Körpələr yatanda da öyrənir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Sevgi qurban tələb edir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Autizm dünyanın sonu deyil   |   3D ürək bulandırır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Kola spermanın tərkibini korlayır   |   Çox oturmağın zərərləri   |   Boşanma kişilərə də təsir edir   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   2 yaşında 41 kilo oldu   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Diliniz dərdinizdən danışır...   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Gəzinti ən yaxşı idmandır   |   Ana südü xərçəngə qarşı   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Çox gülən qadınlar tez kökəlir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Enli budlar sağlam ürəyə işarədir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Zəmanə qadınları...   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Çili bibərləri ağrıkəsicidir   |   İnsan dərisindən ev   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Ramazan ayında necə qidalanmalı?   |   Dişləri düzgün fırçalama texnikası   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Ürək ağılarına biğanə yanaşmayın   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   
Orqan ticarətində Azərbaycanın da adı hallandı

BBC-nin Ukrayna Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, ölkədə qanunsuz insan transplantologiyası ilə məşqul olan 8 nəfərlik qrup ifşa olunub. Polis rəsmiləri donorların sabiq sovet respublikalarından və maddi ehtiyac içində olan xanımlar olduğunu deyib. Bu şəxslərə hər orqana görə 10 min dollara kimi pulun ödəndiyi xəbər verilir. Ukrayna polisinin bəyanatında diqqəti çəkən digər məqam isə bu əməliyyatların bir qisminin Azərbaycanda həyata keçirilməsi barədə iddiadır. Elə Azərbaycan mətbuatı da son aylar ölkədə “qara transplantologiya” barədə silsilə yazılar dərc edir. Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatı aparıcı yerli kütləvi informasiya vasitələrinin əsas mövzusudur. Son dövlər bu məsələni araşdıran mətbuat indi xaricdən rəsmi təstiq almış oldu. Hələ bir neçə ay öncə xarici mətbuat bu qeyri-leqal biznesdə Azərbaycanın adını hallandıranda yerli polis bəzi özəl yerli klinikalarda yoxlama aparıb bir neçə həkimdən ifadə aldı. Amma buna hər-hansı şərh verilmədi. Mətbuat isə bu yoxlamaların xaricdəki iddialarla bağlı olduğunu ehtimal etdi.
Ukraynada səslənmiş son iddiaya gəlincə, Azərbaycanın Daxili İşlər Nazirliyi bu mövzunun bir qədər şişirdiylidyi düşünür. Nazirliyin təmsilçisi Ehsan Zahidovun fiiikrincə, söhbət insanın zorən yox, könüllü qaydada öz orqanını satmasından gedir.”Əgər kimsə knüllü qayda oz orqanını satırsa burada cinayət tərkibi yoxdur. Neçə ki, donor öz qanını verir. Bu günə kimi daxili işlər orqanlarına kiminsə zorən əməliyyat olunduğu haqda şikayət olunmayıb. Öz orqanını satan şəxsi isə hüquqi cəhətdən məsuliyyətə cəlb etmək mümkün deyil”.Amma belə yanaşmaya tənqidi yanaşanalrda var.
Sabiq polis rəsisi Mahmud Hacıyev bu cür yanaşmanı kökündən yanlış hesab edir. “Burada qanunsuz alğı-satqı münasibəti var. Bundan savayı əgər kimsə oz orqanını satırsa o, bunu maddi və digər asılılıq səbəbindən edə bilər”. Mahmud Hacıyev hesab edir ki, polis orqanları hökmən bu məsələni ətraflı araşdırmalıdırlar.
Bu sahədə qanunverici boşluğun olduğunu tibb elmləri doktoru Adil Qeybulla da deyir. Belə ki, transplantologiya haqqında qanunda “çoxlu boşluqlar var və bu, kriminal qruplar üçün münbit zəmin yaradır”. Adil Qeybulla deyir ki, insan cüt orqanarından birini satırsa bu hal qanunla tənzimlənməli və əməliyyat qeydiyatdan keçməlidir.
BBC-nin Azərbaycan bürosunun məlumatına görə, tibb sahəsinin monitorinqini həyata keçirən Tamilla Kərimova bu iddiaların hökümtlərarası səviyyədə araşdırılmasını zəruri bilir. O ki qaldı əməliyytlara Tamilla Kərimova burada bu və ya digər orqana görə təklif olunan qiymətin cinayətkar qruplar üçün “əsas stimul” olduğunu deyir. “Tək bir böyrəyin dünya bazarında qiyməti 30 min dollardır və əgər insan öz yaxınını xəstəlikdən qurtarmaq istəyirsə bundan artığını da ödəməyə çalışacaq”. Müttəxəsislərin rəyinə görə, hazırda Azərbaycanda donor orqanları arasında ən çox məhz böyrəyə tələbat var.

Baxış sayı
Ay ərzində: 25
Bütünlüklə: 2817