Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Gəzinti ən yaxşı idmandır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   B6 vitamini xərçəng risqini azaldır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Stress qadınların beynini zəiflədir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Partenofiliya - bakirə qızlara meyl   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Diliniz dərdinizdən danışır...   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Prostatit və onunla mübarizə   |   Nikah gecəsinin sirləri   |   Ramazan ayında necə qidalanmalı?   |   Su filtrindən süzülən xəstəlik   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Güclü cinsin zəif tərəfləri   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Çili bibərləri ağrıkəsicidir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadınlar, qəhvə için!   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   29 yaşında nənə oldu   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Ana öpüşü güclü immunitet yaradır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Çiyələk gümrahlığı artırır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   
Rəna Tağıyeva
Suallarınızı cavablandırır:
Rəna Tağıyeva
Medi Plus klinikası: psixoterapevt, hipnoterapevt, NLP-master


Qısa məlumat:
2009-cu ildə Moskva psixologo-sosial institutunun psixologiya fakultəsini bitirib.
2011-ci ildə Moskvada NLP-master, 2012-ci ildə pozitiv psixoterapiya, 2013-cü ildə hipnoterapiya kurslarını bitirib.

Tel.: (051) 388 53 98
Medi Plus klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Cio Əlavə edilib: 2021-05-04 02:39:47
Salam doktor qardasim haqqindadi sualim Narkotik isdifade elediyini gordum 1il bunnan qabaq şubhelenmisdim eslinde ama inanmirdim danisdim uzun uzun gorende elindekin , birde elemiyecem prosta elebele eliyirem didi. Dememişken 1ilden coxdu elediyi men onnan boyuyem 29yaşi var evveller soz esidirdi indi ama her o sohbet acilanda ki eleme deyir elemirem onsuz kim deyir sehf deyir.mualice olunur ama xeyri yoxdu 3gun bunnan qabaq oturub xeyli sohbet eledim.hekime cox gedib ozu mualice alsin deye.getdiyu hekimlerde pis deyil sadece beyinle baglidi onun asilligi.tergidende pis depressiyaya dusur.hetda qorxuram ki intihar eder.deyir ki onu evez eden birsey olsa indi tergiderem tergitmeyi cox isdiyirem deyir . Elemese boşluga duşur ureyim partdiyir qala bilmir. O cox iradeli oglaniydi hersey eliyirem ama köməy olmur nişanlisinnanda ayrilib buna gore , Hekimede getmir hal hazirda evebele gelmir Heyif olmagini istemirem qardaşim olmasaydi bele tanisam yene istemezdim cunki cox yaxsi oglandi hami xetrini isdiyir.bu bəlaya turkiyede telebe yoldasiynan duşub ne meslehet gorursunuz
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Narkotikə meyillilik yaradan güclü heyifslənmə hissi və keçmişlə yaşamağa qeyri şüuri maraqdır. Evdə valideynləriniz də keçmişdə itirdikləri ( insanlar, şanslar,maddi maraqlar) şeylərə ürəkdən heyifslənirlər. Ona görə qardaşınız narkotik vasitəsi ilə reallıqdan uzaqlaşır.
Sual verən: Kamran aliyev Əlavə edilib: 2021-04-27 19:49:22
Salam doktor,mən kəskin şəkildə əsəbi olmuwam bu 10gun ərzində siqareti buraxdığım dan bəri və də siqaret çəkmə arzusu kəskin şəkildə artıb,ama söz vermişəm özümə cekmiyecem,əsəbi gərginliyi aradan qaldırmaq üçün sakitləşdirici olaraq ne derman ne müalicə məsləhət görərdiz,
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Məqsədinizə doğru seçdiyiniz yol düzgün deyil, iradəniz tab gətirməyəcək. Beyini düzgün proqramlaşdırmağı öyrənməlisiniz.
Sual verən: Simuzər Əlavə edilib: 2021-04-27 12:40:42
Salam Rəna xanım.Siz cənnət və cəhənnəm axirət haqqında nə düşünürsüz? həqiqətən fikirləriniz maraqlıdır.əvvəlcədən təşəkkürlər.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Bu sual artıq 100 ya da 101 dəfə verilir . Zəhmətinizi dəyərləndirirəm, lakin hiss eləmədiyim cavabı yazmıram.
Sual verən: Kerimova Əlavə edilib: 2021-04-26 16:45:33
Salam Hekim.Men OKP xestesiyem.texminen 10ile yaxindi ferqli verdislerle bu problem mende var.4il bundan qabaga kimi verdisler arta arta en pis vezyete getiedi meni.artiq ozumu idare eleye bilmirdim hetde.sonra tehsilimle elaqedar basqa sehere kocdum.ve 50% ireleyis elde etdim.normal bir insan kimi uzun muddet yasadim.sonra yene artmaga basladi.Her defe boyikbir addim atiram .azladiram verdisleri ve hemin qalan verdislerle boyukbir panika dovru yasayiram depresiye sixinti ve ozunu irdare edebilmemk kimi hallar musahide olunur.yebu dovru ya muhit deyismekle ve derman ya da pisxoloq yardimi almaqla kecirem.boyuk irelleyis elde edirem yene.belece mende davam eleyir.bilmek istiyirem ki men problemden qurtula bilerem yoxsa mende qlaacaq?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Bütün psixoloji problemlərdən (potologiyadan başqa)qurtulmaq mümkündür. Onları yaradan səbəblər şüuraltıda yerləşir.
Sual verən: Salam Əlavə edilib: 2021-04-25 19:18:26
Yoldaşım mənim görunuşumu bəyənmir,özu açıq deyir bunu,məni ancaq tənqid edir,hiss edirəm ki,artıq ona nifrət edirəm necə edim
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Həyat insanın emosional intellektini artırmaq üçün onun yaxınlarından istifadə edir.
Sual verən: Aygun Əlavə edilib: 2021-04-21 14:04:53
Salam Rena xanim.Oqlumla elaqedar yaziram.Chox esebidir,onun haqqinda danishmadiqimiz halda ona hele gelir ki,ondan danishiriq.Vesveselidir.Onun bu hereketleri evde ab havani pozur. Geleceye umidsiz baxir.Adi mashin surende chox gergin olur.Ne meslehet vere bilersiniz.Evvelceden minnetdaram.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Sizin övladınızla emosional ünsiyyətiniz pozulub. Ana öz destruktiv enerjisi ilə ya övladının psixikasını pozur, ya da konstruktiv enerjisi ilə uşağının həyatını qurmağa dəstək olur.
Sual verən: Gunel Ayvazova Əlavə edilib: 2021-04-21 10:25:40
SALAM DOKTOR. NOLAR SUALIMI CAVABLANDIRARDIZ. 2 USAQ ANASIYAM BIRI 3 BIRI 2 YASINDADI. EVVELLER COX SAKIT INSAN IDIM SEBRLI. ANA OLDUQDAN SONRA BUTUN ESEBLERIM POZULUB. USAQLARIN HER NADINCLIYI MENI ESEBLESDIRIR USTLERINE QISQIRIRAM. HISS EDIREM KI BOYUK QIZIM DA ARTIQ AGRESIVLESIR SOZUME BAXMIR. NOLAR MENE KOMEK EDIN DERMAN MUALICESI DEYIN ESEBLERIME GORE SAKITLESDIRICI NE QEBUL EDIM. COX XAHIS EDIREM MUMKUNSE BURA YAZARDIZ DERMAN ADINI. COX SAGOLUN
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Sizin agressivliyinizin keçməsi üçün dərmanla sakitləşməyiniz deyil, ailəni birləşdirməyin , uşaqları yönləndirməyin yollarını öyrənmək, gərginlik yarananda diqqəti hədəfə kökləməyi bacarmaq vacibdir.
Sual verən: K.Ü Əlavə edilib: 2021-04-20 15:34:51
Salam.Mende nece illerdir OKP den ezyet cekirem.Lakin 2.3ilden bir boyuk bir irelleyis elde edirem ve ilisdiyim bir cox takıntılardan ve vesveselerden qurtuluram.Daha bir necr il yerde qalan dusuncelerle ve hereketlerle mubarize aprariram.Ve yene eyni ile birden bire yene boyuk bir addim atiram.Amma bu mendr tam bitmir.Azaldiqca azligi da narahat edir .Heddinden artiq cox olmasi nece narahatliq verirse qat qat az olmasida eyni narahatciligi verir .he birde qeyd edim ki hemin boyuk addimlari ya muhut deyismekler atiram ya da derman mualicesi alaraq .oz ozluyunden olmur.Bilmek istiyirem ki bu gedisatla men qurtula bilecem yoxsa mende dovr edecekmi ?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Dərmanla və ya mühüti dəyişməklə əldə olunan psixoloji rahatlıq müvəqqəti olur. Beyin yaşanan problemlərdə məntiq tapmasa onları qəbul eləmir, yaranan sakitlik müvəqqəti olur, bir as sonra sıxıntılar yenidən təkrarlanır. Psixikanı tam psixoterapiya ilə bərpa eləmək olur.
Sual verən: nigar Əlavə edilib: 2021-04-20 07:44:43
Salam Rəna xanım.Namaz qılmaq və axıra qədər davam etmək üçün güclü ruha sahib olmalısan yoxsa istək yetərlidir?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. İstək yetərlidir.
Sual verən: Aytən Əlavə edilib: 2021-04-20 06:06:03
Bəzən neynediyimi bilmirəm . Gecə bir qərar verirəm , gündüz o qərarıma peşman oluram . Yanımdakilardan sıxılıram . Çıxıb getmək istəyirəm hamıdan uzağa . Təklik istəyirəm . Yanımda yalnız sevdiyim insan olsun . Başqa heçkim
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Özünüzə qarşı kritikanı qəbul edə bilmədiyinizə görə belə hallara düşürsünüz.
Sual verən: Yasəmən Tumasova Əlavə edilib: 2021-04-19 18:25:37
Salam, hekim, 26 yaşım var..aileliyem..son 1 ildə ev işlərini əlcəklə edirəm.ele bil əllərimdə quruma gedir.Dedim bəlkə allergiyadi. Qan Analizi verdim heç ne cixmadi..Etim urpenir kimi oluram nəyəsə əl vuranda.usaqlarin paltarını əlcəklə geyindirirem.oz yerimi belə əlcəksiz yığa bilmirəm.bilmirem bu nədir..mən kimə müraciət edim onu da bilmirəm. Əvvəllər əlcəyi sadəcə dizinfeksiya işləri aparanda taxirdim..amma indi bütün işleri əlcəklə edirəm.sizce, bunun səbəbi nədir? Çox xahiş edirəm, mənə kömək edin
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam Yasəmən. Biz artıq seanslardan tanışıq və mən bu cavabı yazanda artıq üç seans almısınız. Psixoanaliz göstərdi ki,səbəb çox dərin və şüuraltı problemlərdir. Hazırda terapiya davam edir və əminəm siz nəticənizlə bölüşəcəksiniz.
Sual verən: Anonim Əlavə edilib: 2021-04-18 23:36:33
Salam, həkim. Mənim 18 yaşım var. Məktəbdə, elə indi universitetdə uşaqlardan çox fərqləndiyimi hiss edirəm. Sanki onlar daha həyat doludular(təxminən hamsı). Onların hərəkətləri, zarafatları məni qıcıqlandırır, düşük gəlir(normalda heç biri ilə problem yoxdu). Sanki mən 25 26 yaşda biri kimi gəlirəm özümə. Sizcə bu problemdi? Kənarda özünəuygun heç kimi görməmək.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Əyər bu düşüncə sizdə narahatlıq yaradırsa o zaman problemdir.
Sual verən: C.N. Əlavə edilib: 2021-04-16 18:22:07
Salam, doktor. Məsləhətinizə ehtiyacım var. Artıq 1 ildir ki, avtomobil sürürəm amma həyəcandan qurtula bilmirəm. Əvvəlcədən hara isə getmək lazım olduğunu biləndə çox stress keçirirəm. Ünvan ilk dəfə gecəcəyim yerdirsə daha da çox həyəcan, stres yaranır. Halbuki, tanışlar normal sürdüyümü iddia edir. Təcrübə ilə keçər bəlkə amma təcrübə üçün sürmək lazımdır. Mən isə tanımadığım yerlərə sürməyə risk edə bilmirəm. Çox istəyirəm amma bacarmıram. Bəlkə bunun da təsirindəndir ki, evdən məcbur olmadıqca çıxmaq istəmirəm. Bu həyəcan, stres, cəsarətsizlikdən qurtulmanın yolu var mı? Təşəkkür edirəm.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Bəli, belə daxili sıxıntılardn birdəfəlik qurtulmaq mümkündür. Posttravmatik stresi yaradan səbəblər tapılıb korreksiya olunur və hisslərdə güvən yaranır.
Sual verən: Gunel Əlavə edilib: 2021-04-15 08:41:12
Salam həkim bir sualım var mendə sanki pis xestelik yaranacaqmis kimi fikirler gelir aglima sanki nese olacaq pis seyler olacaq sanki bu fikirler meni normal yasamaga qoymur sizce neden ola biler öncədən təşəkkürlər.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Bütün neqativ halları yaradan səbəblər şüuraltıda yerləşir. Anamnez toplanandan sonra dəqiq qərar vermək olur.
Sual verən: Yusif Əlavə edilib: 2021-04-09 17:36:44
Doğuşsonrası kəskin depressiyadan əksər qadın müalicə alaraq nə qədər müddətə çıxa bilər?Əvvəlcədən təşəkkür edirəm
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. 3-5 seansa çıxartmaq olur.10- 20 günə psixikanı bərpa eləmək olur.
Sual verən: Sevinc Qurbanova Əlavə edilib: 2021-04-07 15:40:49
Salam Rəna xanim mənim yaddasim zəyifdi beynimdə kutləsmə gedir ele bil kimsə sohtbet edir və o sozler beynime girmir ..danismaqla aram yoxdu insanlarla sohbət ede bilmirem mən ne edim? İndiden tesekkurler
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam.Neqativ fikilər ağılda çox olanda beyin sinir sistemini pozulmaqdan qorumaq üçün yaddaşsızlıq yaradır.
Sual verən: Mansurov Elvin Əlavə edilib: 2021-04-07 09:25:11
Salam Rena xanim.yoldasimla dava zamani ona hec bir sozumu deye bilmirem desemde meni anlamir.ona gore her seyi icimde yasayayiram .2 usagim var onlari esebi olanda doymurem sadece ozume ziyan verirem cox pis yaddassizliqim var neyise edirem sonra ele bilirem etmemisem.axir vaxtlar cox dusunurem ozumu sakitlesdire bilmirem ozumu idare ede bilmirem 1 soze bele dehsetli derecede cenem sonrada elim ayagim esir ve qusmaga basliyiram basimda geribe agrilar var ele bil basimin icinde nese qayniyir .icimde pis qorxular var ozumu cox narahat hiss edirem ele bilirem ki nese pis bir sey olacaq.5 deqiqe sakit oluram 5 deqiqe tam basqa bir insan evden qacib gedmek isteyirem amma bilmirem hara gedim her seyden iyrenmisem hec kimi gormek istemirem.men hansi hekime muraciyet edim
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Psixosomatik xəstəliklər var, yəni neqativ düşüncələrin fiziki cisimdə yaratdıqları fəsadlar. Ürək bulanma, baş ağrıları və s . buna aiddir. İnsan dünyaya şüurla gəlir, lakin şüurdan istifadə eləməyi öyrənmək üçün hər kəsə özünə uyğun çətinliklər verilir. Kimisi müqavimət göstərərək özünü aciz zənn edir, kimisi əksinə həyatın qalibinə çevrilmək üçün kompromisə girərək həyatla harmoniyada olmağın yollarını axtarır.
Sual verən: İradə Əlavə edilib: 2021-04-05 18:04:55
Salam Hekim mənim oğlumun əlindən yerə telefon düşmür ancaq pbg oynayır telefonu alan kimi mənimlə aqressiv davranır hetda qışqırır üstümə çox əsəbidir 16yasi var nə edə bilərəm
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Valideynlə övladın ünsiyyəti emosional dildən əsas ibarətdir. Siz seanslar vasitəsi ilə özünüzlə tanış olmalı, övladınızla qurduğunuz neqativ emosional dildən pozitiv dilə keçməlisiniz. Uşağın qəlbində olan ailəsinə qarşı iradlar müzakirə olunub, korreksiya olunmalıdır.
Sual verən: Sevgi Əlavə edilib: 2021-04-05 17:21:10
Salam Rena xanim menim qaynanam meni qısqanır mene pis davranır yoldaşımla bir yere çıxmağa gezmeye qoymur meni ona şikayet edir haqsizliq edir aramizi vurur yoldaşımda anasıdı deye heçne deye bilmir ancaq mene sus deyir sebr et ama men çox esebleşirem onun hereketlerine içime atıram başım ağrıyır her gün özümü pis hiss edirəm bir söz deyirəm hörmətsizlik olur ses çıxartmıram özüm pis oluram ne edim men
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Həyat insan ruhu üçün ringdir. Ruh aldığı zərbələrdən ya zəifləyir, ya da güclənir. Qalib - qəlbində sevinc, ağlında isə yaşadığı hadisədə hikmətı görən sayılır.
Sual verən: Leyla Memmedova Əlavə edilib: 2021-04-05 15:15:33
Salam Rəna xanım mən 18 yaşında ailə qurmuşam öz xalamın gəliniyəm ama gəlin gəldiyim evə uyğunlaşa bilmirəm yoldaşım da başqa şəhərdə işləyir ayda bir evə gəlir həm darıxdıgımdan həm də anlaşılmamağa görə eyni səhvləri çox təkrarlamışam en çox da bu sehvlere göre yoldaşımla aram pozulub soyuyub menden indi her şey evvelki kimi olsun isteyirem evvelki sehvlerimi tekrarlamaq istemirem düzelmek iateyirem ama içimdə bir qorxu var yene eyni şeyler yaşanar deye men nece edim evvelki şeyleri tekrarlamayim həyatimi gözəlləşdirmək istəyirəm mene bir tövsiyyə verin lütfən
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Özünüzə günah hissi verməyin, səhv eləməkdən qorxmayın. Davranışın nəticəsi xoşagəlməz olanda səhv adlanır. Xoşa gələndə isə düzgün addım sayılır.