Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Saqqız çeynəməyin faydaları   |   Enli budlar sağlam ürəyə işarədir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Çiyələk gümrahlığı artırır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Əlləriniz xarakterinizi göstərir   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Sadizmə meyilli olan insan portreti   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Zəmanə qadınları...   |   Qadınlar, qəhvə için!   |   Qadınlar niyə çox danışır?   |   Kola spermanın tərkibini korlayır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Yaşın fərqi varmış   |   Güclü cinsin zəif tərəfləri   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Yuxusuzluq kökəldir   |   Körpələr yatanda da öyrənir   |   Gəzinti ən yaxşı idmandır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Soğan yemək beyini gücləndirir   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Autizm dünyanın sonu deyil   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Oturaq iş qadınları qocaldır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Ramazan ayında necə qidalanmalı?   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   
"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Narkoloji xidmət və nəzarət haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Narkoloji xidmət və nəzarət haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təsdiq etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsində nəzərdə tutulmuş narkoloji xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • Həmin Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısını və məhdudiyyətin müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş tibbi yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş insan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş detoksifikasiyanın keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 13.0-cı maddəsində nəzərdə tutulmuş xüsusi müşahidənin aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 14.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş narkoloji yardım sahəsində fəaliyyət göstərmək üçün xüsusi razılığın verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş narkoloji xidmət sahəsində sosial tədbirlər haqqında vahid dövlət proqramını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 19.6-cı maddəsində nəzərdə tutulmuş narkoloji xəstələrin qeydiyyatının aparılması qaydasını və onların qeydiyyatda olma müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş narkoloji xəstəliklərin profilaktikası üzrə vahid dövlət proqramını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 24.3-ci maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • öz səlahiyyətləri daxilində «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri daxilində «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
  • «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci və 7.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 1247