Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Şokolad qan təzyiqini azaldır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Su filtrindən süzülən xəstəlik   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Sonsuzluq – miflər və faktlar   |   Qadınların sevimli yaş dövrü   |   Qadınlar, qəhvə için!   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Qadınlar daha ağıllıdır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Xərçəngi insan yaradıb?   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Ramazan ayında necə qidalanmalı?   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Ana südü xərçəngə qarşı   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Nikah gecəsinin sirləri   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   29 yaşında nənə oldu   |   Gəzinti ən yaxşı idmandır   |   İnternet qocalmanı sürətləndirir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Stress qadınların beynini zəiflədir   |   Təzyiq altında yaşamayın   |   3D ürək bulandırır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Boşanma kişilərə də təsir edir   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Almanı qabıqlı yeyin   |   
Könül Feyziyeva
Suallarınızı cavablandırır:
"Briz-L" göz klinikasının həkim-oftalmoloqu Könül Feyziyeva

Qısa məlumat:
2006 – cı ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirib.
2006-07-ci illərdə akademik Mir-Qasımov adına Respublika Kliniki Xəstəxanasında internatura keçib.
Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyinin üzvüdür.
10-dan çox elmi seminar və konfrans iştirakçı olub.
2012-ci il "İlin Həkimi" müsabiqəsində "İlin Oftalmoloqu" adına layıq görülüb.
“Gözümüzü necə qoruyaq?” adlı kitabın müəllifidir.
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Rafiq Əlavə edilib: 2020-11-08 06:44:28
Hekim mende qan azligi var iki gundu kime baxiram iki gorurem arada duzelir bu neden ola biler qandan ola biler?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Ümumi xəstəlik və ya göz xəstəliyi səbəbindən ikigörmə ola bilər.
Sual verən: Rahid Əlavə edilib: 2020-11-07 20:17:33
Salam, qızımın gözlərində sola və ya sağa ani qaçmalar olur, gözlərinin ağradığınıda deyir, bununla bağlı nə edim, kimə yaxınlaşım, xəstəliyin adı nə kla bilər mümkünsə haqqında deyərdiniz
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Göz zəifliyi, quruluq, spazm və s. səbəbdən ola bilər. Müayinə lazımdır.
Sual verən: Xalidə Huseynova Əlavə edilib: 2020-11-07 12:27:27
Kipriyimde genə var analiz verdim
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
SALAM. Gənəyə qarşı həkiminiz tərəfindən təyin olunmuş müalicəni edin.
Sual verən: Nermin Memmedova Əlavə edilib: 2020-11-04 18:36:49
salam.hekim.usaq 3 ayliqdi.anadan olandan goz bebeyinin tam merkezinde ag iyne ucu qeder ag leke var.bu normal ola biler?yoxsa neyin gostericisi ola biler?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Müayinə lazımdır. Buynuz qişada, bəbəkdə ləkə olmur.
Sual verən: Ruqiyyə Əlavə edilib: 2020-10-30 22:10:41
Salam həkım .mən 50 gündürkı mırvari suyundan açiğ əməlıyyat olmuşam amma narahatliğim var gözümün qabaği qarişir yoxladi həkım dedı kı göz dıbındə l Plyonka var dərman yazdi Omk 2 dedı lazerə salmaq ıstəmırəm . 1 həftədı dərman tökürəm xeyrı yoxdur .rayonda qaliram həkımım bakida zərıfə əlıyevada ışləyır .getmək olmur get mənə məslət verın nə vaxtsa keçər bu ? Bırdəkı axşamlar lınzanin işiği gözümdə yayilir narahat oluram nə edım xahış edırəm mənə kömək edın .
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Cərrahi əməliyyat ciddi məsələdir. Müayinə üçün də vaxt ayırıb həkiminizdə təkrar müayinə və müayinəyə uyğun müalicə olunun.
Sual verən: Asiman Əlavə edilib: 2020-10-30 21:57:40
Salam hekim menim anam iki ay di emilyyat olub kataraktdan gözü narahat di yad cisim Kimi gelir gözünə linza qoyulub həkimə yoxladib dəyib ki gözünde plonka var ne demek di? Xaiş edirəm cavab verirdiz
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Həkimiznidən maraqlanın nə demək istəyib? Çünki göz dibində və ya arxa kapsulda ola bilər. Bunlar isə tamamilə ayrı xəstəliklərdir.
Sual verən: Resul Resulov Əlavə edilib: 2020-10-30 19:13:30
Salam hekim menim gözümde miopiya var 18 yasım var .Menim gözümün biri menfi -3.75 biride -4 dür göz dibinde yırtıq varıydı onu lazerle emeliyyat etdirdim onda sonra hekim 3.25 eynek yazdı eyneklede biraz zeif görürem birde gözümde spazm var spazmi nece aradan qaldira bilerem.öyrenmek isteyirdimki miopiya mende ne qeder yüksele biler nece qarşisini alım?göz tenbelliyide cox tesir edir? Yırtıq tez tez yaranır gözde yoxsa nece?göz mesqleriyle gözü zeiflemesinin qarsısını almaq olar? Birde gözümün bir bebeyi böyüyüb biraz neden ola biler?hekime getdim bir şey yoxdu birde lasik emelliyat ola bileremmmi ? Xahiş edirem cavablayın. cavablasaz cox sevinerdim!!
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
SAlam. Zəiflik adətən 18-20 yaş arası dayanır. 1-2 il ərzində təkrar müayinələrdə stabil qalırsa deməli daha artmır. Lasik əməliyyatı buynuz qişanın qalınlığı uyğun olduqda aparılır. Lasik əməliyyatından sonra eynək ilə maksimal gördüyünüz qədər görəcəksiniz. Göz dibi nazilməsi miopiyada təkrar yaranma riski həmişə var. Lakin heç olmadan da qala bilər. Vaxtaşırı göz dibi müayinəsi olunmalısınız.
Sual verən: fariz azakov Əlavə edilib: 2020-10-18 18:24:00
katarakta emeliyyati olunmusam . yeniden gozume mirvari suyu gelme ehtimali varmi? yeniden su yigila bilermi?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
SALAM. Katarakta yenidən olmur, ancaq gözdə qalmış kapsulda bulanma yarana bilər, onu isə YAG lazerlə 5 dəqiqəyə aradan qaldırırlar.
Sual verən: Nihat Heydərov Əlavə edilib: 2020-10-18 03:50:47
Salam həkim yata bilmirəm yuxuya getməkdən əziyət çəkirəm yuxu dərmanı , ya damcı yuxu gətirən varmiki Mənə kömək etsin ?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Nevropatoloqa və ya terapevtə müraciət edin.
Sual verən: Rəşidə Əlavə edilib: 2020-10-17 15:06:45
Salam dokdor men 8 aylıq hamiləyəm. Və gözlərim uzaq görmə qüsuru var. Bilməy isteyirem normal doğuş zamanı gözlərimə bir ziyanı olarmı.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Göz dibinizdə problem yoxdursa təbii doğuş olar. Göz dibi müayinəsi lazımdır.
Sual verən: Gulnar Mamedova Əlavə edilib: 2020-10-15 19:35:15
-18 miopiya sol gozumde mirvari emele gelib,sag gozumde soldakindan azdir.gelen hefte emeliyyata gedirem insAllah.sol gozumde katarakta emeliyyati olunannan sonra ,saq gozumun aqibeti nece olacaq hekim?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Sağ gözünüz olduğu kimi qalacaq. Çünki, əməliyyat yalnız sol gözünüzdə olacaq.
Sual verən: Oqtay memmedov Əlavə edilib: 2020-10-14 15:22:37
Salam. Metanol ile dişleri qarqara etmek göze zerer verer mi? 11 gün evvel dişim ağrıyırdı, dükandan vodka alıb qarqara ettim. Bir neçe gün sonra çürük dişlerimde arada bir elektrik vururmuş kimi hiss ettim. Vodkanın metanol olmağından qorxuram. Teşekkürler.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Spirtli içkilərdə etanol olur. Ancaq metanol isə çox toksikdir, korluq və ölümə səbəb olur. Əgər metanoldan olmuş olsa idi həmin gün təsir etmiş olardı. Siz dişlərinizi stomatoloqda müayinə etdirin.
Sual verən: Gunel Əlavə edilib: 2020-10-08 19:04:36
Salam hekim,4 ay evvel qizimla oynayanda bilmeden eli gozume deydi,agridi gozumu aca bilmedim,dayanmadan su axmaga basladi,sisdi qizardi,gozumu yumub acanda sanki nese batirdi,gozum yumulu olandada sakitlesmirdi. Hekim goz qapagi zedelenib dedi gatisin forte isletdim agrilar kecib getdi amma evvelki kimi tam saglam olmadi.gormemde hec bir problem yox idi.Amma 3 gun evvel seher duranda gozumu acanda aca bilmirdim gozumde agrilar yarandi acib yumanda incidirdi,aciq havada gunes suasi incidir gozumu,sanki gozumde nese var,bir az da qizarti var.ne meslehet gorursuz?birde deyimki 7 ayliq hamileyem tebii dogus planlasdirilir,bele olan halda nese narahatliq yasana biler?cox sag oun indiden.
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Gözünüzə yad cisim düşmüb, ön səthini cıza bilər. Müayinə lazımdır. Hamiləlikdə qorxuasu yoxdur. Sadəcə gözdə cızılma varsa mütləq müalicə olunmalıdır ki, infeksiyalaşmasın.
Sual verən: inci Əlavə edilib: 2020-10-08 03:43:16
hekim qizima ceplik 3 yasina kimi duzelecek eyneyide 6 yasinda meslehet gorub. narahatiq nadinc usaqdi bu yasinda eynek istifade ede bilmez. hamile vaxt cox eseb kecirmisen onan elaqeder ola bilermi?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Eynəyi nə qədər tez taxsa bir o qədər yaxşıdır. Adətən gözdəki zəiflik, çəplik gözün quruluşuna və genetika ilə əlaqəli olur.
Sual verən: inci Əlavə edilib: 2020-10-04 12:39:11
salam xanim. qizimin 2 yas 3 ayliqdi gozunde ceplik vee zeiflik var. cox mualice goturmusuk. ceplik duzelib birez ama zeiflik var ne ede bilerik? qorxusu varmi
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Çəpliyi yaradan əsas səbəblərdən biri gözdəki zəiflik olur. Eynəkdən istifadə etsin ki, çəplik düzəlsin və gözündə tənbəllik yaranmasın.
Sual verən: Sabir Ceferov Əlavə edilib: 2020-08-11 21:59:41
Salam doktor. Mən 18 yaşımda çəpliyə görə əməliyyat olunmuşam. Amma əməliyyatdan qısa müddət sonra gözlərimdə yenidən çəplik hiss etdim. İndi əməliyyatdan 8 il keçib. 26 yaşım var. Xüsusən yorğun vaxtı gözlərimi ümumiyyətlə düz saxlaya bilmirəm. Uşaqlıqda beyin təzyiqim də olub. İndi bilmirəm varsa. Onun da təsiri ola bilərmi? Və həkim deyir gözlərimdə əzələ boşluğu var. Yenidən əməliyyat olunsam tam düzəlmə ehtimalı var?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Gözlərin əməliyyatdan sonra yenidən çəpləşməsinin səbəbi gözlərinizdə zəifliyin olmasıdır. Fokuslanmayan göz qaçır. Təkrar əməliyyat yenidən kosmetik xarakter daşıyacaq və zəiflik qalarsa, eynək taxılmırsa və ya düşmürsə yenidən qaça bilər.
Sual verən: Gülər Vəlmuradov Əlavə edilib: 2020-08-10 18:16:58
Salam doktor,qizimin 8yaşı var bir gözü torlu görür uzağı,iki gözlə baxanda isə çox yaxşı görür.həkimə aparmişam deyir anadangəlmə bir gözü zəifdir qorxusu yoxdur ,gözünün ölçüləri -1 +6dir.sizcə qorxusu varmi
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Eynəyini taxsın ki, gözündə tənbəllik yaranmasın.
Sual verən: Səmayə Zeynalova Əlavə edilib: 2020-08-09 10:13:34
Xalazionun cərrahi yolla aradan qaldırılmasının təqribi qiymətini bilmək istəyirəm o
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Əməliyyat olunacağınız klinika administratorundan maraqlana bilərsiniz.
Sual verən: Ilahe Feyzullayeva Əlavə edilib: 2020-08-07 06:29:39
Salam hekim, menim gozume artiq 2 heftedir ki qan sizib. Hec getmir ,herden qasinma da verir. Sebebi nedir? Zehmet olmasa goz ucun hansi damci dermani meslehet gorerdiz?
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. Qan təzyiqinizi yoxladın.
Sual verən: Isgender Əlavə edilib: 2020-08-06 23:49:19
Salam Könül xanım. Təqribən 1.5 - 2 ay öncə həm üst göz qapağımda, həm də alt göz qapağının iç tərəfində itdirsəyi yarandı. Üst hissədə həm şişkinlik, həm ağrı, alt göz qapağında isə sadəcə balaca yumru şişkinlik var idi (iç tərəfdən). Bu müddət ərzində dərhal müalicəyə başladım. İlk 5 gün, gündə 3 dəfə oftakfiks damcı, sonra isə bir neçə gün maksitrol mazla davam etdim. Ondan sonra isə yalnız zelyonka vururam. Düşünürəm ki, bu itdirsəyi xalyazionla nəticələndi. Uzun müddət keçməsinə baxmayaraq, üst hissədə xırda şişkinlik və alt hissədə iç tərəfdən xırda şişkinlik qalıb. Hansı müalicə ilə davam etməyimi məsləhət görürsünüz? Öncədən təşəkkürlər!
Cavab verən: Oftalmoloq / Könül Feyziyeva
Salam. 2 aydan daha uzun müddət keçdikdən sonra artıq şişkinlik kapsullaşır və yalnız çərtib çıxarmaqla tam müalicə olunur.