Qadınlar 120 il yaşaya biləcəklər   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Ana bətnində 4 gün donduruldu   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Tüstüsüz siqaret kəşf edildi   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Ev işləri erkən doğum risqini artırır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   İnternet qocalmanı sürətləndirir   |   Savadlı ol ürəyin ağrımasın   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Gəzinti ən yaxşı idmandır   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Linza seçərkən diqqətli olun   |   Kişilər yoxa çıxacaq   |   Qadınlar niyə çox danışır?   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Boşanma kişilərə də təsir edir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Soğan yemək beyini gücləndirir   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Suyu az içmək beyni qocaldır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Nikah gecəsinin sirləri   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qadınlar yatanda arıqlayır   |   Sevgi qurban tələb edir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   İnsan dərisindən ev   |   
“Covid əleyhinə peyvənd olunan xəstələrdə əməliyyat sonrası ölüm halları azalıb” – cərrah Elgün Səmədov
Bütün dünyanı bürüyən Covid-19 pandemiyası dövründə təxirə salınan planlı cərrahi əməliyyatlara qoyulan qadağalar aradan götürülə bilər.

Bunu “Leyla Medical Center”in həkimi cərrar Elgün Səmədov deyib. Bildirib ki, bu ilin 25 mart tarixində "British Journal of Surgery" jurnalında dərc edilən elmi məqalədə qeyd olunub ki, dünyada Covid-19 əleyhinə peyvənd olunaraq əməliyyat olunan xəstələrdə əməliyyatdan sonrakı Covid-ə bağlı ölüm hallarının sayında azalma olub: “Daha öncə dərc edilən məqalələrdə göstərilirdi ki, 70 yaşdan yuxarı xəstələrin əməliyyatdan sonrakı ağırlaşma ehtimalı 3% idisə, pandemiya dövründə Covid-ə yoluxmuş xəstələrin əməliyyatdan sonrakı ölüm ehtimalı 18,6 % olmuşdu. "British Journal of Surgery" jurnalında dərc olunan sonuncu məqalədə isə, Azərbaycanın da qatıldığı 116 ölkənin mütəxəssislərinin iştirak etdiyi araşdırmanın nəticələri qeyd olunub. Bu nəticələrdən aydın olub ki, 70 yaşdan yuxarı və xərcəng xəstəliyi səbəbilə əməliyyat düşünən xəstələrdə əməliyyat öncəsi peyvəndləmə olunarsa əməliyyatdan sonra Covid-ə bağlı ölüm ehtimalının əhəmiyyətli dərəcədə azalıb”.

Tədqiqat qrupunda yer alan cərrah Elgün Səmədov qeyd edib ki, dünyada Covid-19 pandemiyası dövründə planlı cərrahi əməliyyatlar təxirə salınmışdı: “İndi isə deyilir ki, peyvəndləmə olduğu halda xəstənin yaşı 70-dan yuxarı olarsa 1 il ərzində statistik olaraq 60 min insanın Covid-ə bağlı ölümün qarşısı alına bilər. Bu tədqiqatın böyük nəticəsidir və dünya üzrə kifayət qədər böyük rəqəmdir. Pandemiya başlayanda bəzi məlumatlar yayılmışdı ki, ümumi anastesiya ilə cərrahi əməliyyatdan sonra Covid tutan xəstələrdə ölüm faizi 20% ola bilər. Bu xəstəlik tam araşdırılmadığı üçün dəqiq məlumat yox idi. Biz də öz xəstəxanamızda planlı əməliyyatları saxlamışdıq. Xəstələrdə də təşviş vardı. Amma bu gün əminliklə deyə bilərik ki, peyvənd olunan xəstələrdə əməliyyatlar riskli hesab olunmur. Mənim tərəfimdən də tövsiyyə olunur ki, cərrahi əməliyyatdan öncə peyvənd olunsunlar”.

Həkim-cərrar onu da vurğulayıb ki, araşdırmanı həyata keçirən Birmingham Universitetinin tədqiqatçılarından olan cərrah Dmitri Nepoqodiyev də, planlı cərrahiyyə planlanan xəstələr üçün Covid öncəsi peyvəndə önəm verilməli olduğunu deyib: “Bu tədqiqat Birmingham Universiteti tərəfindən idarə olunub. Tədqiqatda bir çox ölkələrdən Türkiyə, Azərbaycan, Avstraliya, Braziliya Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və ABŞ-ın da daxil olduğu 116 ölkədəki 1667 xəstəxanadan 141.582 xəstənin dataları araşdırılıb”.

Qeyd edək ki, beynəlxalq elm adamlarının araşdırmalarına əsasən, pandemiya dövründə təcili olmadığı halda əməliyyatları təxirə düşən xəstələrdə əməliyyat öncəsi Covid-19 peyvəndinin virusa bağlı ölüm riskini azaltdığı məlum olub.

Birmingham Üniversitetindəki mütəxəssislər tərəfindən idarə olunan “COVIDSurg Collaborative” beynəlxalq araşdırma heyəti “Cərrahiyyə əməliyyatı planlaşdırılan xəstələrə Covid-19 peyvəndi vurulmasına önəm verilməlidirmi?” mövzusunda araşdırma aparıb. Araşdırmanın nəticələri, bu ilin 25 mart tarixində dünyanın ən prestijli elmi nəşrlərindən olan "British Journal of Surgery"də yayımlanıb.

Məqalənin linki: https://academic.oup.com/bjs/advance-article/doi/10.1093/bjs/znab101/6182412
Baxış sayı
Ay ərzində: 48
Bütünlüklə: 48