Partenofiliya - bakirə qızlara meyl   |   Pula qarşı allergiyası olan insan   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Müasir xanımlar çox yaşayır   |   İdman depressiyanın dərmanıdır   |   Depressiya görməni zəiflədir   |   Kişilər yoxa çıxacaq   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Balığın sağlamlığınıza faydaları   |   Ramazan ayında necə qidalanmalı?   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   B6 vitamini xərçəng risqini azaldır   |   Çox oturmağın zərərləri   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Arıqladan çimərlik paltarı   |   Diliniz dərdinizdən danışır...   |   Pul saymaq ağrını azaldır   |   Şokolad qan təzyiqini azaldır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Portağal sümüyü bərkidir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Su filtrindən süzülən xəstəlik   |   Dişləri düzgün fırçalama texnikası   |   Gəzinti ən yaxşı idmandır   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Zəmanə qadınları...   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Uzunömürlülüyün sirri almadadır   |   Qadınlar niyə çox danışır?   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Qaradərili insanlar daha sakit olurlar   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Enli budlar sağlam ürəyə işarədir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   İnsan dərisindən ev   |   Ev işləri erkən doğum risqini artırır   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Sadizmə meyilli olan insan portreti   |   
"Lachın Hospital"da "açıq qapı" günü keçirildi

6 ildir Azərbaycanın özəl tibb sektorunda fəaliyyətini davam etdirən “Vip Lachın Hospital”da 2015-ci ilin sonlarına həsr edilmiş Açıq Qapı günü keçirilib.

Ölkənin tanınmış Kütləvi İnformasiya Vasitələrinin (KİV) də iştirakı ilə keçirilən görüşdə klinikanın rəhbəri Xuraman Muradova tibb ocağı haqqında geniş məlumat verib. O, klinikanın uşağı olmayan yüzlərlə ailələrə övlad sevinci bəxş etdiyini, üçlü sinir ağrılarından əziyyət çəkən yüzlərlə xəstənin müalicəsini həyata keçirdiklərini deyib.

Klinika rəsmisi tibb ocağının yeni il də də öz uğurlu fəaliyyətini davam etdirəcəyini bildirərək, “Vip Lachın Hospital”ın qapılarının hər zaman jurnalistlərin və onların ailə üzvlərinin üzünə açıq olduğunu deyib:

“Biz Azərbaycanda ən son avadanlıqlarla təchiz edilmiş klinikalardan biriyik. İstərdik ki, jurnalistlərimiz səhiyyəmizdə baş verən ən son yeniliklərlə, naliyyətlərlə bağlı hər zaman yazılarında, müsahibələrində qeydlər etsinlər. Lachin Hospital olaraq jurnalistlərimizi yeni il münasibəti ilə təbrik edir və onlara can sağlığı arzulayırıq. Və bildirmək istərdim ki, klinikamızın qapıları hər zaman dəyərli jurnalistlərimizin üzünə açıqdır”.

X.Muradova “Vip Lachın Hospital”ın yeni icraçı direktoru olan Bayram Küçüyü görüş iştirakçılarına təqdim edib.

Tədbir iştirakçılarını salamlayan B.Küçük “Vip Lachın Hospital”dakı fəaliyyətləri ilə bağlı məlumat verib:

“Özəl sektor olmağımız bizim üzərimizə daha artıq məsuliyyət qoyur. Biz Lachın Hospital olaraq xidmət sektorunda öz sözümüzü deməyə iddialıyıq. Bunun üçün dünyanın bir çox məşhur klinikalarında icra edilən spesifik xidmət sahələrini yaradaraq müştərilərimizin məmnuniyyətini təmin etməyə çalışırıq. İnanırıq ki, yeni ildə həyata keçirəcəyimiz yeni layihələrlə biz Azərbaycanda öz sözümüzü deyən klinika olduğumuzu bir daha sübuta yetirmiş olacağıq”.

Daha sonra çıxış edən hospitalın həkim nevropatoloqu Dr. Hüseyn Sultanov bəzi işbazlara görə bu gün səhiyyəmizdən üz döndərib xarici ölkələrdə pənah axtaran xəstələrin aldadıldığını deyib:

“İstərdim ki, jurnalistlərimiz həm də səhiyyəmizin inkişafından danışsınlar və yazsınlar. Bu gün dünya səhiyyə sistemində baş verən irəliləyişlər Azərbaycan səhiyyəsində də özünü göstərir. Bu gün bizim klinikamızda şəkərli diabet xəstələrinin ən müasir üsullarla müalicəsi, onurğalardakı yırtıqların ağrısız kiçik əməliyyatlarla aradan qaldırılması həyata keçirilir. Bu gün çox insan bizdə 3-lü sinir xəstəliklərinin müalicəsinin ağrısız birdəfəlik müalicə edilməsindən xəbərsizdir. Buna görə də onlar xarici ölkələrə gedirlər və bir neçə dəfə artıq qiymətə xəstəlikdən qurtulmağa çalışırlar. Bizsə insanlarımızın aldadılmasının, onların xarici ölkələrə öz pullarını tökmələrini istəmirik”.

Sonda klinikanın bütün əməkdaşları jurnalistləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik ediblər.

Baxış sayı
Ay ərzində: 21
Bütünlüklə: 1114