
Braziliyalı alimlər iddia edirlər ki, onlar Yer üzündə canlıların yaranmasının və bioloji həyatın əsas səbəbi olan bakteriyalara kainatda rast gəliblər. Rio-de-Janeyrodan olan araşdırma qrupunun rəhbəri, professor Ayvan Polino Limanın sözlərinə görə, onlar deinokokkus radiodarans mikrobu üzərində təcrübələr apararkən belə təəccübləndirici nəticələr əldə ediblər. Məlum olub ki, bu bakteriyalar hətta ən iflicedici vəziyyətlərdə belə yaşamaq qabiliyyətinə malikdir. Təcrübə zamanı alimlər onları ən öldürücü radiasiya ilə şüalandırıblar, çox isti və soyuq temperaturda saxlayıblar, uzun müddət hava boşluğunda saxlayıb, müxtəlif kimyəvi maddələrin içinə salıblar. Alim vurğulayıb ki, bütün bu hallarda bakteriyalar sağ qalıb. Onların belə kəskin "şərtlər" daxilində yaşaması mikroorqanizmlərin Günəş sistemində hərəkət etməsinə də imkan verir. Bioloji varlığın belə dözümlü olmasının səbəbi isə onun daxilində 10 ədəd oxşar genefondun mövcud olmasıdır. Lakin bir çox halda ona 1 belə genefond da bəs edir.
