Ana südü xərçəngə qarşı   |   Stress qadınların beynini zəiflədir   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Köklük insult riskini artırır   |   Diliniz dərdinizdən danışır...   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Pula qarşı allergiyası olan insan   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   B6 vitamini xərçəng risqini azaldır   |   Siqaret karlıq yaradır   |   Prostatit və onunla mübarizə   |   Xərçəngi insan yaradıb?   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Qaradərili insanlar daha sakit olurlar   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Zəmanə qadınları...   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   29 yaşında nənə oldu   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Ana öpüşü güclü immunitet yaradır   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Pul saymaq ağrını azaldır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Savadlı ol ürəyin ağrımasın   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Çiyələk gümrahlığı artırır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Saqqız çeynəməyin faydaları   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Sevgi ürəyə xeyirdir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   
Süni mayalanmada hansı risklər ola bilər

Hər bir müalicədə mütləq bu və ya digər risklər mövcuddur. Lakin, götürülən yumurtaların və spermaların laboratoriya şəraitinə mayalandırılaraq qadına köçürülməsi yolu ilə həyata keçirilən süni mayalanma müalicəsi zamanı istifadə edilən dərmanlar və proseduraların əks təsir göstərməsi çox nadir hallarda müşahidə olunmuşdur. İstifadə edilən dərmanların mümkün əks təsiri aşağıda qeyd olunduğu şəkildə ola bilər:
Dərmanların əks təsiri:
Süni mayalanma müalicəsində yumurtaların bir və ya daha artıq yumurta əmələ gətirməsini təmin edən xəbərdarlıqlı dərmanlara ehtiyac duyulur. Bu zaman istifadə edilən dərmanların aşağıdakı əks təsirlər göstərə bilər:
Əhval-ruhiyyədə  dəyişiklik, allergik reaksiyalar, qarın ağrısı, ishal, qusma və ürək bulantısı;
İnyeksiya edilən sahələrdə az miqdarda göyərmə və ağrı.
Yumurtalığın hiperstimulyasiyası sindromu (OHSS, Ovarian hyperstimulation syndrome) süni mayalanma müalicəsində xəstələrin bir qismində müşahidə oluna bilər. Bu özünü narahatlıq, ürək bulantısı, qusma, çəki artması, şişkinlik şəklində təzahür etdirə bilər. Ümumiyyətlə öz-özlüyündə yaxşılaşan ağırlaşmadır və çox nadir hallarda bunun üçün dərman lazım olur. Müalicə prosesi üçün istirahət və bol zülal tərkibli qidalanma kifayətdir.
Yumurta toplama prosedurasının riskləri:
Yumurta toplama prosedurası anesteziya tətbiq edilərək xəstə yuxuda olarkən həyata keçirilir və yumurtalar uzun və nazik iynə vasitəsi ilə götürülür. Yumurta toplama prosedurası zamanı meydana çıxa bilən risklər aşağıdakılardır:
Prosedura zamanı və ya proseduradan sonra orta dərəcədə narahatlıq hiss oluna bilər.
Pelvik damarlarda və ya yumurtalıqlarda yüngül qanamalar müşahidə oluna bilər. Bu vəziyyət çox nadir hallarda müdaxilə əməliyyat tələb edə bilər və qorxulu hal deyildir.
Olduqca nadir hallarda yüngül və ya şiddətli pelvik infeksiya müşahidə
oluna bilər. Bunu həkiminizin verəcəyi antibiotiklərlə müalicə edə bilərsiniz.
Embrion köçürməsinin əks təsirləri:
Embrion köçürülməsindən sonra çox nadir hallarda qanama, yüngül ağrı və ya ləkələnmə müşahidə oluna bilər. bunun üçün hər hansı bir dərman və ya müalicəyə ehtiyac yoxdur. Antibiotik müalicəsinə ehtiyac duyulacaq infeksiya çox nadirən müşahidə oluna bilər.
Bir neçə uşaq olma ehtimalı:
Süni mayalanma müalicəsinin ən mühüm risklərindən biri bir neçə uşaq olması ehtimalıdır. Adından da göründüyü kimi bir övlad nəzərdə tutarkən əkiz və ya daha artıq övlada hamilə qalma halıdır. Bu hamiləlik özü ilə yanaşı bir sıra risk daşıyır. Bu risklərdən bəziləri bunlardır:
Hamiləlik diabeti (gestasionel)
Erkən doğuş
Yüksək qan təzyiqi
Uşaqlığın qanaması
Ən minimum sayda embrion köçürülməsi bir neçə uşağa hamilə qalma ehtimalını azaldır.
Anadangəlmə qüsur ehtimalı:
Süni mayalanma müalicəsi ilə dünyaya gələn körpələrdə anadangəlmə qüsur ehtimalı yoxdur. Süni mayalanma müalicəsi ilə dünyaya gələn körpələrdə risk normal yolla dünyaya gələn körpələrdə olan risklərlə eynidir. Anadangəlmə qüsur ehtimalı 3%-5%-dir.
Körpənin düşməsi ehtimalı:
Anadangəlmə qüsur ehtimallarında olduğu kimi körpənin düşməsi ehtimalı də normal yolla dünyaya gələn körpələrdə nə qədərdirsə süni mayalanma yolu ilə dünyaya gələn körpələrdə də eynidir. Uşağın düşməsi ehtimalı yuxarı yaşlarda daha çox müşahidə olunur. 40 yaşlarında olan qadınlarda uşağın düşməsi riski orta hesabla 50%-dir.

Baxış sayı
Ay ərzində: 24
Bütünlüklə: 1751