Linza seçərkən diqqətli olun   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Yaşın fərqi varmış   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Soğan yemək beyini gücləndirir   |   Köklük insult riskini artırır   |   Qadınlar daha ağıllıdır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Peşənə bax, ölümünü bil!   |   Həkimlərdən qeyri-adi cəza   |   Diliniz dərdinizdən danışır...   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Uzunömürlülüyün sirri almadadır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Qadınlar, qəhvə için!   |   Nikah gecəsinin sirləri   |   Ramazan ayında necə qidalanmalı?   |   Kişilərin futbol sevgisi   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Depressiyanın dərmanı - dondurma   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Almanı qabıqlı yeyin   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Müasir xanımlar çox yaşayır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Tənhalıq xərçəngə səbəb olur   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   
Azərbaycanda yeni şirkət, yeni məhsul

Oktyabrin 4-də Bakıda “EAS-Consulting”in distributoru olduğu “Defiteq TELEFUNKEN” şirkətinin Azərbaycan filialının açılış mərasimi keçirilib.

Mərasimdə “EAS-Consulting”in və “Defiteq TELEFUNKEN”in Türkiyə filialının direktoru Selman Ülgenalp, “Defiteq Azərbaycan”ın rəhbəri Qüdrət Əsədov və ölkənin tanınmış ictimai-siyasi xadimləri, KİV nümayəndələri, həmçinin iqtisadçılar, həkimlər və digər peşə sahibləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Selman Ülgenalp artıq Azərbaycanda da fəaliyyət göstərəcək olan şirkət və məhsulu haqqında qonaqlara məlumat verib: “2014-cü ildən etibarən “EAS-Consulting” millətlərarası firmaların, dünyada tanınan “Defiteq TELEFUNKEN” markasının yeganə distributorudur. “Defiteq TELEFUNKEN” dünyanın təxminən 60 ölkəsində distributorluq ilə güclü və sabit bir quruluşa malikdir. Hər keçən gün "ÖNCƏ HƏYAT" missiyası ilə fəaliyyətini inkişaf etdirən “Defiteq TELEFUNKEN”, “EAS-Consultingin” ekspertləri və təcrübəli heyəti ilə millətlərarası standartlara, müştəri tələblərinə, keyfiyyət siyasətinə uyğun şəkildə öz məhsul və xidmətlərini təklif edir.

Telefunken DEFİBRİLYATOR – OED yüksək səviyyədə inkişaf etmiş texnologiyaya sahibdir və rahat şəkildə istifadə oluna bilər. Türkiyədə aparılan araşdırmaların nəticələri göstərir ki, hər gün təxminən 300 insan ani ürək dayanması səbəbiylə dünyasını dəyişir. Avropada isə gündə 1500 insan ani ürək dayanması ucbatından həyatını itirir.  Yəni hər il təxminən,  yarım milyon insan bu səbəbdən ölür. Ani ürək dayanması qurbanlarının yalnız 10-20 faizi sağ qalır.

2020-ci ildə ürək xəstəlikləri nəticəsində baş verən ölümlərin sayı bütün ölüm hallarının təxminən 40 faizini təşkil edəcək. Ancaq bir OED-iniz varsa, ətrafınızda ani ürək dayanması baş verən zaman ölüm riskini azaltmaq mümkündür. Bir OED ani ürək dayanmasından sonra sağ qalmaq şansını 70 faizə qədər artırır.

Sizə niyə OED-i seçməli olduğunuzu söyləyəcəm.

Kənar dəstəklə avtomatik şəkildə işləyən defibrilyator, avtomatik olaraq ürək ritminin təhlilini aparır və bunun nəticəsində son dərəcə mürəkkəb alqoritm hesablamaları əsasında şokun zəruri olub-olmadığını müəyyənləşdirir. OED-lə həyata qaytarma prosesində, ilk yardım göstərilən şəxsə düzgün müdaxilə etmək üçün şifahi və əyani xəbərdarlıq mövcuddur. OED süni tənəffüs və ürək masajı üçün də səsli və görüntülü təlimatlar verir. Telefunken OED, xəstənin lazımi ürək ritminin bərpasına kömək etmək üçün ürək masajı zamanı siqnal verir.

Telefunken OED-in yarım avtomatik və tam avtomatik variantları mövcuddur. Yarım avtomatik OED-də xəstəyə elektroşok verməkdən ötrü əvvəlcə “şok” düyməsini basmaq lazımdır, avtomatik OED-də isə elektroşokun verilməsi üçün heç bir manuel müdaxiləyə ehtiyac qalmır, stimullardan sonra elektroşok avtomatik olaraq verilir”.
Şirkət rəhbəri daha sonra mərasim iştirakçılarını sözügedən “Telefunken DEFİBRİLYATOR” aparatı ilə əyani olaraq tanış edib və istifadə qaydasını göstərib. Azərbaycan üçün yeni olan bu aparat iştirakçıların marağına səbəb olub.

Şirkətin Bakı filialının rəhbəri Qüdrət Əsədov qonaqları maraqlandıran sualları cavablandırıb və aparatın zəruriliyi barədə danışıb.
 

Baxış sayı
Ay ərzində: 24
Bütünlüklə: 1301