Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Pul saymaq ağrını azaldır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Suyu az içmək beyni qocaldır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   İdman depressiyanın dərmanıdır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   İnsulini sprey əvəz edəcək   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   İnternet qocalmanı sürətləndirir   |   Uzunömürlülüyün sirri almadadır   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Ana öpüşü güclü immunitet yaradır   |   Təzyiq altında yaşamayın   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Dişləri düzgün fırçalama texnikası   |   Xoşbəxtlik qadınları zəif edir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Tənhalıq xərçəngə səbəb olur   |   Qadınlar, qəhvə için!   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Körpələr yatanda da öyrənir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Uşaqları öpməyin!   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Qadınların sevimli yaş dövrü   |   Xərçəng yox olmaq üzrədir…   |   Köklük insult riskini artırır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Qadınlar daha ağıllıdır   |   
İSİM Gəncə şəhərində "Sağlamlıq həftəsi" kampaniyasını keçirdi

2016-cı ilin 17-20 may tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) "Sağlamlıq həftəsi" adlı kampaniya təşkil etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Tədbirlər planına əsasən həyata keçirilən kampaniya çərçivəsində 4 gün ərzində Gəncənin təhsil və tibb ocaqlarında, Gənclər Mərkəzlərində səhiyyənin aktual problemlərinə çevrilmiş mövzular ətrafında maarifləndirmə tədbirləri aparıldı.

İSİM-in mütəxəssisləri bu günlər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə tibb Kollecində zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narkomaniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual problemlər ətrafında gənclər arasında görüşlər təşkil edilərək mühazirələr oxudular. Gənclər üçün təhsil mərkəzlərində, Gənclər Evində əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrini izah edən, məişət zorakılığın qarşısı alınmasına yönəlmış qabaqlayıcı maarifləndirici təqdimatlar etdilər.

Bundan başqa İSİM-in əməkdaşları Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasında, 1,2,3 saylı Gəncə şəhər Uşaq poliklinikalarında məişət zorakılığına məruz qalmış şəxslər üçün tibb müəssisələrinin həkim-mütəxəssislərinə xüsusiləşdirilmiş təlimat üzrə təlimlər keçirdilər.
"Sağlamlıq həftəsi"nin son günü Gəncə Qan Bankında əhali, xüsusilə də, gənclərin iştirakı ilə qan vermə aksiyası baş tutdu.
Hər bir tədbirin yekununda maarifləndirmə materialları paylanıldı, mövzular ətrafında video-çarxlar izlənildi.

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 1020