Pul saymaq ağrını azaldır   |   29 yaşında nənə oldu   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Qadınlar, qəhvə için!   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Enli budlar sağlam ürəyə işarədir   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Çiyələk gümrahlığı artırır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Yuxusuzluq kökəldir   |   İnsulini sprey əvəz edəcək   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Sevgi ürəyə xeyirdir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Diliniz dərdinizdən danışır...   |   Saqqız çeynəməyin faydaları   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Uşaqları öpməyin!   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Peşənə bax, ölümünü bil!   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Nikah gecəsinin sirləri   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Almanı qabıqlı yeyin   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Qadınlar yatanda arıqlayır   |   Soğan yemək beyini gücləndirir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Oturaq iş qadınları qocaldır   |   Güclü cinsin zəif tərəfləri   |   Ana südü xərçəngə qarşı   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsinin maliyyələşdirilməsi qaydasını müəyyən etsin;

1.5. həmin Qanunun 7.2-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmini, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısını və miqdarını, habelə bu preparat və vasitələrlə təminat qaydasını müəyyən etsin;

1.6. bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

1.7. öz səlahiyyətləri daxilində «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci, 6.1-ci, 7.1-ci, 7.2-c.i və 7.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir;

2.3. həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»mn səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə «Şəkərli diabet üzrə Dövlət Proqramı»nın üç ay müddətində hazırlanmasını və təsdiq edilməsini təmin etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2004-cü il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 13
Bütünlüklə: 1266