Ramazan ayında necə qidalanmalı?   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Suyu az içmək beyni qocaldır   |   Nikah gecəsinin sirləri   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Tüstüsüz siqaret kəşf edildi   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Köklük insult riskini artırır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Ana südü xərçəngə qarşı   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Əlləriniz xarakterinizi göstərir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Enli budlar sağlam ürəyə işarədir   |   Arıqladan çimərlik paltarı   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Portağal sümüyü bərkidir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Autizm dünyanın sonu deyil   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Depressiya görməni zəiflədir   |   Linza seçərkən diqqətli olun   |   İnsulini sprey əvəz edəcək   |   Şokolad qan təzyiqini azaldır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Kök kişilər daha sədaqətlidir   |   Soğan yemək beyini gücləndirir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Piylənmə və artıq çəki problemi   |   Yuxusuzluq kökəldir   |   Diliniz dərdinizdən danışır...   |   Kola spermanın tərkibini korlayır   |   
"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

 "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş «Vərəm xəstəliyinin yayılmasının qarşı-sının alınması üzrə Milli Proqram»ın qəbul edilməsini təmin et-sin;
  • həmin Qanunun 13-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısını müəyyən etsin;
  • həmin Qanunun 14-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müavinətin verilmə qaydasını və şərtlərini müəyyən etsin;
  • bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
  • həmin Qanunun 8-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasında və-rəmlə mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci his-səsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci hissəsində, 8-ci maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində, 13-cü maddəsinin birinci və altıncı hissələrində və 14-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci, ikinci və dördüncü hissələrində və 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli qurumları həyata keçirirlər;
  • həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
  • həmin Qanunun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş vərəm mikrobakteriyaları ifrazedicisi olan şəxsin növbədənkənar və ya ilk növbədə aldığı mənzil üzərində hüququnu təsdiq edən sənəddə həmin mənzilin xəstəlik ilə əlaqədar verildiyi barədə qeyd yazılmalıdır;
  • həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində və 6-cı maddəsinin birinci hissəsində «xüsusi razılıq» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq surətdə verilmiş xüsusi razılıq (lisenziya) nəzərdə tutulur.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 1280