Başı başqa bədənə köçürüləcək   |   Təzyiq altında yaşamayın   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Pul saymaq ağrını azaldır   |   Qadınlar daha ağıllıdır   |   Piylənmə və artıq çəki problemi   |   Çiyələk gümrahlığı artırır   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   İnsulini sprey əvəz edəcək   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   2 yaşında 41 kilo oldu   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Yuxusuzluq kökəldir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   İnternet qocalmanı sürətləndirir   |   Körpələr yatanda da öyrənir   |   Yaşın fərqi varmış   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Depressiyanın dərmanı - dondurma   |   Pula qarşı allergiyası olan insan   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Boşanma kişilərə də təsir edir   |   Savadlı ol ürəyin ağrımasın   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Şokolad qan təzyiqini azaldır   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Ana bətnində 4 gün donduruldu   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Həkimlərdən qeyri-adi cəza   |   B6 vitamini xərçəng risqini azaldır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Xərçəngi insan yaradıb?   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Çox gülən qadınlar tez kökəlir   |   
"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısını təsdiq etsin;
  • həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan və (və ya) toxumaların transplantasiyasının qaydaları və şərtlərini, habelə onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısını təsdiq etsin;
  • həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydalarını təsdiq etsin;
  • bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
  • öz səlahiyyətləri daxilində «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsində, 4-cü maddəsinin ikinci hissəsində, 6-cı maddəsinin ikinci və üçüncü hissələrində və 7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2000-ci il

Material www.health.gov.az saytından götürülüb

Baxış sayı
Ay ərzində: 18
Bütünlüklə: 1288