Sevgi ürəyə xeyirdir   |   Peşənə bax, ölümünü bil!   |   Sadizmə meyilli olan insan portreti   |   Çiyələk gümrahlığı artırır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qadınlar niyə çox danışır?   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Yemiş stressin dərmanıdır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Qadınlar daha ağıllıdır   |   İnsan dərisindən ev   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ramazan ayında necə qidalanmalı?   |   Xörəyi musiqi sədaları altında hazırla   |   2 yaşında 41 kilo oldu   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Güclü cinsin zəif tərəfləri   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Kişilər yoxa çıxacaq   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Diliniz dərdinizdən danışır...   |   Suyu az içmək beyni qocaldır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Sonsuzluq – miflər və faktlar   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Qadınlar yatanda arıqlayır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Pula qarşı allergiyası olan insan   |   Kök kişilər daha sədaqətlidir   |   Ev işləri erkən doğum risqini artırır   |   Boşanma kişilərə də təsir edir   |   Partenofiliya - bakirə qızlara meyl   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Gəzinti ən yaxşı idmandır   |   
Tibb müəssisələrində kliniki psixoloqlar fəaliyyət göstərəcəklər

20.10.2015-ci il tarixində Azərbaycan Respublikasi Səhiyyə Naziri 86 saylı əmr imzalamışdır. Əmrə əsasən ilk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər.

 

Ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir. Psixoloqlar insanların psixi sağlamlıqla bağlı müxtəlif tələbatlarını və problemlərini aşkarlayır.

 

Belə ki, insanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcəkdir.

 

Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin psixoloji müdaxilə təşkil olunmalıdır (psixoloji konsultasiya, böhran hallarında müdaxilə və s. ).

 

Psixoloji problemlər təkcə psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki gündəlik həyat şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilərik. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı psixoterapiya da aparılarsa, nəticə daha uğurlu olur. Bəzi pozuntular (post-trvamatik stress pozuntusu, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və s.) zamanı isə medikamentoz müalicənin effektivliyi nisbətən aşağı qiymətləndirilir. Bu pozuntuların aradan qaldırılmasında psixoterapiya daha səmərəli olur.

 

Psixoloqların müxtəlif səhiyyə xidmətlərində çalışmasının digər vacib aspekti maarifləndirmə işlərinin aparılmasının zəruriliyi ilə bağlıdır. Psixi sağlamlığın dəstəklənməsi və psixi xəstəliklərin profilaktikası üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.

 

Maarifləndirmə tədbirləri təkcə xəstələri deyil, eyni zamanda ailə üzvlərini də əhatə edir. Ailə üzvləri adətən psixi xəstəliklər zamanı şəxsə necə yanaşmalı və rəftar etməli olduqlarını bilmirlər. Məhz bununla bağlı onlar stress keçirə bilərlər. Psixoloqlar ailələr və pasiyentlərlə bir yerdə işləyəndə məsələnin həlli yolları ilə bağlı cox yaxşı qərarlar qəbul edə və problemdən çıxış yolları tapa bilərlər.

 

Psixoloq fəaliyyətinin digər aspektlərindən biri də burda bəzi diaqnostik alətlərin və instrumentlərin mövçudluğudur ki, bunlar başqa sahələrdə yoxdur. Bu alətlər yalnız diaqnoz qoymaq üçün istifadə edilmir. Onlar eyni zamanda pozuntunun ağırlıq dərəcəsini, həyat keyfiyyətlərini, adaptasiya səviyyəsini, şəxsi xüsusiyyətlərini, qabiliyyətləri və s. qiymətləndirir. Bu səbəbdən sağlam insanların işə yararlılığının qiymətləndirilməsi, çağırışçıların hərbi-tibbi ekspertizası, və ya məhkəmə ekspertizası zamanı psixoloqların rolu əvəzsiz ola bilər.

 

Adətən psixiatr və psixoloq peşəsi qarışıq salınır. Psixiatriya və psixologiya ayrı-ayrı ixtisas sahələri olub pasiyentlərə yanaşma istiqamətlərinə görə bir-birlərindən fərqlənirlər. Psixiatr həkimdir, onlar psixi pozuntuların bioloji aspektlərinə daha çox önəm verərərək psixofarmakoterapiyadan istifadə edirlər. Lakin həmin xəstələrin digər problemləri də ola bilər.

 

Məsələn, şəxsiyyətlərarası münasibətlərdə problemlər, təhsillə bağlı olan problemlər, aşağı özünüqiymətləndirmə və aşağı motivasiya, stressin qarşısının alınması kimi məsələlərin həll edilməsi psixoloji müdaxilələr vasitəsilə həyata keçirilir.

 

Sadalanan problemlərin aradan qaldırılması psixiatrik, medikamentoz müdaxilə ilə mümkün deyildir. Psixoloq psixiatr olmasa da, bu problemləri necə həll edilməsi ilə bağlı biliklərə malikdir. Ən yaxşı nəticələr o zaman özünü göstərir ki, psixoloqlar psixiatrlarla əməkdaşlıq edir və insanlara kompleks şəkildə yardım göstərirlər.

 

Məhz bu səbəbdən Elmi Tədqiqat İnstitutlarında, Tibb mərkəzlərində, Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal Mərkəzində və s. yerlərdə Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq və klinik psixoloqlar burada fəaliyyət göstərəcəkdir. Bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

Baxış sayı
Ay ərzində: 16
Bütünlüklə: 520