Dünyanın ən xeyirli mətbəxləri   |   Körpələr yatanda da öyrənir   |   Yemiş stressin dərmanıdır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Su filtrindən süzülən xəstəlik   |   Çili bibərləri ağrıkəsicidir   |   Balığın sağlamlığınıza faydaları   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Ramazan ayında necə qidalanmalı?   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   İnsan dərisindən ev   |   Depressiyanın dərmanı - dondurma   |   Sonsuzluq – miflər və faktlar   |   Uşaqları öpməyin!   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Saqqız çeynəməyin faydaları   |   Kola spermanın tərkibini korlayır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Kişilər yoxa çıxacaq   |   Yuxusuzluq kökəldir   |   Qaradərili insanlar daha sakit olurlar   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Partenofiliya - bakirə qızlara meyl   |   Dişləri düzgün fırçalama texnikası   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Tüstüsüz siqaret kəşf edildi   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Uzunömürlülüyün sirri   |   Prostatit və onunla mübarizə   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Qadınlar, qəhvə için!   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Təzyiq altında yaşamayın   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   
Paytaxta gələn xəstələrin sayı azalıb

Jurnalistlərin bölgə xəstəxanalarında gördükləri


Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Qeyd edək ki, hələ sovetlər dövründən vətəndaşların böyük və klinik xəstəxanalara qəbul olunması məhz göndərişlər əsasında həyata keçirilib. Bu qayda təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə aid olmasa da, ənənə bu günə kimi də davam etdirilib. Nazirlikdə hesab edirlər ki, son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verir ki, qaydalara bir qədər də ciddi əməl olunsun və nəticədə regionlardakı əhalinin şəhərə axın etməsinin qarşısı alınsın.
Regionlardakı tibb müəssilərinin şəraiti də deməyə əsas verir ki,  əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Səhiyyə Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi pres--turdan sonra bu qənaətə gəlməyə heç bir şübhə qalmadı.
Xatırladaq ki, Azərbaycanda son 10 ildə 600 tibb müəssisəsi tikilib. Bunların böyük bir hissəsi regionların payına düşür. Press-tur zamanı juralistlər Göyçay, Ağdaş və Ucar rayonlarındakı tibb müəssisələrinin şəraiti ilə tanış olublar.

 

Dövlətindir, pulsuzdur...

Media nümayəndələrinin baş çəkdikləri ilk ünvan Göyçay Rayon Mərkəzi Xəstəxanası olub. Ötən il əsaslı şəkildə təmir olunmuş xəstəxana müasir tibbi avadanlıqla təmin edilib, ərazisi genişləndirilib.
Xəstəxananın baş həkimi Famil Zeynalov bildirib ki, 170 yerlik xəstəxanaya gün ərzində yüzlərlə insan müraciət edir: “Zərdab, Ucar və digər yaxın rayonlardan da xəstələr müraciət edir. Ötən il 73 min vətəndaşa xidmət göstərmişik. Müraciətlər əsasən tənəffüs orqanları, ağciyər və ürək xəstəlikləri ilə bağlı olur”.
Şəkərli diabetdən əziyyət çəkən göyçaylılar son illərə qədər paytaxta üz tuturdular. Amma əsaslı təmirdən və aparılmış yenidənqurma işlərindən sonra şəkərli xəstələrin müayinə və qeydiyyat problemi həllini tapıb. baş həkim deyi ki, artıq şəkərli xəstələrin qeydiyyatı aparılır və onlar pulsuz dərmanla təmin edilirlər.
Xəstəxanada müasir ultrasəs, rentgen aparatları quraşdırılıb. Famil Zeynalovun sözlərinə görə, müasir aparatlar müayinə zamanı xəstələrə vurula biləcək ziyanı minimuma endirir. “Müayinə aparatları insanları şüalanmaya məruz qoyur. Yeni aparatlarla bu ziyan minimuma endirilib. Xəstəxanada həmçinin 3 cərahiyyə otağı var ki, burada gün ərzində 10-yaxın əməliyyat aparılır".
Baş həkim kadr təminatı məsələsinə də aydınlıq gətirib: "Xəstəxana təmirə bağlananda işçilərin bir qismini kursa göndərdik. Bu sonradan peşəkar kadrlarla fəaliyyətə başlamağımıza kömək oldu".
Baş həkim istər Göyçay rayonu, istərsə də digər rayonlardan olan xəstələr üçün müayinənin ödənişsiz olduğunu dedi.

 

Böyrək xəstələri üçün 60 yerlik hemodializ şöbəsi

Göyçay Rayon Mərkəzi Xəstəxanas ilə tanışlıqdan sonra press-tur iştirakçıları daha sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gediblər. Bildirilib ki, əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilən xəstəxana 6 şöbədən ibarətdir. Bura əsasən 10 yerlik hemodializ şöbəsi ilə həm Ağdaş, həm də qonşu rayonlardan olan böyrək xəstələri üçün əlverişlidir. Baş həkim Nuru Nuriyevin sözlərinə görə, qəbul şöbəsində kiçik əməliyyat otağı da yaradılıb: "Yüz çarpayılıq xəstəxana qəbul, təcili təxirəsalınmaz tibbi yardım, 60 yerlik hemodializ, diaqnostika, anesteziologiya, reanimasiya, cərrahiyyə, poliklinika şöbələrindən ibarətdir. Xəstəxana 105 min yerli əhali və 3400 məcburi köçkünə xidmət göstərir. Vəziyyəti ağır olmayan xəstələr təcili yardımla gətiriləndən sonra qəbul şöbəsinin əməliyyat otağında cərrahiyyə əməliyyatı olunur. Planlı və daha ağır əməliyyatlar isə digər əməliyyat otağında aparılır”.
Nuru Nuriyev bildirib ki, hemodializ şöbəsinin imkanlarından Mingəçevir, Yevlax, Goranboy, Zərdab, Göyçay və Ucar rayonlarının dializ qəbul edən xəstələri də istifadə edirlər: “Hazırda 61 xəstə hemodializ qəbul edir. Onlardan 28 nəfəri Ağdaş rayonunun sakinidir. Həmin xəstələrdən ikisi uşaqdır. 33 nəfəri isə digər rayonların sakinləridir”.

 

"Paytaxtdan gəlib bizimlə işləmək istəyən həkimlər var"

Jurnalistlərin baş çəkdikləri sonuncu xəstəxana Ucar Rayon Mərkəzi Xəstəxanası olub. Xəstəxananın baş həkimi Zeynal Bayramlı yeni istifadəyə verilmiş tibb müəssisəsi haqqında məlumat verib. Onun sözlərinə görə, rayonda 4 xəstəxana fəaliyyət göstərir: "Bir mərkəzdə birləşən bu kompleksdə isə ayrlıqda bir əsas korpus, bir uşaq xəstəxanası və bir poliklinika yerləşir. 118 çarpayılıq müəssisədə quraşdırılmış tibb avadanlıqlarından digər rayonlarda yoxdur. Bizim xəstəxanada ən müasir avadanlıqlar quraşdırılıb. Müayinə aparatları ilə işləyə biləcək kadrlarımız var. Son illər paytaxtdan gəlib bizimlə işləmək istədiklərini bildirən həkimlər də az deyil”.
Baş həkim onu da əlavə edib ki, müəssisə istifadəyə veriləndən sonra müşahidələr aparılıb. Bəlli olub ki, paytaxta müarciət edən xəstələrin sayı 70-80 faiz azalıb. Qeyd edək ki, xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası var: "Gün ərzində 400-450 nəfər xəstə qəbul edirik. Bir il ərzində təxminən 100-120 min nəfərə xidmət olunur. Bura həmçinin Göyçayın yaxın kəndlərinin əhalisi də müraciət edir. Çünki oranın xəstəxanasına getməklə müqayisədə bizə gəlmək ərazi baxımından daha sərfəlidir".
Baş həkim kadr potensialına da xüsusi diqqət ayrıldığını deyir: "Son beş ildə işə 25 nəfər həkim qəbul etmişik. Ən yaxşı məqam odur ki, vakant iş yerləri sürətlə azalır. Çünki əvvəlki illərlə müqayisədə rayonlarda işləmək istəyənlərin sayı çoxalıb. Son illər elmi dərəcəsi olan, xarici bilikləri olan həkimlər də işə qəbul etmişik". 
Zeynal Bayramlı hazırda Ucar Rayon Mərkəzi xəstəxanasında 85 həkimin çalışdığını deyib.
Səhiyyə Nazirliyi bölgələrdən paytaxta müraciət edən xəstələrin sayını minimuma endirməyi planlaşdırır. Bunun üçün rayon xəstəxanalarında aparlan kadr isahatları, yenidənqurma və abadlıq işlərinin davam etdiriləcəyi bildirilir.  

 

Naibə QURBANOVA

Baxış sayı
Ay ərzində: 50
Bütünlüklə: 830