Boşanma kişilərə də təsir edir   |   Pul saymaq ağrını azaldır   |   Prostatit və onunla mübarizə   |   Təzyiq altında yaşamayın   |   Sonsuzluq – miflər və faktlar   |   Siqaret karlıq yaradır   |   Oturaq iş qadınları qocaldır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   İnsulini sprey əvəz edəcək   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Ramazan ayında necə qidalanmalı?   |   Əlləriniz xarakterinizi göstərir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Soğan yemək beyini gücləndirir   |   Qadınlar, qəhvə için!   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Dişləri düzgün fırçalama texnikası   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Kişilər yoxa çıxacaq   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Körpələr yatanda da öyrənir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Stress qadınların beynini zəiflədir   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Ev işləri erkən doğum risqini artırır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Savadlı ol ürəyin ağrımasın   |   Saqqız çeynəməyin faydaları   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Portağal sümüyü bərkidir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Qadınlar niyə çox danışır?   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Mavi gözlülərin genetik atası eyni olub   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Enli budlar sağlam ürəyə işarədir   |   
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"Tibbi sığorta haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

 

"Tibbi sığorta haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş tibbi sığorta müqaviləsinin formasını və bağlanma qaydasını müəyyən etsin;
  • həmin Qanunun 4-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş tibbi sığortanın ayn-ayrı növlərinə aid qaydaların və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyalarını müəyyən etsin;
  • həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş tibbi sığorta şəhadətnaməsinin formasını və onun tətbiqi qaydalarını müəyyən etsin;
  • həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş icbari tibbi sığorta haqlarının məbləği və ödənilmə qaydasını müəyyən etsin;
  • həmin Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş icbari tibbi sığorta proqramını təsdiq etsin;
  • həmin Qanunun 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş icbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tarifləri müəyyən etsin;
  • həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin ikinci hissəsində, habelə 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • öz səlahiyyətləri daxilində «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü və beşinci hissələrində, 5-ci maddəsinin dördüncü hissəsində, 6-cı maddəsinin birinci hissəsinin ikinci abzasında, 10-cu maddəsinin birinci hissəsində, 11-ci maddəsində, 12-ci maddəsinin birinci hissəsində və 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarəti həyata keçirir;
  • həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqam»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
  • həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli orqanları həyata keçirirlər;
  • həmin Qanunun 3-cü maddəsinin dördüncü hissəsində «xüsusi razılığı olan müalicə-profilaktika, elmi tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslər nəzərdə tutulur;
  • həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş tibbi sığortanı həyata keçirmək üçün xüsusi razılığın verilməsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyəti növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 44-cü bəndinə müvafiq olaraq həyata keçirilir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 1999-cu il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 23
Bütünlüklə: 1384