır ki, qanda kalsitonin hormonun artması həm medulyar tiroid xərçəngi, həm də ağciyər və ya mədəaltı vəzin endokrin şişləri, böyrək çatışmazlığı, autoimmun tiroidit və hiperqastrinemiya ilə əlaqədar ola bilər. Ailə üzvlərində MEN 2 sindromu və ya medulyar tiroid xərçəngi qeydə alınmış xəstələrdə kalsitonin səviyyəsinin təyini faydalı ola bilər.

Hamilə qadınların müayinəsi bir istisna olmaqla qalxanabənzər vəzdə düyünü olan digər xəstələrin müayinəsindən fərqlənməməlidir. İstisna isə hamilə qadınlarda radio-nüvə sintiqrafiyasının keçirilməməsidir ki, bu dölün şüalanmasına səbəb ola bilər. Əgər hamilə qadınlarda qalxanabənzər vəzin eutiroid və ya hipotiroid vəziyyətdə olduğu müəyyən edilibsə, incə iynə ilə aspirasion biopsiya (irəlidə izah ediləcək) aparılmalıdır.

Uşaqlarda müəyyən edilmiş düyünlər böyüklərdə olduğu kimi araşdırılmalıdır.

Qalxanabənzər vəzdə düyünlərin MRT və ya KT ilə müayinəsi məsləhət edilmir. Bəzi hallarda əməliyyatdan qabaq düyünün ölçüləri, tənəffüs yollarının kompressiyası və ya düyünlü zobun döş sümüyünə qədər böyüməsini qiymətləndirmək üçün MRT və ya KT tətbiq edilə bilər.

Dietoloq-endokrinoloq Əhədov Səlim

Endokrinoloqa sual ver

 

Baxış sayı
Ay ərzində: 26
Bütünlüklə: 1765