Körpələrin ağlaması onlara xeyirdir

Yeni doğulmuş körpələrin depressiyaya düşməsinin qarşısını almaq üçün ən mükəmməl yol onların ağlamasıdır. Bu qəribə nəticə Melburndakı Kral Uşaq Xəstəxanasının alimlərinin apardığı araşdırmalar zamanı üzə çıxıb. Alimlər 6 illik təcrübələrdən sonra müəyyənləşdiriblər ki, uşaqların ağlamasına imkan yaradılsa onların yuxuları 30 faiz artır. Bu, ana olan qadınların da depressiyaya düşməsini əngəlləyir. Belə ki, anaların da normal yuxu müddəti daha 40 faiz artır. Araşdırmaların müəllifi Anna Prays bildirib ki, valideynlər uşaqları ağlayanda özlərini zorla saxlayırlar. Lakin valideynlər uşaqlarını ağlayan zaman tək qoymaqla onlara özbaşına yuxuya getmək imkanı verirlər.
Bölmənin digər xəbərləri
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi