
Suallarınızı cavablandırır:
"Briz-L" göz klinikasının həkim-oftalmoloqu Könül Feyziyeva
Qısa məlumat:
2006 – cı ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirib.
2006-07-ci illərdə akademik Mir-Qasımov adına Respublika Kliniki Xəstəxanasında internatura keçib.
Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyinin üzvüdür.
10-dan çox elmi seminar və konfrans iştirakçı olub.
2012-ci il "İlin Həkimi" müsabiqəsində "İlin Oftalmoloqu" adına layıq görülüb.
“Gözümüzü necə qoruyaq?” adlı kitabın müəllifidir.
"Briz-L" göz klinikasının həkim-oftalmoloqu Könül Feyziyeva
Qısa məlumat:
2006 – cı ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirib.
2006-07-ci illərdə akademik Mir-Qasımov adına Respublika Kliniki Xəstəxanasında internatura keçib.
Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyinin üzvüdür.
10-dan çox elmi seminar və konfrans iştirakçı olub.
2012-ci il "İlin Həkimi" müsabiqəsində "İlin Oftalmoloqu" adına layıq görülüb.
“Gözümüzü necə qoruyaq?” adlı kitabın müəllifidir.
Sual verən: Anonim Əlavə edilib: 2022-01-04 10:29:16
Salam hekim men uzagi yaxsi gormurem eynek yaziblar taxiram cixartdiqdan sonra dahada pis gorrem bu oyresmekden aslidi yoxsa eynek sehv yazilib?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Çıxartdıqdan sonra pis görmə hissi əslində aldadıcıdır. Sadəcə eynəkdə daha aydın və yaxşı gördüyünüz üçün çıxardıqdan sonra o fərqi hiss edirsiniz.
Sual verən: Nubar memmedova Əlavə edilib: 2021-12-15 07:20:15
Salam hekim menim qizimin 4yasi var anabetinde sag gozu inkisafdan qalib bebeyi balacadir gozu acilmir.qizima goren goz qoymaq mumkundur?xahis edirem sualimi cavablandirin
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Görən göz qoymaq mümkün deyil, lakin kosmetik cəhətdən digər gözdən heç seçilməyən protez qoyula bilər.
Sual verən: Amilqurbanov Əlavə edilib: 2021-12-07 04:53:55
Salam hekim menim gozum qizarib hemde sisib birde ag cirk gelir ne dermani meslehet gorerdiz
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Bakterial infeksiya əlamətləri ola bilər. Dəqiq diaqnoz üçün əyani müayinə lazımdır.
Sual verən: Gunay Əlavə edilib: 2021-10-02 22:51:31
Salam Doxdur mende sol gozum sax gozume nisbeten cox yaxşı gorur yani sol gozumu tutub sax gozumle baxanda torankim gorem azmaz heda yazilar coxu secemirem ama sag gozum tutub sola baxanda aydin gorem bu mende 3 4 il olar var bele normal her iki gozumle normal gorem narahaclix toretmir mene sizce bu neden ola biler indiden yazdixiniz ucun tesekurler
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Göz zəifliyi sonradan da hər iki gözdə, yaxud bir gözdə yarana bilər. Dəqiq səbəbi bilmək üçün müayinə və uyğun müalicə lazımdır.
Sual verən: Amil Əkbərov Əlavə edilib: 2021-03-09 15:07:50
Salam,dünən gecə qaranlıqda yıxılmışam,Qasımın altı,göz qapağının üstündən qapıya deyib şişib,gözüm də yığılıb.Həkim,mən nə etməliyəm?Xahiş edirəm mənə kömək edəsiniz.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Travma zamanı təcili müayinə olunub, uyğun müalicə yazılmalıdır.
Sual verən: Tural muradov Əlavə edilib: 2021-03-07 08:37:00
Salam həkim 28 yasim var lazerlə eməliyyat mumkundurmu deyirlər göz qurulugu yaradir hər hansi təhlukəsi varmi?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Bəli lasik əməliyyatından sonra bir müddət göz quruluğu yaranır, lakin tədricən bərpa olunur və təhlükəsi yoxdur.
Sual verən: Günel musayeva Əlavə edilib: 2021-03-06 13:18:38
Salam.menim qızımın bir gözü iki rənglidir.yariai boz yarısı qəhvəyidir.buna çare var?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Əgər rəng dəyişilməsi stabil qalırsa və gözdə heç bir patologiya yoxdursa bu heteroxromiya adlanır. Anadangəlmə gözün quruluşu olub, müalicəyə ehtiyac duymur. Əgər yanaşı xəstəlik də varsa vaxtında yaranma səbəbi tapılıb müalicə olunmalıdır.
Sual verən: Aise Əlavə edilib: 2021-03-04 19:26:45
Salam hekim 25 yawim var.gozumde esme var.her iki gozum esir.bunun bir defelik aradan qaldirmag mumkundu?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Gözlərin əsməsi nistaqm adlanır. Adətən anadangəlmə olub - beyin və yaxud göz mənşəli ola bilər. Göz zəifliyinə uyğun eynək nistaqmın amplitudasını nisbətən azalda bilsə də tam aradan qaldırmır.
Sual verən: Aide Əlavə edilib: 2021-03-04 16:08:16
Salam hekim men uzagi yaxwi gormurem bunun ucun hekim eynek yazib eyneyi taxdigim zaman yaxwi gorurem ama cixartdiqdan sonra bir nece saniyeliyine evvelkindende pis gourem bu normaldimi??
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Əslində eynəksiz əvvəlki kimi pis görürsünüz. Sadəcə eynəklə daha yüksək görmə əldə etdikdən sonra, onu çıxartdıqda mövcud olan pis görmə insanda görmənin zəifləməsi hissini yaradır.
Sual verən: bella Əlavə edilib: 2021-03-04 15:47:46
Salam menim 16 yaşim var 10 yaşimdan uzaği göre bilmirəm miyop xesteliyim var 6 ildir ki e eynek taxiram ama meni narahat eden eynekle gözümün olduğundan çox balaca görünmesidir bunun sebebin bilmek isteyirdim Bu problemi aradan nece qaldirmağ olar gözüm menfi 5 dir teşekkür edirem
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Miopiyada mənfi dərəcəli şüşəsi olan eynək taxıldığı üçün, bu mənfi lizalar əşyaları kənardan daha kiçik göstərir. 18 yaşdan sonra linza taxmaqla və ya lasik (eynək atma) əməliyyatı ilə eynəkdən azad ola bilərsiniz.
Sual verən: Nigar Əlavə edilib: 2021-02-14 20:49:15
Salam 17 yaşım olacaq.Gözüm sentyabr ayinda-1.75 və -1.25 idi.Online dərslərdə telefondan mecbur qalaraq həddindən çox telefon işlətdim.Hiss edirəm ki gormem zəifləyib eynəyi təkcə lazım olanda (lövhə,tv baxanda)taxiram.Necə edI'm ki evvelki kimi görüm.Həkim deyirdi ki gozumde spazm var.indidən təşəkkürlər
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Qadcetlərə fasilələrlə baxılmalı, onlayn dərslərdən sonra gözə dinclik verilməli, yuxu rejimi düzgün olmalıdır. Bacardıqca açıq havada və uzaq məsafəyə baxaraq gözlərə fasilə verilməlidir.
Sual verən: Fuad Elesgerov Əlavə edilib: 2021-02-14 16:56:02
Salam hekim gozume svarka dusub aqrisi kecmir ne edim navakayinda tokurem xeyir elemir ne vurum gozume.?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Novakain və digər ağrıkəsicilərin istifadəsi yol verilməzdir. Onlar bir neçə dəqiqəlik ağrını azaltsa da gözün vəziyyətini daha da ağırlaşdıra bilər. Həkimə əyani müraciət edin. Svarka yanığının ağırlıq dərəcəsindən asılı olaraq uyğun müalicə yazılsın.
Sual verən: Yaqut Ceferova Əlavə edilib: 2021-02-14 09:16:24
Salam. Menim nevemde anadan gelme ceplik var. 9 yawi var ne qeder mualice olub kecmir. Emeliyyatliqdisa ne vaxt emeliyyat ola biler?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Müalicəsi eynək və əməliyyatdır. İlk öncə uyğun eynək taxmalı, göz məşqləri etməlidir. 4 yaşdan sonra əməliyyat daha uyğundur.
Sual verən: Arif Daşdəmirov Əlavə edilib: 2021-02-12 14:52:08
Salam doktor 6 aylıq oğlumun gözündə qara ləkə var bu ləkə təhlükəlidirmi? Və hansı səbəbdən yaranır?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Müayinə lazımdır. Xal və s. ola bilər. Əgər artırsa, rəngini dəyişirsə qısa zamanda müayinə olunmalıdır.
Sual verən: Seidova Xuraman Əlavə edilib: 2021-02-11 20:17:27
Salam Konul xanim.Menim oglumda 3 ayliqindan cepgozluk var .3 yaw yariminda emeliyyat olunub.Ceplik qalib gormeside zeifdi.sag goz 100% sol goz 50%. acki taxir her gun 3-4 saat sag gozu baglayiriq.9 yasi var.Amma helede yaxwilawma olmur.bawqa ne etmek olar gormeni artirmaq ucun.Goz ucun aparatlara aparmiwiq.Cox sagolun
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Uşaqlarda göz dərəcələri daha sürətli dəyişdiyi üçün, gözünə uyğun dəqiq eynək seçilməli və göz məşqlərini onunla hər gün davam etdirməlidir.
Sual verən: aywen eliyeva Əlavə edilib: 2021-02-10 18:57:35
Salam hekim menim gozumde bebeyin ortasinda ag noqte var o ne ola biler ve mene bir care deyin cox xaiw edirem
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Müayinə lazımdır. Çapıq, ləkə, keratit və s. ola bilər.
Sual verən: Agazade Mircelal Əlavə edilib: 2021-02-10 16:26:13
Salam hekim Menim 12 yasim var.Menim sag gozum 10 faiz gorur,sol gozumde 90 faiz gorur.Mene pensiya dusur?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Onu tibbi-ekspert komissiyası yoxlayır. Sizdə uyğun görünmür.
Sual verən: Gülər Əlavə edilib: 2021-02-09 18:20:44
Salam. Mənim bir gözüm travma nəticəsində görmür. Digər gözümdə isə 10% görmə var. Gözümə görə heç yerdə işləyə bilmirəm. İmkanım yoxdu həkimə gedim. Müavinət düzəltdirmək istəyirəm deyirlər sənə düşmür. Mən gözümün zəifliyinə görə neçənci qrup gözdən əlil hesab olunuram.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Əlillik dərəcəsi Tibbi ekspertizanın müayinəsi və rəyi əsasında təyin olunur.
Sual verən: Günay Əliyeva Əlavə edilib: 2021-02-07 16:43:50
Salam sağ göz 80%,sol göz 10%görürsə buna görə həkim zəif görən sol gözü bağlayıb sağ gözü aydın olan eynək yazıb bu doğrudu? Və bu anadangəlmə olarsa əməliyyatla tənbəlləşməni aradan qaldırmaq mümkündür sol gözdəki?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Bəlkə sol gözdə tənbəllik yarandığı və ona eynək düşmədiyi üçün yalnız sağ gözə təyin edib. Göz tənbəlliyi 8-10 yaşa kimi aradan qalxır, əməliyyatla düzəlmir.
Sual verən: Abdullayev Pərviz Əlavə edilib: 2021-02-04 08:19:16
Salam.Mənim qızımın 8 yaşı var.Sol gözü -8 dir.uzun müddətdi müalicə olunur.Həkim Retinalamin və sair dərmanlar təyin etdi.Ancaq çoxda xeyri olmadı.Onu əməliyyatla müalicə etmək olarmı?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Gözün dərəcəsi uşağın inkişafı boyunca arta bilər. Eynək taxmalı və vaxtaşırı göz dibi müayinəsi olunmalıdır.
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi