Depressiya görməni zəiflədir   |   Arıqladan çimərlik paltarı   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Qaradərili insanlar daha sakit olurlar   |   Şokolad qan təzyiqini azaldır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Kişilər yoxa çıxacaq   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Siqaret karlıq yaradır   |   İdman depressiyanın dərmanıdır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Kişilərin futbol sevgisi   |   Prostatit və onunla mübarizə   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Qadınlar daha ağıllıdır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Autizm dünyanın sonu deyil   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Uzunömürlülüyün sirri almadadır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Tənhalıq xərçəngə səbəb olur   |   Kök kişilər daha sədaqətlidir   |   Suyu az içmək beyni qocaldır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Sevgi ürəyə xeyirdir   |   Kola spermanın tərkibini korlayır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Zəmanə qadınları...   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Başı başqa bədənə köçürüləcək   |   Oturaq iş qadınları qocaldır   |   Qadınlar niyə çox danışır?   |   
Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz

Kompüterli Tomoqrafiya (KT) Nədir?

Kompüterli tomoqrafiya x-şüası istifadə edilməklə orqanizmin incələnilən bölgəsinin dəqiq görüntüsünü çıxartmaq üçün radioloji diaqnostika üsuludur.İncələmə zamanı xəstə kompüterli tomoqrafiya aparatının masasında hərəkət etmədən uzanır.Masa manuel ya da pult ilə cihazın “gantry“adı verilən açıqlığına aparılır. Cihaz bir kompüterə bağlıdır. X-şüası incələnəcək xəstə ətrafında 360 dərəcəlik bir dönüş hərəkəti həyata keçirərkən oyuq və ya gantry boyu düzülmüş təyin edicilər tərəfindən x-şüası bədənə təmas edərək əldə edilən göstəricilər bir kompüter tərəfindən qey olunur. Nəticədə toxumaların bir-birinin ardınca bloklu görüntüləri yaradılır. Yaradılan görüntülər kompüter ekranından izlənə bilər. Bundan başqa, görüntülər lentə köçürülməsi kimi lazım olduqda təkrar kompüter ekranına gətirmək üzrə optik diskdə toplana bilər. Kompüterli tomoqrafiya digər x-şüa incələmələrinə görə, bəzi üstünlüklərə malikdir. Xüsusilə orqanların, yumşaq toxuma və sümüklərin formasını və necə yerləşdiyini olduqca dəqiq göstərir.Ayrıca KT müayinəsi həkimlərə sadə kist (İçində maye və ya yarı maye olan ətrafı əhatəli kisə şəklində şiş) və sərt (solid) şiş (bəzi hüceyrələrin sürətlə çoxalması səbəbindən yaranan toxuma kütləsi) ayrıd edici diaqnozunda köməkçi kimi xəstəliklərin daha yaxşı qiymətləndirilməsini təmin edir. Daha önəmlisi, KT birbaşa grafilerdən daha ətraflı görüntülər yaradaraq xərçəng xəstəliyi yayılımının qiymətləndirilməsinə yardımçı olur. Xərçəng yayılması haqqında əldə ediləcək məlumatlar həkimləri xərçəngə qarşı tətbiq olunacaq müalicə üsulunda istiqamətləndirərək kemoterapi, radyoterapi, cərrahi müalicə və ya bunların müəyyən kombinasiyalarının istifadə edilib edilməyəcəyi ilə bağlı qərar vermələrində yardımçı olur. Beləliklə, sağlam toxumalar, bir çox faydaları olmaqla birlikdə ciddi yan təsirləri ola biləcək müalicə üsullarının lazımsız müdaxilələrindən qorunmuş olur. KT, birbaşa grafilərlə göstərilməyən bədəndə beyin kimi bir çox təbəqənin qiymətləndirilməsini mümkün etmişdir. Həmçinin digər görüntüləmə üsullarından daha tez və düzgün şəkildə bir çox xəstəliyin diaqnozunu təyin etməkdə yardımçı olmuşdur. Xəstəliklər erkən diaqnoz edildikdə daha yaxşı müalicə edildiklərinə görə KT bu kimi üstün xüsusiyyətləri ilə həkimlərin bir çox insanın həyatını xilas etməsinə yardımçı olmuşdur.

 

Hər hansı təhlükəsi varmı?

Müayinə tamamilə ağrısızdır.Müayinə zamanı xəstədənKT cihazının masasında heç bir hərəkət etmədən uzanması tələb olunur. Aparılacaq müayinənin növünə bağlı olaraq xəstəyə qol damarlarından kontrast maddə inyeksiya edilə biləcəyi kimi kontrast maddə içməsi də tələb oluna bilər. Müayinənin bu qismi xəstə üçün bir az narahatlıq yarada bilər. Kontrast maddələr yod tərkibli olduğu üçün bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Xəstənin müayinədən əvvəl radyoloqa bu cür maddələrə qarşı daha əvvəl allergik bir reaksiya göstərib göstərmədiyini və əgər varsa başqa maddələrə qarşı allergiyasını bildirməsi lazımdır. Xəstəyə daha əvvəldən hazırlanmış bir KT müayinəsində, İVP adlanan böyrək müayinəsində və ya ürək və damarların angioqrafiya olaraq da adlandırılan kateterizasiya zamanı kontrast maddə verilmiş ola bilər. KT cihazları X şüalarından istifadə edir.Xəstənin təhlükəsizliyi üçün ən yaxşı şəkildə tənzimlənmiş,müayinə zamanı məruz qalınan radiasiya miqdarı lazımlı minimum səviyyədə olacaq şəkildə hazırlanmışdır. X şüaları ana bətnində inkişaf etməkdə olan fetusa zərər verəcəyindən müayinə hazırlığına başlamazdan əvvəl xəstənin hamiləlik şübhəsi varsa, bu mövzuda həkimə məlumat verilməlidir.

 

Müayinəyə hazırlıq

Müayinə günündə görüş saatından 4 saat əvvəl başlamaq üzrə qatı qida qəbul edilməməlidir. Bununla birlikdə qəhvə, çay, çox qatı olmayan şorbalar və meyvə suyu çox olmamaq şərtilə içilə bilər. Qatı qida qəbulunun məhdudlaşdırılması bir çox tibbi əməliyyatdan əvvəl xəstənin təhlükəsizliyi üçün görülən bir tədbirdir.

 

Müayinənin qiymətləndirilməsi

Başlanğıcdan axıra qədər KT çəkim müddəti orta hesabla 15 dəqiqədir.Müayinə bədənin hansı hissəsi ilə əlaqəlidirsə o mövzuda ixtisaslaşmış radyoloq həkimlər tərəfindən qiymətləndirilir və daha sonra xəstəyə bildirilir.KT müayinəsi aparılan şəxsin xəstəliyi ilə bağlı bir nəticəyə gəlməsini təmin edəcək kifayət qədər məlumatı əldə etdikdən sonra müayinə sona çatdırılır.

Fuad Nəzərov

Baxış sayı
Ay ərzində: 20
Bütünlüklə: 1564