Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Partenofiliya - bakirə qızlara meyl   |   İnternet qocalmanı sürətləndirir   |   Ramazan ayında necə qidalanmalı?   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Çox oturmağın zərərləri   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Balığın sağlamlığınıza faydaları   |   Uzunömürlülüyün sirri almadadır   |   Linza seçərkən diqqətli olun   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Portağal sümüyü bərkidir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Zəmanə qadınları...   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Yemiş stressin dərmanıdır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   İnsan dərisindən ev   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Çili bibərləri ağrıkəsicidir   |   3D ürək bulandırır   |   Pula qarşı allergiyası olan insan   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Uzunömürlülüyün sirri   |   Xərçəngi insan yaradıb?   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Gəzinti ən yaxşı idmandır   |   Xərçəng yox olmaq üzrədir…   |   
Bölgələrdə həkim çatışmazlığı var

Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Qeyd edək ki, hələ sovetlər dövründən vətəndaşların böyük və klinik xəstəxanalara qəbul olunması məhz göndərişlər əsasında həyata keçirilib. Bu qayda təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə aid olmasa da, ənənə bu günə kimi də davam etdirilib. Nazirlikdə hesab edirlər ki, son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verir ki, qaydalara bir qədər də ciddi əməl olunsun və nəticədə regionlardakı əhalinin şəhərə axın etməsinin qarşısı alınsın.

Regionlardakı tibb müəssilərinin şəraiti də deməyə əsas verir ki,  əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Səhiyyə Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi pres--turdan sonra da bu qənaətə gəlməyə heç bir şübhə qalmır. Bununla belə, müəyyən çatışmazlıqlar da var ki, bu barədə baş çəkdiyimiz xəstəxanaların baş həkimləri və xəstələr məlumat verdi.

Xatırladaq ki, Azərbaycanda son 10 ildə 600 tibb müəssisəsi tikilib. Bunların böyük bir hissəsi regionların payına düşür. Növbəti press-tur zamanı jurnalistlər Oğuz, Balakən və Şəkidəki tibb müəssisələrinin şəraiti ilə tanış olublar.

"İmtiyazlı xəstələr üçün dərman təminatı yüksək səviyyədədir"

Media nümayəndələrinin baş çəkdikləri ilk ünvan Oğuz Rayon Mərkəzi Xəstəxanası olub. Xəstəxananın baş həkim müavini İradə Məmmədova bildirib ki, xəstəxana Regionların sosial-iqtisadi inkişaf proqramı layihəsi çərçivəsində 2009-cu ildə istifadəyə verilib: “Xəstəxana hər cür müasir avadanlıqlarla təmin olunub. Burada əhaliyə xidmət etmək üçün müxtəlif cür müasir aparatura (rentgen, flüoqraf, exo kardioqrafiya və s.) var. Bundan başqa, Oğuz Rayon Mərkəzi Xəstəxanasında da şəkərli, psixi-ruhi, imtiyazlı xəstələr üçün dərman təminatı çox yüksək səviyyədə təşkil edilib".

İradə Məmmədova gün ərzində xəstəxanaya 100-150 nəfərin müraciət etdiyini vurğulayıb: “Ümumiyyətlə rayonumuzda ağır xəstəliklərə rast gəlinmir. İnfeksion xəstəliklər əhalinin sıxlığı az olduğu üçün çox müşahidə olunmur. Son illərdə rayonumuzda ana ölümü hadisəsi olmayıb. Uşaq ölümü isə çox nadir hallarda olur. Ümumiyyətlə, rayonda 72 həkim var və onlardan 35-i Oğuz Rayon Mərkəzi Xəstəxanasında çalışır. Təbii ki, boş vakansiya (uroloq, onkoloq, travmatoloq və s.) yerlərimiz də var. Ümumilikdə 23 vakant yer vardır. Vakant yerin qalmasına səbəb gənc kadrların işləmək üçün rayonlardan imtina etməsidir".

Xəstəxananın hər cür müasir avadanlıqla təmin edildiyini deyən İradə Məmmədova sağlam gələcək naminə nikaha girənlərin müayinələrinin xəstəxanada yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. O, ümumilikdə xəstəxanaya gün ərzində 100-150 nəfərin müraciət etdiyini deyib: "Daha çox endokrinoloji xəstələr müraciət edir. Hepatit C, B, QİÇS kimi xəstəlikləri olanlar bəzən müayinə üçün Bakıya göndərilir. Ümumilikdə yoluxucu xəstəlikler çox az yayılıb. Eyni zamanda bu xəstəxanada uzun müddətdir doğuş zamanı ana və uşaq ölümü müşahidə edilmir. Müasir tibbi avadanlıqlardan tam şəkildə istifadə edilir və bunun üçün peşəkar kadrlarımız var".

"On ilə 10 ilə yaxındır ki, bizdə ana ölümü olmayıb"

Jurnalistlər daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasında olublar.
Jurnalistləri tibb müəssisəsi ilə baş həkim Hacıömər Nuriyev tanış edib. O, deyib ki, xəstəxananın 2007-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən bünövrəsi qoyulub, 2011-ci ildə isə istifadəyə verilib: “Bu, bizim ucqar rayon olan Balakən üçün çox əlamətdar hadisə idi. Çünki belə bir xəstəxananın tikilib istifadəyə verilməsi ölkə başçısının xalqa olan münasibətini, hörmətini və ehtiramını ifadə etdi. Müəssisəmiz vaxtilə köhnə binalarda yerləşirdi. Mərkəzi Xəstəxanada 15 şöbə fəaliyyət göstərir. Həmin şöbələrin hamısı kadrlarla təmin olunub. Həkimlərimizin bəziləri Türkiyədə, Moskvada və ayrı-ayrı şəhərlərdə ixtisasartırma kurslarında olublar. Ona görə də xəstəxanamızda cərrahiyə əməliyyatlarının keçirilməsi üçün hər hansı çətinlik yoxdur. Müəssisədə doğum şöbəsi də fəaliyyət göstərir. Eyni zamanda ölkə rəhbərinin tapşırığına əsasən ölkənin hər yerində olduğu kimi Balakəndə də əhalinin kütləvi müayinəsi aparılıb. Ümumilikdə 63.000 mindən çox əhali kütləvi müayinədən keçib”.

Baş həkim qeyd edib ki, hazırda xəstəxanada 7 boş vakansiya (onkologiya, urologiya, lor və s.) yeri var: “Müəssisədə 148 həkim çalışır, 504 nəfər isə orta tibb işçisidir. Rayon ucqar yerdə yerləşdiyi üçün burada rütubətlik çox olur. Məhz buna görə də xəstəxanaya ən çox ağciyər, oynaq, revmatik xəstəlikdən əziyyət çəkənlər müraciət edir”.

Ana və uşaq ölümünə gəlincə baş həkim əlavə edib ki, bu cür hallar dünyanın bütün inkişaf etmiş dövlətlərində də mövcuddur: “Son zamanlar xəstəxanamızda bu kimi hallar çox azalıb. 10 ilə yaxındır ki, bizdə ana ölümü olmayıb. Amma ildə 2-3 uşaq ölümü olur”.

"Rezidentura təhsilinin 5 il olması səbəbindən..."

Jurnalistlər son olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olublar.  Xəstəxana barədə məlumat verən baş həkimi Məcid Əliyev deyib ki, 100 çarpayılıq tibb müəssisəsinin inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib: "Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub, 2011-ci ildə isə rayon əhalisinin ixtiyarına verilib. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir".
Hazırda xəstəxanada 40 nəfər hemodializ xəstəsi müalicə alır. Bura qonşu rayonlardan da olan hemodializ xəstələri də gəlir. Bildirilib ki, tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilib, bloklarda ilk dəfə olaraq Azərbaycan dilində xüsusi sensorlu monitorlar quraşdırılıb. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət edilir.

Məcid Əliyev deyib ki, xəstəxananın tibbi heyətinin tərkibinə təxminən 450 nəfər daxildir. Baş həkim kadr təminatı məsələsində də aydınlıq gətirib: "Kadr çatışmazlığı problemi artıq həll olunmaq üzrədir. Bütün ixtisaslar üzrə vakansiya yerlərimiz var. Rezidentura təhsilinin 5 il olması səbəbindən kadr çatışmazlığı müşahidə olunsa da, getdikcə yeni kadrlar müraciət eməkdədir. 2010-cu ildən indiyədək tibbi heyətin həkim və orta tibbi işçilərinin demək olar ki hamısı Türkiyə və digər xarici ölkələrdə ixtisasartırma kursu keçiblər".

Xəstəxanada ana və uşaqlar üçün xidmət yoxdur. Baş həkim deyib ki, Şəkidə 11 rayona xidmət üçün nəzərdə tutulan rayonlararası perinetal mərkəz var ki, ana-uşaq sağlığı ilə orada məşğul olunur.

Mövsüm başlayandan bəri Şəkidə ilan sancmaları və vəhşi heyvan hücumları səbəbindən quduzluqla bağlı ağırlaşma hallarına rast gəlinməyib. Məcid Əliyev 5 nəfərin ilan sancmasından müraciət etdiyini və onlara tibbi yardım göstərildiyini bildirib.
Qeyd edək ki, bundan öncə Səhiyyə Nazirliyi Göyçay, Ağdaş və Ucar rayonlarının tibb müəssisələrinə press-tur təşkil etmişdi.

Naibə QURBANOVA
 

Baxış sayı
Ay ərzində: 37
Bütünlüklə: 583