
Alman alimləri müəyyənləşdiriblər ki, depressiyadan əziyyət çəkən insanların gözlərinin qarışıq rənglərə reaksiyası zəifləyir. Bu səbəbdən bu kateqoriyaya aid insanlar dünyanı boz tonlarda qəbul edirlər. Bu nəticələr Frayburq universitetinin professoru Ludger Tebars tərəfindən aparılan araşdırmalar zamanı əldə edilib. Təcrübələrdə könüllülər iştirak edib. Onlar 2 qrupa ayrılıblar. Bir qismi depressiyadan əziyyət çəkənlər, digər qismi isə sağlam insanlar olub. Hər iki qrupun üzvlərinə ağ-qara fonda təsvirlər göstərilib. Nəticədə 1-ci qrupun üzvlərinin qarışıq rənglərdən ibarət hissələrə reaksiyasında ləngimələr müşahidə olunub. Bununla da depressiya ilə sözügedən reaksiya arasında bağlılığın olduğu üzə çıxıb. Normal insanlarda isə tor qişanın ağ-qara rənglərə reaksiyası adekvatlıq təşkil edib. Bu səbəbdən həkimlər depressiyadan tez qurtulmağı və bunun üçün müəyyənləşdirilmiş üsullara əl atmağı məsləhət görürlər.
