Pul saymaq ağrını azaldır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Qadınlar yatanda arıqlayır   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   3D ürək bulandırır   |   İnsulini sprey əvəz edəcək   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Zəmanə qadınları...   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Xoşbəxtlik qadınları zəif edir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Ana öpüşü güclü immunitet yaradır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Suyu az içmək beyni qocaldır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Güclü cinsin zəif tərəfləri   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Arıqladan çimərlik paltarı   |   B6 vitamini xərçəng risqini azaldır   |   Stress qadınların beynini zəiflədir   |   Savadlı ol ürəyin ağrımasın   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Həkimlərdən qeyri-adi cəza   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   
Rəna Tağıyeva
Suallarınızı cavablandırır:
Rəna Tağıyeva
Medi Plus klinikası: psixoterapevt, hipnoterapevt, NLP-master


Qısa məlumat:
2009-cu ildə Moskva psixologo-sosial institutunun psixologiya fakultəsini bitirib.
2011-ci ildə Moskvada NLP-master, 2012-ci ildə pozitiv psixoterapiya, 2013-cü ildə hipnoterapiya kurslarını bitirib.

Tel.: (051) 388 53 98
Medi Plus klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Ononim Əlavə edilib: 2022-11-09 16:55:28
Evlenmek istemeyen oglanlara ne derman verek
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Ata ilə ananın arasında birlik, biri-birinə dəyər hiss edən, ictimai qınaqdan çəkinən oğlanlar məmnuniyyətlə ailə qururlar.
Sual verən: yusif quliyev Əlavə edilib: 2022-11-03 08:05:58
her sey qaydasindadir amma icimde bilmediyim bir sixinti var
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Ağılın təhlili 5- 8 % təşkil eləyir. Beyində generasiya olunan digər fikirlərdən insan bixəbərdir. Retikulyar aktivləşdirici sistem var, prioritetlərə görə məsuliyyət daşıyır. Sinir sistemini qorumaq məqsədi ilə bədən ağıla zidd gedərək, retikulyar sistemə tabe olur. İnsan isə özünü başa düşməyə çalışır.....
Sual verən: anonim Əlavə edilib: 2022-11-01 14:28:21
Salam Rəna xanım.yoldaşımda astenospermiya çıxıb 1 ildi uşağımız olmur psixoloji olaraq nə ilə bağlıdır?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Valideyn olmağa hazır olmamaqla bağlıdır. Abstrakt düşüncə və davranış səbəblərini (psixoloji) bilmək üçün anamnez toplanmalıdır.
Sual verən: Jale Selimova Əlavə edilib: 2022-10-27 17:41:20
Salam hekim menim oglumun 10 yawi var o 3 yawindan sora tedricem yemekleri secmeye bawladi indi ise demek olar butun yemeklerden meyvelerden imtina edib yavan corek yeyir acanda amma yemekleri yemir zorla yedirende qusur ama bu iwtahasizliq onda halsizliq yaratmir nece hekime aparmiwam iwtah dermanlari komek elemir bilmirem nece edim ki hec olmasa 3 4 yemeyi yesin sizce pisixoterapevt komek ede biler bize?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Uşaqlarla bağlı bütün problemlər valideynlərə ilahi ismarıcdır. Bu ismarıcları oxumaq üçün psixoterapiya valideynlər üçün olunur və gözəl nəticələr alınır.
Sual verən: Leyla Əlavə edilib: 2022-10-23 14:35:04
Salam hekim, 3 il bundan əvvəl ağır panik atak yaşadım və indiyə qədər müxtəlif vaxtlarda azalıb coxalir. Ama əsas problemim gün ərzində davamlı olan nefes daralmasidir. Dərindən nəfəs almaq üçün esneyirem 10/1 uğurlu olur. Ve bu mənim bütün sinirlerimi korlayır, işlərimi görə bilmirəm. Evdə otururam. Tez tez nefes derin nefes alma ehtiyacı gelir. Almasam bogulacag kimi oluram üzüm qızarmaga başlayır. Bunun üçün nə edə bilərəm , dəfələrlə dərman müalicəsi almisam
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Seanslara yazılın, sizin problemlərinizi tez bir zamanda həll edək.
Sual verən: Anar Ibadov Əlavə edilib: 2022-10-12 08:25:52
Salam. Ushagin 4 yashi var. Heddinden chox danisir. Cox lazimsiz suallar verir. Neyinese el deyende aglayir ya deyir isti oldu pis oldu niye elindi deydi. Ya nese duzeldir aglayir ki sehv oldu? Bele seyler normaldi ushaqlarda ya nece?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Siz onu olduğu kimi, mənfi cəhətləri ilə qəbul eləyin. Abstroqirovaniye- düşüncələrinizdə qəbullansanız hər şey möcüzəvi şəkildə dəyişəcək.
Sual verən: Maximilian Muller Əlavə edilib: 2022-10-11 11:27:31
Salam Rena xanim yaddas, qavramaq, suretli oyrenmek, uzun muddet sixilmadan dersle mesqul olmaq ucun neleri etmeyi meslehet gorerdiz
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Yazdıqlarınıza əməl eləmək üçün obskurantizmi yaradan stereotip düşüncə korreksiya olunmalıdır ki, koqnitiv dissonansdan azad olasınız. Ağıl elmlə qidalandığı üçün assertiv halda böyük məmnuniyyətlə biliyinizi artıracaqsınız.
Sual verən: Günay Əlavə edilib: 2022-09-24 10:41:48
Salam Rəna xanım mən 7 ildi ayləliyəm 2 qızım var biz yoldaşmla bir birimizi istəyirdik.sora evdə söz söhbət düşdü aramız soyuyub düzü nə o məni nədə mən onu əvəlki kimi istəmirik.neçə dəfə dedim boşanaq boşanmır düzü məndə qızlarıma görə boşana bilmirəm.söz söhbət mənə görə yox evdə baldızım vardı ona görə düşürdü günahm olmaya olmaya mən günahkar olirdum döyülürdüm bir sözlə günahm olsada olmasada mən gəzalanırdım.yəni yoldsşım evdə olandada görürdüki o edir mənə deyilirdi söz.onsuz onları dəyişmək olmaz yəni defiyim odurki başqasına görə soyuduq bir birimizdən.xaiş edirəm mənə məsləhət verərdiniz.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. İnsan dünyaya sevməyi öyrənməyə gəlir. Bütün dinlər, ezoterik elmlər, psixologiya insanlara bağışlamağı, şükr etməyi buyururlar. Səbəb : yaşanan münaqişələrdən sonra qazanılan təcrübəyə görə Allaha şükr edib, özünə güvənməyi və yenidən sevinməyi, həyatda gözəllikləri görməyi, yaxşı xatirələrə görə pislikləri unutmağı seçib Allaha yaxınlaşasınız.
Sual verən: Ayan Əlavə edilib: 2022-09-18 10:35:45
Salam həkim. Dünən stress keçirtdim.səhər oyananda qolumda qırmızı yumru ləkə var idi hal hazırda qaşınır onan ola bilər ?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Dermatoloqa müraciət edin, keçməsə psixoloji pozuntunun nəticəsidir.
Sual verən: anonim Əlavə edilib: 2022-09-18 00:12:40
Salam Rəna xanım.Cənnətə gedən yolu necə tapa bilərik?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Sualın cavabı çox uzundur, azı iki saat çıxış tələb edir. Təşəkkür edirəm belə sualı etibar elədiyinizə görə. Kövrəltdiniz məni..........
Sual verən: Ümid Əkbərli Əlavə edilib: 2022-09-09 13:20:20
Salam Rena xanim necesiniz? Demeli doktor men bilirem ki mende ne xesteliyi var nevroz ve panik atakam men bu xestelikden uzun illerdi eziyyet cekirem nece il idi ki bu xesteliye antidepressant dermanlarin komeyi ile qalib geldim ama yeniden bu hallar baw vermeye bawladi bu hansi hallardir: yuxudan duranda teziqin ve urek doyuntusunun qalxmasi ve cirpinmasi hergun teziqimin enib qalxmasi baw gicellenme sol elimin uyuwmasi urek nahiyesinde agirliq sancma ve agri evden cole cixanda qorxu hissi nese olacaq mene EXO olunmuwam cox wukur herwey qaydasindadir doktir yeniden antidepressantlar atmaliyam?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Antidepressantlar sizə indiki zamanda əsəbləşib qıcığı seçməməyə kömək edir, lakin yaşadıqlarınız xoşagəlməz anlar və o anların yaratdığı gələcək qorxusundan azad olmaq üçün dərmansız psixi müalicə almalısınız.
Sual verən: Emin Əliyev Əlavə edilib: 2022-09-02 07:12:19
Salam həkim, oğlumun 14 yaşı var. Son dövrlər hərəkət və danışığında ciddi dəyişkənliklər vardır. Nevroloqa müraciət etdik. Bildirdi ki, psixoloqa aparaq. 1 aydır ki, seanslara getməsinə baxmayaraq elədə yaxşıya doğru dəyişikliyi yoxdur. Xahiş edirik bizə bizə bir istiqamət vetəsiniz. Öncədən təşəkkür edirik.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Mən özüm elədiyim müalicəyə zəmanət verirəm.
Sual verən: Günay Əlavə edilib: 2022-08-28 09:55:34
Salam həkim gününüz xeyir həkim mənim yoldaşım qonşulara nəsə verməyə qoymur o gündə qonşu bir termus isti su istədi vermədim dedim inciçəyin verənmərəm ama mən normalda o qədər əli açıq adamamki son pulum olsa verəcəm o suyu vermğdiyimkün vicdan əzabı çəklrəmsonradan bilmişəmki evdə körpə uşaq var Xaiş efirəm kömək edin bu başdan çox sağolun deyirə
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Ailə münasibətlərində bütün məsləhətlər individualdır. Hər kəsə xarakterinə, cəsarətinə, maraqlarına uyğun məsləhətlər verilir. Sizi yönləndirmək üçün tanımalıyam, hər ikinizin xasiyyətindəki incəlikləri nəzərə almalıyam ki, ailə bağınız pozulmasın.
Sual verən: Lale Əlavə edilib: 2022-08-27 09:35:52
Salam hekim. Men 6 7 ci siniflerde 2 qiz var idi sinif yoldasim. Onlara cox hesed aparirdim. Sanki onlar bu dunyada istedikleri her seyi eden biri kimi gorurdum. Onlar menden 2 yas boyuk idi . Onlar cox ozguvenli idiler. Ve.s o yaşda olanda onlar avtobusla rahag her yere gedib gele bilerdiler.ve.s nehayet 8 ci sinifde onlar cixdilar. Men butun gucumu oxumaga verdim. 10 cu sinifin sonunda son zengde o qizlarda orda idi. (Onlar hemise ozlerini menden artiq kimi bilibler( men cox gozel bir sey edende mene ooo falan deyirdiler. Ve mende utanirdim. ) son zengde fjkrim ancaq ister istemez onkarda idi. Istirdim ki onlara ozumu gosterim. Etdimde. Sabhki gun o qiz yadima dusende basim cox pis agridi. Hara baxjrdjm onu hiss esirdim. Kinoya baxiram öz ozume deyirdim ki o menden daha yacsi baxir. Avtobusa minirem yolda gezierem beynim ancaq onlari dusunur. Oz ozume deyjrem ki yolda getdim, birden onlar menden. Daha yaxsi olarlar bes men ozumu nece hiss ederem. Adice isdirem rahat yatim. Ama beynim buna imkan vermir. Sizce psixoterapiya ile bunu hell etmek mumkundurmu?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Psixi-emosional pozuntular psixoterapiya vasitəsi ilə diqqətin istənilən platolara köklənməsi ilə korreksiya olunur və belə nàrahatlıqlar tamamilə keçir.
Sual verən: Nərmin Əlavə edilib: 2022-08-20 17:12:14
Salam, Rəna xanım. Bəzi insanların həm dindar olub və ya sadəcə Allaha inanmaqlarına rəğmən saxtakarlıqla məşğul olmaları + töhmət filanda almamaları ona görə də yenidən eyni şeyləri davam etdirməklərini anlamıram ki, niyə də? Bu vəziyyətin içərisində olanda nə deyəcəyimi və edəcəyimi bilmirəm.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Ruhən güclü olub, diqqətini hər vəziyyətdə öz maraqlarında saxlamağı öyrənməlisən.
Sual verən: Leyla Əlavə edilib: 2022-08-18 23:35:55
Salam men her gun ureyimde danishiram istemirem danishim ama alinmir fikrim yonelir ora adi heyetde ushaqlar oynayir mene pis tesir edir esebime toxunur yatandada onlarida fikirleshiremki goresen sabahda heyetde men o ushaqlari gorecem mene cox pis tesir edir her gun ureyimde pis fikirler olur istemirem ureyimde danishim ama alinmir rahat yashiya bilmirem ozumle bacarmiram bilmirem Ne edim ele bir derman olsaydi atardim bele bir shey olmazdi hemde yata bilmirem o geder ureyimde pis sheyler danishiramki yatada bilmirem fikirleshiremki goresen sabah pis insanlari yene gorecem goresen ne vaxtsa meni esebleshdirecekler bu fikirler meni mehv edib ne geder guclu yuxu dermanlari atiram Tesir etmir ne meni yatizdirir nedeki bir shey
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Psixoterapiyalar zamanı pis fikirlərlə mübarizə yox, onlara qarşı neytral münasibət yaranır. Çünki onlara insan önəm verdikcə entropiyanın qurbanına çevrilir, yəni başda fikirlərdən ibarət xaoc hökm sürür.
Sual verən: Aysen jafarova Əlavə edilib: 2022-08-18 22:40:18
Birini unuda bilmemeyin sebebi
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Onun yerinin boş qalmağı. Əvəzi tapılan kimi arxa plana keçir.
Sual verən: Şamilova Samire Əlavə edilib: 2022-08-15 16:51:42
1 aydir tezyiqden ezoyyet çekirem. Psixoterapevte muraciet etmeyimi bildirdiıer
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Düzgün qərardır. Bu gün xəstəliklırin 70% psixosomatik sayılır, yəni neqativ düşüncələrin bədəndə əksidir. Təzyiqi yaradan fikirlərdəki qorxulu impulslardır. Dərmansız, psixoterapiya ilə, 10 seansa müalicə olunur.
Sual verən: Səbuhi Əlavə edilib: 2022-08-15 06:29:30
Həkim salam. Kiminəsə ucadan danışmaq istəyəndə böğazımın mədəmin sıxılmağın hiss edirəm. Səsim batır. Üzümün sağ tərəfi qızarır. Ürək döyüntüləri yaranır. Özümü rahat müdafiə edə bilmirəm. Səs həkiminə, lor həkiminə, mədə həkiminə getmişəm xeyri yoxdu. Qeyd edim ki, stresli vaxtlarım cox olub.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. İnsanın diqqəti konfliktdə qalarsa, əsas mənliyi üsyankar olur. Bununla əlaqədar hüquqlarını müdafiə etməkdə əziyyət çəkir. Çünki ağlında haqsızlıqla mübarizəni hiss edir və hücum gözləyir. Psixoterapiya ilə daxili harmoniya bərpa olur.
Sual verən: Sevinc Yusifova Əlavə edilib: 2022-08-14 12:45:28
Salam Rəna xanım. 25 yaşım var.İşləyirəm, subayam heç nədən həvəs ala bilmirəm. Ruhum qocalıb elə bil, hər kəs inkişaf edir, bir passiv qalan mənəm sanki. Ailəmlə, ətrafımdakı insanlarla daimi ünsiyyət qura bilmirəm. Bir iki cümlədən sonra danışmaqa söz tapmıram və susuram. Hər kəsi dinləyirəm tövsiyyə verirəm amma məni heç kim başa düşmür dinləmir. Hamı deyir niyə belə soyuqsan, bədbin düşüncəlisən. Sevdiyim yoxdu. Elə fikirləşirəm ki kiməsə şans versəm o da bir müddətdən sonra sıxılacaq məndən. Həyatda heç bir yeniliyə, uğura həvəsim yoxdu. Bu vəziyyətimlə bağlı sizdən tövsiyyə almaq istəyirəm. Pozitiv ruhlu insana çevrilə bilmək üçün nə edə bilərəm? Niyə bu moddan çıxa bilmirəm ? Xaiş edirəm oxuyub cavablandırasınız. Öncədən təşəkkür edirəm.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Hər bir insanın həyata marağı, onu öyrənmək həvəsi müəyyən yaşa kimidir. Sonra həyatı dərk etmə, onun qanunlarını öyrənmə və riayət etmə tələbatı yaranır. Bəzi insanlar bu qanunları qəbul edib, həyatın qurucularına çevrilirlər, digərləri isə həyata üsyan edərək ondan küsürlər.