Yemiş stressin dərmanıdır

İtaliyanın "La Stampa" qəzetində çıxan bir xəbərə görə, Fransa Tibb Elmləri Araşdırmalar İnstitunun elm adamları maraqlı araşdırma aparıblar. Alimlərin apardıqları təcrübələr zamanı məlum olub ki, yemişdəki antioksidantlar insanların stressə düşməsinin qarşısını alır. Təcrübələr zamanı məlum olub ki, yemiş "süperoksid", "dismutaz" maddələri ilə çox zəngindir. Heyvanlar üzərində sınaqdan keçirilən bu maddə stress proteinlərini aşağı salıb. Yemiş yeyilərkən qandakı "SOD"un səviyyəsi də artıb. Bu isə insanlarda da stress proteinlərinin azalması anlamına gəlir. Stress proteinlərinin azalması isə insanların stressə düşməsi ehtimalını da əhəmiyyətli dərəcədə azaldır.
Bölmənin digər xəbərləri
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi