Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qaradərili insanlar daha sakit olurlar   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Portağal sümüyü bərkidir   |   Güclü cinsin zəif tərəfləri   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Savadlı ol ürəyin ağrımasın   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Gəzinti ən yaxşı idmandır   |   Pula qarşı allergiyası olan insan   |   İnsan dərisindən ev   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadınlar, qəhvə için!   |   Xoşbəxtlik qadınları zəif edir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Çiyələk gümrahlığı artırır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Kişilərin futbol sevgisi   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Tənhalıq xərçəngə səbəb olur   |   Müasir xanımlar çox yaşayır   |   3D ürək bulandırır   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Xərçəng yox olmaq üzrədir…   |   Linza seçərkən diqqətli olun   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Köklük insult riskini artırır   |   
Uşaqlarda suçiçəyi xəstəliyi

Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində, daha sonra isə bütün bədəndə görünməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa, onların yerində çapıqlar qalacaq. Suçiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl brilyant abısı ilə rəngləmək, dəri səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək məsləhətdir.

Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.

Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpki əmələ gəlir. Səpki ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.

Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.

Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.

Dəridəki səpkilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.

Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla ("marqantsovka") su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yağı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.

Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.

Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.

Hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.

Baxış sayı
Ay ərzində: 32
Bütünlüklə: 904