İnsan dərisindən ev

Amerikalı alimlər insan dərisi ilə eyni keyfiyyətə malik bioloji ev örtükləri hazırlamağı planlaşdırırlar. Bu "canlı" binalar havanın necə olacağına reaksiya verə bilir. Bunun üçün artıq layihəyə 2 milyon dollar qrant da ayrılıb. Pensilvaniya universitetinin alimləri insan dərisinin hüceyrələrinə diqqət yetiriblər. Onlar vurğulayıblar ki, dəriyəoxşar materialdan hazırlanacaq bu örtuklər orqanizmdəki kimi havaya reaksiya verə biləcək. Məhz bu xüsusi örtüklər vasitəsilə evdəki kommunikasiya vasitələri hava şəraitinə uyğun işə düşəcək. Soyuq olduqda kondisionerlər isti, isti olduqda isə soyuq hava buraxacaq. Bununla da evdəki şərait hava proqnozuna uyğun tənzimlənəcək.
Bölmənin digər xəbərləri
Müsahibə
Xəbərlər
12-12-2017

Ölkə səhiyyəsi