Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Kişilərin futbol sevgisi   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Dişləri düzgün fırçalama texnikası   |   Boşanma kişilərə də təsir edir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Xərçəng yox olmaq üzrədir…   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Piylənmə və artıq çəki problemi   |   Sonsuzluq – miflər və faktlar   |   Sevgi qurban tələb edir   |   Köklük insult riskini artırır   |   Zəmanə qadınları...   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Ana bətnində 4 gün donduruldu   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Tüstüsüz siqaret kəşf edildi   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   İnsan dərisindən ev   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Tənhalıq xərçəngə səbəb olur   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Xərçəngi insan yaradıb?   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Kola spermanın tərkibini korlayır   |   İdman depressiyanın dərmanıdır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Körpələr yatanda da öyrənir   |   Qadınların sevimli yaş dövrü   |   Qadınlar, qəhvə için!   |   Xörəyi musiqi sədaları altında hazırla   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Şokolad qan təzyiqini azaldır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Oturaq işləyən insanlar diqqətli olun   |   B6 vitamini xərçəng risqini azaldır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ev işləri erkən doğum risqini artırır   |   Linza seçərkən diqqətli olun   |   Yemiş stressin dərmanıdır   |   Qadınlar niyə çox danışır?   |   
Bədxassəli və xoşxassəli düyünlər zamanı biopsiya və cərrahi müalicə

İncə iynə ilə aspirasion biopsiya (İİAB) aşağıdakı prinsiplərə əsasən aparıla bilər:

  • Radionuklid  ssintiqrafiyasında isti və ya hiperfunksional olan düyünlərin aspirasion biopsiyası aparılmır.
  • Boyun limfa düyünlərinin adenopatiyası, USM-də düyünün qalxanabənzər vəzi kapsulundan kənara çıxması, uşaq vaxtı boynun şüalanması, ailə üzvlərində MEN 2 sindromu və ya medulyar və ya papilyar tiroid xərçənginin mövcudluğu, qanda kalsitonin səviyyəsinin yüksək olduğu hallarda USM altında düyünün iynə ilə aspirasion biopsiyası aparılmalıdır.

 

Həmçinin, aşağıdakı hallarda düyünün iynə ilə aspirasiyasının aparılması tövsiyə edilir:

  • Solid və hipoexoik düyünün 1sm-dən böyük olması; xəstə risk qrupundadırsa, 5mm-dən artıq olması və USM-də şübhəli məqamların olması;
  • İzo-hiperexoik düyünün 1-1,5 sm-dən böyük olması;
  • Qarışıq düyünün 1,5-2 sm-dən böyük olması;

Kista kimi xarakterizə edilən düyünlərin iynə ilə biopsiya məqsədilə aspirasiyasına ehtiyac yoxdur. Lakin, terapevtik müalicə baxımdan kistanın aspirasiyası üçün iynə ilə aspirasiya edilə bilər. Bəzi hallarda çoxdüyünlü qalxanabənzər vəzin (MNG) iynə ilə aspirasiyası zamanı 2-dən çox düyünün aspirasiyası nadir hallarda tələb olunur. Bu zaman ən böyük düyünlər və USM-də şübhəli olan düyünlər biopsiya edilməlidir. Araşdırmalar göstərir ki, incə iynə ilə düyünün aspirasiyası 90%-dək qalxanabənzər vəzin xərçəng prosesinin diaqnostikasına imkan verir.

 

İynə ilə düyünün aspirasiyası nəticəsində xəstənin müalicə taktikası aşağıdakı kimi aparılmalıdır:

  • iynə aspirasion biopsiyasının nəticələri qeyri-müəyyən və diaqnostik olmadığı hallarda, iynə biopsiyasının təkrarlanması tövsiyə edilir
  • sitoloji müayinə xoşxassəli (xərçəng olmayan) prosesi təsdiqləyirsə - xəstə kliniki və USM vasitəsilə dövrü olaraq müayinə-təqib edilir
  • follikulyar (və ya Hürthle hüceyrəli) proses və ya törəmə - cərrahi yolla rezeksiya (lobektomiya)
  • bədxassəli baxımından şübhəli sitologiya - cərrahi yolla rezeksiya  (lobektomiya və ya total tiroidektomiya)
  • bədxassəli hüceyrələr sitologiyada müəyyən edilirsə - cərrahi yolla rezeksiya (total tiroidektomiya). Anaplastik karsinoma, limfoma və ya metastatik törəmə olduğu zaman araşdırma davam etdirilməlidir

 

Cərrahi müalicə
Qalxanabənzər vəzin xoşxassəli düyünü müəyyən edilmiş xəstələrdə aşağıdakı hallarda cərrahi müdaxilə aparıla bilər:

  • düyünlə əlaqəli olan yerli kompressiyaedici simptomlar
  • əvvəllər edilmiş şüalanma
  • düyünün proqressiv böyüməsi
  • düyünün US müayinəsində şübhəli məqamların təyin edilməsi
  • kosmetik effektə.

Uşaqlarda bir çox hallarda həm isti, həm də soyuq düyünlərin cərrahi yolla müalicəsinə üstünlük verilir. Buna səbəb həmin düyünlərin xərçəngə çevrilməsi ehtimalının yüksək olması ilə əlaqədardır. Amma bununla bağlı yekdil fikir mövcud deyil.
Tək düyünlü xoşxassəli xəstəlik zamanı qalxanabənzər vəzin payının kəsilməsi daha geniş tətbiq edilir - lobektomiya. Çoxdüyünlü zob zamanı isə total tiroidektomiya geniş istifadə edilir.
Qalxanabənzər vəzdə aparılan cərrahi müdaxilə zamanı 8 mq deksametazonun əməliyyatdan əvvəl verilməsi əməliyyatdan sonrakı ürəkbulanma, qusma və ağrının səviyyəsini xeyli azaltmış olur. Əməliyyat zamanı sinirlərin monitorinqi və yoxlanması tiroidektomiya nəticəsində ağırlaşma kimi qeydə alınan qayıdan qırtlaq sinirinin - rekurrensin zədələnməsi (parezi) hallarının azalması ilə nəticələnir. Qalxanabənzər vəzin cərrahiyyəsi zamanı drenajların qoyulması nəticənin yaxşılaşmasına xidmət etmir və əksinə xəstəxanada qalma müddətinin artmasına səbəb ola bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, xərçəng xəstəliyinə görə aparılan tiroidektomiya və boynun disseksiyası zamanı çox nadir hallarda qoyulmuş drenajdan limforeya müşahidə edilə bilər. Bu limfatik damarların zədələnməsi nəticəsində baş verə bilər. Xüsusi yağsız pəhriz nəticəsində limfatik drenaj qısa müddət ərzində dayanır.
Tiroidektomiya və ya qalxanabənzər vəzidə aparılan cərrahi müdaxilədən sonra xəstələrə kalsium və vitamin D-nin gündəlik verilməsi hipokalsemiyanın qarşısını almış olur.

 

Uptodate və TEMD materialları əsasında hazırlanmışdır…

 

Endokrinoloqa suala ver

 

Dietoloq-endokrinoloq Səlim Əhədov

Baxış sayı
Ay ərzində: 30
Bütünlüklə: 2162