
Avstraliyada özəl həkimlər qeyri-adi üsula əl atıblar. Onlar müayinəyə gecikən xəstələrin cəzalandırılması barədə qərar qəbul ediblər. Həmin qərara əsasən, müayinə vaxtına 10 dəqiqə gecikmək təxminən 43 dollar ziyana düşmək deməkdir. Həkimlər bəyanlayıblar ki, bu addım onların gəlirlərinin sabit saxlanılmasına hesablanıb. Əgər xəstə müayinəyə vaxtında gəlmirsə, onun üçün ayrılmış vaxt itkiyə gedir. Bu isə maliyyənin itirilməsi anlamına gətirir. Qərar həm də onunla əsaslandırılıb ki, əgər xəstə müayinəyə gecikdiyi zaman cəzasız qalırsa, bu onda adət halını ala bilər. Xəstələrin hüquqlarını müdafiə təşkilatı isə həkimləri ikili standartlarda qınayıb. Bildirilir ki, həkimlər özləri müəyyən edilmiş vaxtda xəstəyə baxmadıqları halda heç bir cərimə ödəmirlər.
