Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Başı başqa bədənə köçürüləcək   |   Portağal sümüyü bərkidir   |   Siqaret karlıq yaradır   |   Dişləri düzgün fırçalama texnikası   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Çiyələk gümrahlığı artırır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Zəmanə qadınları...   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Əlləriniz xarakterinizi göstərir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   İnsulini sprey əvəz edəcək   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Almanı qabıqlı yeyin   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Saqqız çeynəməyin faydaları   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Xoşbəxtlik qadınları zəif edir   |   Partenofiliya - bakirə qızlara meyl   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Ana südü xərçəngə qarşı   |   Depressiya görməni zəiflədir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Uzunömürlülüyün sirri almadadır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Qohum nikahlarına "yaşıl işıq"   |   3D ürək bulandırır   |   
Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir
Statıstikaya əsasən, bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Bu fenomenin səbəbini həkimlər hələ ki dəqiq təyin etməyiblər. Alimlər güman edirlər ki, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər (günəşli günlərin sayı azalır, gün qısalır, insan daha tez yatmağa gedir və s.). Hər bir dəyişilmə orqanizmi stress vəziyyətinə salır. Bundan əlavə dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına təkan verir. Stress isə immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır. Bu xəstəliklərin arasında: - Ürək-damar sistemi xəstəlikləri. Bu xəstəliklərin bir çox hissəsi payızda kəskinləşir. Arterial təzyiqinizə fikir verin, düzgün qidalanın, güclü fiziki və emosional gərginliklərdən uzaq olun, tez-tez açıq havada gəzin. Kardioloqun profilaktik müayinəsindən keçin. Lazım olduqda həkim müalicə kursu təyin edəcək. - Nəfəsalma sistemi xəstəlikləri (xroniki bronxitlər, bronxial astma). Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir. Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir. - Həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi). Bu xəstəlikləri olan insanların bir çoxusunu payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət edin və lazım olan müalicə alın. Müalicədən əlavə pəhriz də çox önəmlidir. Qızarmış, yağlı, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. pəhrizdən çıxarılmalıdır. Qidanı az miqdarlarda və daha tez-tez (gün ərzində 4-5 dəfə) qəbul etməyə çalışın ki, bu mədəni artıq yükləmədən qoruyacaq. Profilaktika məqsədi ilə dazı otu, kətan toxumları, tozağacı tumurcuqları dəmləmələri, çaytikanı yağı qəbul etmək olar. - Artrit, artroz. Bu xəstəliklər də payızda tez-tez kəskinləşir. Xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Həkimə müraciət edin və lazım olan müalicə kursu alın. Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır (bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir). - Bəzi ginekoloji və uroloji xəstəliklər. Payız aylarında qadınlarda tez-tez xroniki sistit kəskinləşir. Xəstədə sidik ifrazı tezləşmiş və ağrılı olur. Lazım olduqda həkim xəstəyə iltihabəleyhinə və antibakterial preparatları təyin edir. Sistitit profilaktikası üçün özünüzü soyuqlamadan qoruyun, intim gigiyena qaydalarına ciddi riayət edin, idmanla məşğul olun. Bundan əlavə daha çox maye için (adi təmiz su), duzlu və kəskin qidaları rasiondan çıxardın. - Psixiki pozulmalar. Payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Bu vəziyyətlərin profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq, polivitamin kompleksləri və sakitləşdirici prepartaları (həkim təyin edir!) qəbul etmək lazımdır. Payızda bəzi xroniki dəri (psoriaz və s.), onurğa sütunu (osteoxondroz) və bəzi digər xəstəlikləri də kəskinləşir.
Baxış sayı
Ay ərzində: 34
Bütünlüklə: 418