Siqaret karlıq yaradır

Belçikanın Antverpen universitetinin alimləri müəyyənləşdiriblər ki, siqaret çəkmək eşitmə qabiliyyətini zəiflədir. Uzun müddət siqaret çəkdikdən sonra yaranan bu problemi aradan qaldırmaq isə mümkün deyil. Təcrübələrdə 4 mindən artıq insan könüllü şəkildə iştirak edib. Onların eşitmə qabiliyyəti ilə bağlı testlər aparılıb. Daha sonra onlara adətləri ilə bağlı suallar verilib. Araşdırma layihəsinin rəhbəri Erik Fransen vurğulayıb ki, eşitmə qabiliyyəti ilə bağlı problemlər 1 ildən artıq siqaret çəkən insanlarda dönməz hal alır. Mütəxəssislərin qənaətincə, yaranmış problemi hətta gün ərzində qəbul edilən nikotinin miqdarını azaltmaqla da aradan qaldırmaq mümkün deyil.
Bölmənin digər xəbərləri
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi