Analar uşaqlarını daha çox əzizləməlidir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Ev işləri erkən doğum risqini artırır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Uzunömürlülüyün sirri   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Depressiya görməni zəiflədir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Mavi gözlülərin genetik atası eyni olub   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Ramazan ayında necə qidalanmalı?   |   Yaşın fərqi varmış   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Sevgi qurban tələb edir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qaradərili insanlar daha sakit olurlar   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Pul saymaq ağrını azaldır   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Su filtrindən süzülən xəstəlik   |   Həkimlərdən qeyri-adi cəza   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Kişilər yoxa çıxacaq   |   Əlləriniz xarakterinizi göstərir   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Soğan yemək beyini gücləndirir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   
Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir.

Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəsi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəlirli ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə bütün dünyada 4 fevral hər il Dünya Xərçəng Günü kimi qeyd edilir. Xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda da Dünya Xərçəng Günü hər il qeyd olunur. Xərçəng xəstəliyinin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair məlumatlandırılması məqsədilə 24 yanvar – 15 fevral tarixlərində Milli Onkologiya Mərkəzi tərəfindən Bakı və regionlarda silsilə maarifləndirmə tədbirləri təşkil edir.

Maarifləndirmə tədbirləri zamanı Azərbaycanda tez-tez rast gəlinən xərçəng xəstəlikləri, o cümlədən, ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə dair vətəndaşlara faydalı məlumatlar verilir. Tədbirlər zamanı əhali arasında xüsusi hazırlanmış buklet və lifletlər paylanılır. Bununla yanaşı Milli Onkologiya Mərkəzinin təcrübəli həkim-onkoloqları tərəfindən vətəndaşların xərçəng xəstəliklərinə dair bütün sualları cavablandırırlar. Bu il Dünya Xərçəng Günü ilə bağlı növbəti tədbir 4 fevral tarixində saat 16:00-dan 18:00-dək 28 Mall AVM-də təşkil ediləcək.

Baxış sayı
Ay ərzində: 29
Bütünlüklə: 1023