Qan qrupu xarakterinizdən xəbər verir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Dişləri düzgün fırçalama texnikası   |   Köklük insult riskini artırır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   29 yaşında nənə oldu   |   Kök kişilər daha sədaqətlidir   |   İnternet qocalmanı sürətləndirir   |   Su filtrindən süzülən xəstəlik   |   Diliniz dərdinizdən danışır...   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Sevgi ürəyə xeyirdir   |   Pul saymaq ağrını azaldır   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Siqaret karlıq yaradır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Nikah gecəsinin sirləri   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Gəzinti ən yaxşı idmandır   |   Xoşbəxtlik qadınları zəif edir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Əkizlər ana bətnində dostlaşırlar   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Suyu az içmək beyni qocaldır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Balığın sağlamlığınıza faydaları   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Peşənə bax, ölümünü bil!   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   İnsulini sprey əvəz edəcək   |   Xərçəng yox olmaq üzrədir…   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Şokolad qan təzyiqini azaldır   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   
Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert

Amerikalı Psixoloq John BROADUS Watson, "Qorxu, insanda sonradan əldə edilən bir refleks  yoxsa doğuşdan gələn bir impuls?" Sualının cavabını axtarır.

Davranış Psixologiyası məktəbinin qurucusu Watson və assistenti Rosalie Rayner, çalışdıqları John Hopkins xəstəxanası kreşinde oynayan uşaqları uzaqdan araşdırmağa başlayırlar.

Lakin, 'qorxu' haqqındakı suallarının cavabları üçün qəti cavablar ala biləcəkləri testlər etmələri lazım olur. Araşdırma üçün icazə ala biləcəkləri bir ailə axtarırlar. Nəticə olaraq 8 aylıq sağlam bir körpə olan Albert ilə bir təcrübə hazırlamağa qərar verirlər.
Tarixdəki ən əhəmiyyətli psixoloji təcrübələrdən biri olaraq qəbul edilən Little Albert Experiment 'a başlamadan əvvəl kiçik Albert' a bir neçə emosional test edilir.

 

Kiçik körpəyə sırasıyla ağ bir siçan, dovşan, yanan kağız parçaları, parik, maska kimi ilk dəfə qarşılaşa biləcəyi obyektlər və hallar göstərilir. Məqsəd, Albert 'ın bunlara şərtsiz qarşı reaksiyası olub olmadığını araşdırmaqdır. Nəticə olaraq Albert, gördüyü heç bir obyektə qarşı qorxu göstərməz; hər şeyə gülümsəyər.

Bu testdən sonra Albertin boş bir otağa aparırlar. Otaqda Albertin üzərinə oturduğu bez yataq xaricində heç bir əşya tapılmaz. Daha sonra Watson və assistenti Rayner otaqdan çıxar, yalnız buraxdıqları Albertin yanına ağ laboratoriya siçanı salarlar. Albert, siçandan qorxmur kimi, tam tərsi bir reaksiya göstərərək siçanı çox sevir, tutmağa çalışıb, gülməyə başlayır.

 

Artıq bir sonrakı mərhələyə keçməyə hazırdırlar. Albert, siçana hər toxunduğunda iki dəmir bar (biri çəkic, digəri polad çubuq) bir-birinə vuraraq narahat edici səslər çıxarmağa başlayırlar. Musiqi duyan kiçik Albert ağlamağa başlayır. Otaq yenidən sessizleşince siçanla oynamağa davam edən Albert, yenə siçana toxunduğu ilk anda psixoloqların çıxardığı o gurultulu səsə məruz qalır.
Ağlaması rahatlığa qovuşub, ağılı təkrar siçana sürüşən Albert, toxunmağa çalışdığı an həmişə eyni səsi eşitdiyi üçün siçana toxunmaqdan qorxmağa başlayır.

Bu təcrübə bir neçə gün davam edir və təkrarlanır.

Watson və Rayner təcrübəsi irəli nöqtəyə daşıyıb dovşan və başqa tüklü obyektlər də gətirirlər. Çıxan nəticə: Albert, xüsusilə ağ rəngli, tüklü bir obyekt görsə ondan qorxub, ağlamağa başlayır və qaçmaq istər.

Artıq Albert gördüyü pambıq, ağ dovşan və bənzər obyektlərin qarşısında dəmir çubuqlarla çıxarılan səs olmamasına baxmayaraq qorxmağa başlayır.

 

Gəldikləri nəticələr kifayətlənməyən psixoloqlar, son olaraq ağ saqqallı və tüklü kostyumlar geyərək otağa girirlər. Qarşısında get-gedə böyüyən tüklü obyektlər görən zavallı Albert 'ın qorxusu artıq yaddaşına tamamilə həkk olunur.
1920 'lərdə edilən bu təcrübə ilə elm insanları şərti qorxunu sübut edirlər. Lakin təcrübə naminə 8 aylıq bir körpəyə edilən psixoloji təsiri geri qaytarmaq mümkün deyildi, onu sağaltmadıqları üçün də cəmiyyətdə böyük narazılıqlar yarandı. Hərçənd Albertin ruhi sağlamlığı üçün bir yaxşılaşdırmağa başlasalardılar belə keçmişin dərin və qaranlıq izlərini nə cür siləbiləcəkləridə bilinmirdi.

 

American Psychological Association məlumatlarına görə isə kiçik Albert 'in əsl adı Duqlas MERRITT.
Qeydlərə görə, Duqlas 6 yaşında hidrosefali 'dən (Beyində su toplanması) həyatını itirdi.
Belə bir təcrübəyə məruz qalan bir körpənin, həyatı boyunca qarşılaşacağı mənfiliklərin əhəmiyyət verilməməsi hələ daha davranışçı və humanist psixoloqlar tərəfindən müzakirə edilən bir mövzu olaraq gündəmdədir. Daha uzun müddət də davam edəcək kimi görünür.

Baxış sayı
Ay ərzində: 32
Bütünlüklə: 1185