Ünsiyyət xərçəngin qarşısını alır   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Xərçəng yox olmaq üzrədir…   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Ev işləri erkən doğum risqini artırır   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Qadınlar daha ağıllıdır   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Gəzinti ən yaxşı idmandır   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Başı başqa bədənə köçürüləcək   |   Təzyiq altında yaşamayın   |   Piylənmə və artıq çəki problemi   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Qadınlar niyə çox danışır?   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Peşənə bax, ölümünü bil!   |   Depressiyanın dərmanı - dondurma   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Su filtrindən süzülən xəstəlik   |   Oturaq iş qadınları qocaldır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Ramazan ayında necə qidalanmalı?   |   Saqqız çeynəməyin faydaları   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Qadınların sevimli yaş dövrü   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   
"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddətini və qaydasını müəyyən etsin;
  • həmin Qanunun 6-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısını müəyyən etsin;
  • həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısını və həmin müavinətin həcmini müəyyən etsin;
  • bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin; - öz səlahiyyətləri daxilində «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikasının Qanunun-dan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci və ikinci hissələrində, 6-cı maddəsinin altıncı hissəsində və 15-ci maddəsinin birinci və dördüncü hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 4-cü maddəsinin birinci hissəsində, 6-cı maddəsinin üçüncü və dördüncü hissələrində, 7-ci maddəsinin birinci hissəsində, 10-cu və 12-ci maddələrində və 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər;
  • həmin Qanunun 6-cı maddəsinin birinci hissəsində «xüsusi razılıq alan hüquqi və fiziki şəxslər» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər nəzərdə tutulur.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 14
Bütünlüklə: 1307