Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Sadizmə meyilli olan insan portreti   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Enli budlar sağlam ürəyə işarədir   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Yuxusuzluq kökəldir   |   Kola spermanın tərkibini korlayır   |   Soğan yemək beyini gücləndirir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Stress qadınların beynini zəiflədir   |   Çox gülən qadınlar tez kökəlir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadınlar, qəhvə için!   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Diliniz dərdinizdən danışır...   |   Dişləri düzgün fırçalama texnikası   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Kişilər yoxa çıxacaq   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Portağal sümüyü bərkidir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   İnternet qocalmanı sürətləndirir   |   Ana südü xərçəngə qarşı   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Linza seçərkən diqqətli olun   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Xərçəngi insan yaradıb?   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Qadınlar yatanda arıqlayır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Ana bətnində 4 gün donduruldu   |   Mavi gözlülərin genetik atası eyni olub   |   
Ur (ZOB) haqqında bilmədiklərimiz

Qalxanvari vəz əməliyyatı hansı hallarda edilir?
Qalxanvari vəzin əməliyyatları vəzin xoş və ya bəd xəstəliklərində edilə bilər. əməliyyata göstərişlər bəzən düyünün böyük olması, ətraf toxumalara təzyiq edərək boğulma, şişlik hissi və ya kosmetik defekt verməsi və düyünlərdə bədxəstəlik və bəd xəstəliyə şübhə olan hallardır. əməliyyat olan xəstələrin az qismini isə müalicəyə tabe olmayan zəhərli zoblardır.


Əməliyyata hazırlıq necə planlanılır?
Əməliyyat öncəsi tam  müayinə olunmaq məsləhətdir. Qan təhlilləri, ürək və ağciyər müayinələrindən keçmək anestezioloq tərəfindən əməliyyata hazırlanmalıdır. Endokrinoloq isə xəstənin tiroid hormonlarına görə əməliyyatdan əvvəl xüsusi müalicə təyin edə bilər. əgər pasient başqa xəstəliklərə görə gündəlik dərman istifadə edirsə bunu mütləq həkiminə öncədən söyləməlidir. Lazım gələrsə o müalicələr əməliyyata qədər korreksiya edilib yenidən təyin olunacaqdı.  Obez və yaşlı xəstələrdə antiembolik corab və tromboz profilaktikası aparılır. Sidik kateterinə və bağırsaq imaləsini pasientlerimiz də istifadə etmirik. Antibiyotik istifadəsi isə əməliyyatdan bir az əvvəl və bir dozada istifədə yetərli olur.
Bir gün əvvəl xəstənin duş alması tövsiyə edilir. Axşam yeməyi üçün xüsusi pəhrizə ehtiyac olmur.Pasient əməliyyat günü səhər ac şəkildə xəstəxanaya yerləşdirilir. Öz praktikamızda əməliyyatdan əvvəl pasient ayaq üstə və ya oturmuş halda olarkən kəsik xəttini xüsusi qələm ilə işarətləyirik. Bu bizə kəsiyin daha düzgün və kosmetik olaması üçün kömək edir.


Hansı cərraha əməliyyat olmalıdır?
Ölkəmizdə tireoid əməliyyatlari esasən ümumi cərrah və qulaq burun boğaz həkimləri tərəfindən aparılır. Hər iki ixtisas sahibləri boyun bölgə anatomiyasına yaxşı bələddilər. Amma zob əməliyyatları fəsadlara açıq əməliyyat olduğundan bu əməliyyatları xüsusi və tez tez edən cərrahlar tərəfindən əməliyyat olunmağınızı tövsiyyə edərdim. Yazılan ədəbiyyatlarda bu əməliyyatı ortalama ildə 50 dənə və daha çox edən cərrahların fəsadları daha az olduğu göstərilmişdir.
əməliyyat müddəti və xəstəxanada qalış günü:
əməliyyat ümumi anesteziya altında edilir və ortalama 1.5-2.5 saat arasında çəkir. əməliyyat günü axşamı artıq aktivləşmə və qidalanma başlanır. Xəstəxanada qalış müddəti bir gündür. 2 gün sonra isə artıq xəstə sarğısını açıb duş ala bilər.


Xüsusi cihazlar haqqında
Tireoid əməliyyatları xəstəliklərin erkən aşkarlanması və diaqnostikanın inkişafı ilə əlaqədar olaraq günümüzdə artmışdır. Bu say artımı tibb sənayesində də yeniliklərə gətirmişdir. Günümüzdə lazer kimi təqdim olunan damar möhürləmə cihazları və sinir monitorinqi aparatıda bu sənaye biz həkimlərin rahatlığıdır. Bu cihazlar sayəsində əməliyyatlar daha qısa müddətdə bitir. Lakin bu cihazlar olmaz isə yenə tərübəli mütəxəssislər klasik yani bağlamalar üsulu ilə bu əməliyyatın öhdəsindən gələ bilər. Nəticə olaraq istər bu cihazlar olsun ya olmasın xəstənin əməliyyatı müvəffəqiyyətlə bitirlməlidir.


Tireoid əməliyyatının fəsadları
a)
Əməliyyatdan sonra boyun nahiyəsində ola biləcək qanama sonrası yarada şişkinlik, axıntı, nadir olaraq nəfəs darlığı ola bilər. Bu vəziyyətdə təcili cərrahi müdaxilə lazım ola bilər (0.3-1%)
b) Az sayda xəstədə tiroid vəzinin arxa tərəfində yerləşmiş bir sinirin əməliyyat zamanı zədələnməsi nəticəsində daimi olaraq səs qısıqlığı, səsdə qalınlaşma və incə səsləri çıxarmaqda çətinlik yarana bilər. Bir çox xəstədə əməliyyat sonrasında bir neçə gün çəkən müvəqqəti səs kobudlaşması ola bilər. Əgər hər iki tərəfdəki sinir də zədələnərsə, ciddi tənəffüs çətinliyi və ya səs qısıqlığı əmələ gəlir və bu hal tənəffüs dəstəyi tələb edə bilər (0.1-21%).
c) Nadir hallarda tiroidin arxasında yerləşmiş və paratiroid vəzlər adlandırılan vəzlərin zədələnməsinə bağlı olaraq barmaqlarda və əldə uyuşma və spazm görülə bilər. Bu, çox vaxt keçici bir haldır, ancaq bəzən ömür boyu kalsium preparatları istifadəsinə də ehtiyac yarada bilər (0.4-2.6%).
d) Tiroid vəzinin bir hissəsinin çıxarılması nəticəsində yerdə qalan toxumanın lazımi qədər hormon sintez edə bilməməsinə bağlı olaraq bir neçə ay ərzində dərman istifadə etməyiniz və hormon analizləri verməyiniz lazım ola bilər. Düyünlü urda bəzən toksik ur ya da tiroid xərçənglərində ümumiyyətlə hər zaman tiroid vəzinin tamamı çıxarılır. Bu hallarda mütəmadi olaraq dərman istifadəsi lazımdır.
f) Tiroid vəzinin tamamının çıxarılmadığı ya da çıxarıla bilmədiyi hallarda xəstəlik təkrar edə bilər.
e) Bəzi xəstələrdə əməliyyat yarasının sağalması pis gedə bilər və bunun nəticəsində qırmızı, qalın və bəzən ağrılı bir iz qala bilər.
ə) Az sayda xəstədə yara infeksiyası ola bilər (1-2%).

 

Cərraha sual ver


Ümumi cərrah Elgun Səmədov

Mob.: 050 224 90 89

Baxış sayı
Ay ərzində: 42
Bütünlüklə: 4131