Portağal sümüyü bərkidir

Texas universitetinin alimləri müəyyənləşdiriblər ki, daimi olaraq qreypfrut və portağal şirələrini qəbul etmək osteoporozun inkişafına mane olur. Təcrübələr 36 siçovul üzərində aparılıb. Onlardan 1/3-i apelsin şirəsi, 30 faizi portağal şirəsi, qalanları isə adi suyla qidalandırılıb. Araşdırmalar 2 ay davam etdirilib. Məlum olub ki, portağal və qreypfrut şirələri içən siçovulların sümükləri getdikcə möhkəmlənib. Alimlər vurğulayıblar ki, bu meyvələrin şirələri sümük toxumalarının möhkəmlənməsinə şərait yaradan antioksidantları fəallaşdırır. Qeyd edək ki, osteoporoz sümüklərin bərkliyini azaldan xəstəlikdir. Bu xəstəlik adətən 50 yaşdan sonra inkişaf etməyə başlayır.
Bölmənin digər xəbərləri
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi