İnsulini sprey əvəz edəcək   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Almanı qabıqlı yeyin   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Yuxusuzluq kökəldir   |   Kişilərin futbol sevgisi   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Xərçəng yox olmaq üzrədir…   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Sonsuzluq – miflər və faktlar   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Pula qarşı allergiyası olan insan   |   Qadınlar, qəhvə için!   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Uzunömürlülüyün sirri almadadır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Qadınlar yatanda arıqlayır   |   Qadınlar daha ağıllıdır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Təzyiq altında yaşamayın   |   Savadlı ol ürəyin ağrımasın   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Yemiş stressin dərmanıdır   |   Gəzinti ən yaxşı idmandır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Suyu az içmək beyni qocaldır   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Depressiyanın dərmanı - dondurma   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Çiyələk gümrahlığı artırır   |   Uşaqları öpməyin!   |   Ev işləri erkən doğum risqini artırır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Depressiya görməni zəiflədir   |   Ana bətnində 4 gün donduruldu   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   
Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar

Müasir kompüter texnologiyaları azyaşlıların da həyatına daxil olub və onların zamanının böyük bir qismini zəbt edir.

Belə ki, uşaqların imtina edə bilməyəcəyi əyləncələrdən biri də kompüter oyunlarıdır.

Əgər övladınız saatlarla kompüter qarşısından durmursa, yemək yeməyi belə unudubsa, bu zaman onun həm fiziki, həm də psixoloji sağlamlığı üçün narahat olmağa başlamalısınız.

Bəs övladınızda kompüter oyunları asılılığının olub-olmadığını necə öyrənə bilərsiniz?

Mütəxəssislər valideynlərə uşaqlarında kompüter oyunları asılılığının olub-olmamasını öyrənmək üçün 10 suala cavab verməyi məsləhət görürlər:

1. Uşağın yuxu rejimi pozulubmu?
2. 4-5 kiloqram və ya daha artıq çəki itiribmi?
3. Özünü əks cinsə bənzətməyə çalışırmı?
4. Gözündə zəiflik, belində ağrılar varmı?
5. Maraqlı məşğuliyyətlərindən, sosial həyatından uzaqlaşıbmı?
6. Oyunlar bitdikdən sonra belə, oyun haqqında danışırmı?
7. Oyundakı obrazları təqlid edirmi?
8. Oyundakı obrazı daha yaxşı təqlid emək üçün saatlarla çalışırmı?
9. Oyundakı xarakteri həddindən artıq hömətli bir obraz kimi formalaşdırmağa çalışırmı?
10. Oyundan qaynaqlanan mənfi nəticələri rədd edirmi?

Əgər, bu suallara 1-3 ədəd "bəli" cavabınız varsa, övladınızın oyun oynaması hələlik problem deyil. Ona mane olmanızı şərtləndirən bir səbəb yoxdur. Sabitliyinin qorumasına yardımçı olun.

Əgər, 4-6 ədəd "bəli" cavabınız varsa, oyun oynamaq uşağınızda problem yaratmağa başlayıb. Kompüterdə oyun oynamaqla bağlı qaydaları yeniden gözdən keçirin və övladınıza məhdudiyyət qoyun.

Əgər, 7 ədəd və daha artıq "bəli" cavabınız varsa, oyun oynamaq övladınız üçün böyük ehtimalla asılılıq halına gəlib. Övladınızın psixoloji dəstəyə ehtiyacı var.

Baxış sayı
Ay ərzində: 36
Bütünlüklə: 480