Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Yaşın fərqi varmış   |   Ana öpüşü güclü immunitet yaradır   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Pula qarşı allergiyası olan insan   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Həkimlərdən qeyri-adi cəza   |   Tənhalıq xərçəngə səbəb olur   |   Partenofiliya - bakirə qızlara meyl   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Almanı qabıqlı yeyin   |   Uşaqları öpməyin!   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Saqqız çeynəməyin faydaları   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Dişləri düzgün fırçalama texnikası   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Savadlı ol ürəyin ağrımasın   |   Enli budlar sağlam ürəyə işarədir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Çili bibərləri ağrıkəsicidir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Linza seçərkən diqqətli olun   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Kişilər yoxa çıxacaq   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Müasir xanımlar çox yaşayır   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Əkizlər ana bətnində dostlaşırlar   |   
"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Psixiatriya yardımı haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Psixiatriya yardımı haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Psixiatriya yardım haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
  • həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətin məhdudlaşdırılması tələb olunan peşə növlərini və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısını təsdiq etsin;
  • öz səlahiyyətləri daxilində «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 1.0.2-ci, 7.4-cü, 13.2-ci, 41.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 18.3-cü, 30.0.7-ci, 31.1-ci və 31.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
  • həmin Qanunun 35.2-ci və 35.3-cü maddələrində «xüsusi razılıq» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nm 36-cı bəndinə müvafiq sürətdə verilmiş xüsusi razılıq (lisenziya) nəzərdə tutulur.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2001-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 11
Bütünlüklə: 1268