
Müxtəlif ölkələrin alimlərinin çoxillik araşdırmaları sübut edir ki, klassik musiqi bitkilərin artımına və inkişafına təsir edir. Otaq gülləri musiqinin təsirilə daha yaxşı boy atır və çiçəklənir.
Bu fakt təcrübədə ilk dəfə meyvə satan yapon firmalarının birində tətbiq edilib. Kompaniya V. Motsartın musiqisinin sədaları altında yetişən bananı nümayiş etdirib. Kompaniyanın nümayəndəsinin sözlərinə görə, yeni bananlar adi şəraitdə, musiqi sədaları olmadan yetişdirilən bananlardan daha şirin və zərifdirlər.
Bu təcrübə Fukusimanın prefekturasındakı zavodda “sake” içkisinin istehsalı zamanı da həyata keçirilib. Məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə L.Bethovenin, İ.Baxın musiqilərindən, eləcə də caz musiqisindən istifadə etmişlər. Lakin ərzağın keyfiyyətinə ən müsbət təsir göstərən V.Motsartın kompozisiyaları olmuşdur.
Alimlər bu effekti V. Motsartın musiqilərində yüksək səs tezliyinin olması ilə izah edirlər. Sübut olunub ki, bu, insan orqanizminə də müsbət təsir göstərir.
İndi Yaponiyada ərzaq dükanlarından müsbət təsiri olan klassik musiqidən istifadə etməklə hazırlanmış çörəyi, yaymanı və digər məsulları almaq olar.
