
Qədim dövrlərdən insanlar ölməzliyin çarəsini axtarıb-tapmağa çalışırlar. Bununla bağlı müasir zamanda da bir çox alim elmin yeniliklərindən istifadə edərək uzunömürlülüyün sirlərini axtarıb-tapmağa səy göstərir. Britaniyalı alimlər də uzunömürlülüyün reseptini müəyyənləşdirib: meyvə-tərəvəz, fəallıq və siqaretdən imtina. Alimlərin araşdırması 1 insanın ömrünü necə uzada biləcəyini üzə çıxarıb. Araşdırmalar göstərib ki, hətta yaşlı adamlar da həyat tərzini dəyişməklə ömürlərini uzada bilər. Siqaretdən imtina insan ömrünü 5 il, fiziki fəallıq 3, meyvə-tərəvəz yemək isə daha 3 il uzadır. "Divandan durmamağı bütün bunlara dəyişən şəxslərin də gündə 1 armud yeməsi onların ömrünün uzanmasına təsirsiz ötüşmür", - deyə tədqiqat müəllifləri bildirir.
