
ABŞ-ın Stenford universitetinin alimləri funksional maqnit rezonans tomoqrafiyasının köməkliyi ilə kişilərin komputer oyunlarına maraq göstərmələrinin səbəbini ayırd etmək qərarına gəliblər. Onlar bu nəticəyə gəliblər ki, kişilər qadınlara nisbətən kompüter oyunlarına 2-3 dəfə daha artiq aludə olurlar. Tədqiqatın əsas müəllifi doktor Alan Reis artıq uzun illərdir ki, fərqli cinsdən olan fərdlərin psixikası sahəsində araşdırmalar aparır. 2005-ci ildə qadınlar və kişilər arasında yumor hissinin fərqliliyi haqqında tədqiqatlar aparan Alan və həmkarları son zamanlar ərazi konsepsiyasını öyrənməyə başlayıblar. Onlar bu sahəni daha dərin öyrənə bilmək üçün sadə kompüter oyunu da icad ediblər. Belə ki, onlar monitorun mərkəzinə divar şəkilli obyekt qoyublar və ekranın sağ tərəfindən həmin obyektə tərəf 10 kürəcik irəlıləyir. əgər oyunçu kurələri onlar divara toxunana qədər vura bilərsə divar sağa tərəf irəlıləyır və bununla da oyunçu əlavə ərazi qazanır. Əks təqdirdə isə oyunçu ərazisini itirmiş olur.
11 kişi və 11 qadının iştirak etdiyi eksperimentlərdə onların betinləri oyun zamanı funksional maqnit rezonans tomoqrafiyasının köməyi ilə nəzarətdə saxlanılıb. Və məlum olub ki, oyun zamanı qadınlardan fərqli olaraq kişilər daha çox ərazi qazanmağa müvəffəq olublar.Belə ki,kişilər hansı kürəciklərin ilk növbədə vurulmasını müəyyənləşdirib onları zərərləşdiriblər. Məlum olub ki,oyun zamanı hər iki cinsdən olan oyunçuların beyinlərində həzz alma refleksinə cavab verən mezokortikolimbik sahə aktivləşməyə başlayıb.Lakin qadınlardan fərqli olaraq kişilərdə bu sahə daha aktiv olub.Özüdə bu aktivlik vurulan kürəciklərartdıqca çoxalmağa başlayıb.
Aimlərin kikrincə ərazi zəbt etməklə kişilər daha çox həzz alırlar. Alanın sözlərinə görə, tarixi faktlar da bu nəzəriyyənin həqiqliyini sübutn edir.Məhz bu xüsusiyyətə görə kişilər ərazi zəbt etmək imkanı verən oyunlara daha bağlı olurlar. Bundan əlavə kişilər oyunun daha çox davam etməsində də maraqlı olurlar. Bu səbəbdən də kişilər aqressiya və işğalçılıq motivləri olan oyunlara daha çox maraq göstərirlər.
