
Suallarınızı cavablandırır:
"Dobromed" klinikasının nevropatoloqu
Fərhad Əhmədov
Qısa məlumat
1997-ci ildə ADT-nun 2-ci müalicə-profilaktika fakultəsini bitirib.
1997-1998-ci illərdə Respublika Klinik Xestexanisinin 1-ci əsəb xəstəlikləri şöbəsində nevropatoloq ixtisası üzrə internatura kursu keçib.
2002-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Həkim Komissiyasında ekspert nevropatoloq vəzifəsində çalışıb.
Hazırda "Dobromed" klinikasında nevropatoloq vəzifəsində çalışır.
Mob.: (050) 329 30 16
"Dobromed" klinikasının nevropatoloqu
Fərhad Əhmədov
Qısa məlumat
1997-ci ildə ADT-nun 2-ci müalicə-profilaktika fakultəsini bitirib.
1997-1998-ci illərdə Respublika Klinik Xestexanisinin 1-ci əsəb xəstəlikləri şöbəsində nevropatoloq ixtisası üzrə internatura kursu keçib.
2002-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Həkim Komissiyasında ekspert nevropatoloq vəzifəsində çalışıb.
Hazırda "Dobromed" klinikasında nevropatoloq vəzifəsində çalışır.
Mob.: (050) 329 30 16
Sual verən: Nur Əlavə edilib: 2023-03-22 13:50:07
Salam doxdur 35 yaşım var iki aydır doxdur mənim başım heyrenmir elə hiss ediremki başım gedir başımın içi dumanlarnlr bilmirem elə hiss ediremki başım gedir indi aşıb düşəçəm 5 10 deyqa olur düzelir biraz kecenden sonra yenede təkrar olur bu neden ola bilər ?panik atak xestesiyəm evvelceden çox teşekkür ederim
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bu hal, əlbəttə ki, panik hücumun bir əlaməti ola bilər. Lakin beyində olan üzvi xəstəlik ehtimalını inkar etmək üçün siz mütləq bilavasitə nevropatoloqun müayinəsindən keçməlisiniz.
Sual verən: Sərxan Muxtarlı Əlavə edilib: 2023-03-20 12:28:16
Salam həkim. Məndə sinəmdə gündə 1 2 saatdan bir ürək quş kimi çırpınır. Adətən uzanarkən yaxud oturarkən baş verir. Gəzərkən heçnə olmur. Üstəlik əhvalında gün ərzində yaxşı olur. Exo kardioqrammada olmuşam iki dəfə təmiz çıxır. Qeyd edim ki dəhşət əsəbi adamam həmçinin 3 4 gün çəkən qəbizlik olur məndə. Özüm ikinci qrup əliləm onurğa əməliyyatı olmuşam ama kastel lə yeriyirəm. Sağlam vaxtı çəkim 70 kq idi hal hazırda 92 kiloyam. Bir məsləhət verərdiniz zəhmət olmasa.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Məsləhət görürəm ki, bilavasitə nevropatoloqun qəbulunda olub, onun təyin etdiyi müalicə kursunu qəbul edəsiniz.
Sual verən: Sahib Muradov Əlavə edilib: 2023-03-19 19:42:55
Onurgamda problem
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Sualınızı konkretləşdirin.
Sual verən: Bayramova Medine Əlavə edilib: 2023-03-18 02:10:50
Salam hekim.Bir sualim var.Mende qizdirma olur,saliram ve seheri gunu uzum qizarir quruyur qashinmaga bashliyir ve hisse-hisse bogazima sineme qarnima kecir ve sonra qabiqlanib temizlenir.Uje nece defelernen olub mende bu neden ola biler?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Siz bu sualla dermatoveneroloqa müraciət etməlisiniz.
Sual verən: Zaur Allahverdi Əlavə edilib: 2023-03-17 11:20:17
Salam 30 yaşım var. Mən tez diksinirem yanimda anidən bir səs gələndə diksinirəm səa cox bərk olmasada ama anidən gələndə diksinirəm bu kimi ani bir şeylər olanda diksinirəm. Bu nədən ola bilər? Mualicəsi varmı?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bu hal, çox güman ki, nevrasteniyanın əlamətidir və siz bununla əlaqədar müalicə kursu qəbul etməlisiniz.
Sual verən: Səfi dünyamaliyev Əlavə edilib: 2023-03-16 18:30:08
Mərkəzi sinir sistemindəki depresan ne demekdir?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Zəhmət olmazsa, sualınızı bir qədər dəqiq şəkildə formalaşdırın.
Sual verən: Anonim Əlavə edilib: 2023-03-15 11:19:54
Salam. İt tutanda iynə vurulsa belə yenə də nevrotik pozuntu yarada bilər?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Hər şey it tutmuş şəxsə vaksinasiya prosedurunun düzgün aparılmasından asılıdır.
Sual verən: Elşən Əlavə edilib: 2023-03-14 08:23:13
Salam doktor.məndə 5-6 gündən bir güclü baş ağrıları olur.yüngül formada tez tez olur ancaq elə şiddətli olmur.boynumun arxasından başlayır sonra bütün başıma yayılır.axşama doğru güclənir.əvvəllər axşam keçib gedirdi indi ancaq ağrıdan yatmaq da olmur.ürək bulanma da verir.əvvəllır belə şiddətli olmurdu.5 il əvvəl mrt olmuşdum ancaq minimal protruziya çıxmışdı.beyin normal.təzyiq də normal olur.yuxarı olmur.ağrı o qədər güclü olur ki danışmağa da halım olmur.bunlar nədən ola bilər.ancaq müvazinətini huşum yerində olur.yatıb səhər yuxudan ayılanda ağrılar tam keçir.təşəkkür edirəm
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bu vəziyyət sizdə onurğanın boyun nahiyəsinin osteoxondrozu ilə əlaqədar baş verə bilər. Siz mütləq bu hala qarşı kompleks müalicə qəbul etməlisiniz.
Sual verən: Aygun Əlavə edilib: 2023-03-11 20:30:24
Salam həkim məndə başda sixilmalr olurdu EEQ eletdim miqren ataklari ilə bağlı ola bilər amma Mrt məsləhət görüldü eletdim heç ne çıxmadı dedilerki panik atakdi ürək döyüntülərimde artirdi hekim yüngül doza antidepressan yazdi və sakitləşdirici hal hazırda antidepressanti 1 heftedi tam içirəm ancaq bu sefer de boynum sıxılır dehşet başımada ağrı verir yeni tam keçmir
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Başda sıxılmalar, adətən nevrasteniya xəstəliyində rast gəlinir. Bu hala "nevrastenikin dəbilqəsi" də deyilir. Siz mütləq bilavasitə nevropatoloqun qəbulunda olub, diaqnozu dəqiqləşdirdikdən sonra nevrasteniyaya qarşı müalicə kursu qəbul etməlisiniz.
Sual verən: sefi dunyamaliyev Əlavə edilib: 2023-03-09 16:34:27
клоназепам 2 mg eks tesiri olsa nolar?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Klonazepamın çoxlu sayda əlavə təsirləri mövcuddur. Siz bu barədə müvafiq internet saytlarında ətraflı məlumat əldə edə bilərsiniz.
Sual verən: Elşən kazımlı Əlavə edilib: 2023-03-08 19:04:19
Əlimin ovcumun üyüşməsi.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Zəhmət olmazsa, sualınızı lazımi qaydada, ətraflı şəkildə formalaşdırın.
Sual verən: Aysunun Novruzlu Əlavə edilib: 2023-03-05 18:27:14
Salam Dr.Men nevroz xesdesiyem.Men ne qeder malice alsamda heç bir tesiri yoxdur.Herweye eseb oluram.Cuzi bir soz xetrime deyir.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Nevroz xəstəliyi yalnız dərman qəbulu ilə müalicə oluna bilməz. Burada problemin həllinə kompleks şəklində yanaşılmalıdır.
Sual verən: Elxan Şixaliyev Əlavə edilib: 2023-03-05 07:24:02
salam hekim xestenin her iki serebral hemisverde butun hemsferi ehate eden en qalin yerinde 8 mm ölculen subduraleffuziya qeyd edilir.
bu xesteye mualice mumkundu? yeni sagalma şansi neqederdi
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Siz zəhəhmət olmazsa, mənə xəstənizin şikayətlərini bildirin. Bu sualınızı isə həmin müayinəni aparmış mütəxəssisə ünvanlandırın.
Sual verən: Vefa feteli Əlavə edilib: 2023-03-02 12:19:07
Salam hekim Zobumu USM eletdirmisem .USM de gosterir ki zob sol terefden duyunlenib hemde qanlanmasi artib .mumkunse basa salardinuz ki bu ne demekdir qanlanma coxalib .
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Siz bu sualı öz endokrinoloqunuza və ya USM müayinəsini keçirmiş mütəxəssisə ünvanlasanız, daha ətraflı cavab ala bilərsiniz.
Sual verən: Jale Əlavə edilib: 2023-03-02 09:06:00
Salam menim skaliozum var. Ve deyilib ki agos hecne goturmek olmaz. Mende bilmedsn 1 yashindaki oglan ushagini qucagima aldim. Ondan sonra belimde cox pis agri yarandi.Ciddi tehluke torede biler bu menim ucun? Ne etmeliyem?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Siz bu problemlə əlaqədar olaraq vertebroloqa müraciət etməlisiniz.
Sual verən: İlham Dövlətov Əlavə edilib: 2023-03-01 18:38:51
Salam doktor.məndə anidən ürəkdə döyünmə tezleşir bedende titreme yaranır.Elə bir qorxu yaranırki içimdə eləbil bu dq ürəyim dayanacaq bunun səbəbi nədir və hansı dərmanı tövsiyə edirsiz sakitləşməyə görə
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Çox güman ki, sizdə panik hücumlar var və siz bu xəstəliklə əlaqədar olaraq nevropatoloqun qəbulunda olub, onun təyin etdiyi kompleks müalicəni qəbul etməlisiniz.
Sual verən: Məmmədov Tahir Əlavə edilib: 2023-02-28 14:42:25
Magtone tableti içdikdən sonra üz lahəsində və ya boyun lahəsində allerqiq qaşınma olur sonra çəkilir. Tabletləri içməyi davam etməliyik? Yaş 85 doza qünə 1tab.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Məsləhət görürəm ki, bu dərmanı təyin etmiş həkimlə əlaqə saxlayıb ya Magtone preparatının dozasını tənzimləməyi, ya da onu digər bir preparatla əvəz etməyi xahiş edəsiniz.
Sual verən: Cingiz Zamanzade Əlavə edilib: 2023-02-27 22:36:34
Salam hekim.size 1 sualim var mende gunduz vacti her sey normal olur amma gece yerime girende 1 muttedden sonra ureyim sixilmaga baslayir sanki damarin agzi baglanib qan catmir birden yerimden dik atiliram ondan sonra rahatlayiram ele bil damarimda olan qan ureyime catir.nefes de rahat almaq olmur ele bilerem derinden nefes alsam ureyim partlayacag. Amma sixilan vaxti yerimden qalxanda duzelir bunun sebebi ne ola biler?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Buna səbəb sizin ürək-damar və ya vegetativ sinir sisteminizdə problemlərin mövcudluğu ola bilər. Bu halın dəqiq səbəbini tapmaq və ona uyğun müalicə almaq üçün siz mütləq kardioloqun və nevropatoloqun bilavasitə müayinəsindən keçməlisiniz.
Sual verən: Aysu Əlavə edilib: 2023-02-26 14:56:08
Salam həkim .beyin şişində olan bütün əlamətlər başqa xəstəlidə ola bilər?
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Bəzi əlamətlər digər xəstəliklərdə də rast gəlinə bilər. Diaqnozu dəqiqləşdirmək üçün baş beynin KT və ya MRT müayinəsini keçirmək lazımdır.
Sual verən: Gülşən Əlavə edilib: 2023-02-26 09:13:01
Salam həkim. Serebral Araxnoidit üzün bir hissəsində olan səyrimələrə və dartınmalara səbəb ola bilərmi? Sağ olun.
Cavab verən: Nevropatoloq / Fərhad Əhmədov
Salam. Serebral araxnoidit diaqnozunu təsdiq etmək o qədər də asan deyil. Sizin təsvir etdiyiniz əlamət isə digər sinir xəstələrində də rast gəlinə bilər. Diaqnozun dəqiqləşdirilməsi üçün siz mütləq bilavasitə nevropatoloqun müayinəsindən keçməlisiniz.
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi