Xərçəngi insan yaradıb?   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Çili bibərləri ağrıkəsicidir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Sevgi ürəyə xeyirdir   |   Peşənə bax, ölümünü bil!   |   Siqaret karlıq yaradır   |   Gəzinti ən yaxşı idmandır   |   İnsulini sprey əvəz edəcək   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   İnternet qocalmanı sürətləndirir   |   Balığın sağlamlığınıza faydaları   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Dişləri düzgün fırçalama texnikası   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Yaşın fərqi varmış   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Sevgi qurban tələb edir   |   Su filtrindən süzülən xəstəlik   |   Autizm dünyanın sonu deyil   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Linza seçərkən diqqətli olun   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   
"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Özəl tibb fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"Özəl tibb fəaliyyəti haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sm ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş özəl tibbi praktika ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajını və müvafiq sertifikat alınması qaydasını müəyyən etsin;
  • həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərini müəyyən etsin;
  • həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydalarını müəyyən etsin; həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
  • öz səlahiyyətləri daxilində «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci və ikinci hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 15-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; - həmin Qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 9-cu maddəsinin ikinci hissəsində, 16-cı maddəsinin dördüncü abzasında və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 10-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan və dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlakın, habelə səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı olan binaların özəl tibb fəaliyyəti subyektlərinə icarəyə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi tərəfindən həyata keçirilir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 1366