Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Qadınların sevimli yaş dövrü   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Əlləriniz xarakterinizi göstərir   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Uzunömürlülüyün sirri   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Gəzinti ən yaxşı idmandır   |   Çox oturmağın zərərləri   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   İnternet qocalmanı sürətləndirir   |   Yemiş stressin dərmanıdır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Kişilərin futbol sevgisi   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Almanı qabıqlı yeyin   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Linza seçərkən diqqətli olun   |   Tənhalıq xərçəngə səbəb olur   |   Ana bətnində 4 gün donduruldu   |   Arıqladan çimərlik paltarı   |   Oturaq iş qadınları qocaldır   |   Diliniz dərdinizdən danışır...   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Şokolad qan təzyiqini azaldır   |   Ev işləri erkən doğum risqini artırır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Saqqız çeynəməyin faydaları   |   Savadlı ol ürəyin ağrımasın   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Qaradərili insanlar daha sakit olurlar   |   Uşaqları öpməyin!   |   Zəmanə qadınları...   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   B6 vitamini xərçəng risqini azaldır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   
Üzüm

ÜZÜM. Müalicə vasitəsi kimi meyvələrindən və yarpaqlarından istifadə edilir. Kimyəvi tərkibinə gjörə üzüm bir qədər ana südünə oxşayır. Belə ki, üzümdə olan üç vitamin bilavasitə qan və qanəmələgətirən sistemə aiddir:

- foll turşusu (B qrupuna daxil olan vitamindir) qan əmələ gətirməsini gücləndirir;

- K – vitamini qanın laxtalanma sisteminə müsbət təsir göstərir;

- P – vitamini qan damarlarının divarlarını möhkəmləndirir və qan təzyiqini normallaşdırır.

Üzüm tənəffüs yollarının iltihabında çox faydalıdır. Meyvələri sidikqovucu, yüngül işlədici və tərlədici təsirə malikdir. Üzüm qan azlığında, mədə şirəsi çox olan qastritdə, babasildə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada, əsəb üzgünlüyündə, yuxusuzluqda və qəbizlikdə məsləhət görülür. Arsen, morfin, kokain, stirxinin və s. ilə zəhərləndikdə üzüm zəhər əleyhinə vasitə kimi işlədilir. Meyvələrində və şirəsində olan qlükoza ürəyin yığılma fəaliyyəti və əzələ tonusuna müsbət təsir göstərir. Üzüm şirəsi sidik daşı xəstəliyində bədəndən sidik turşusunu qovmaq üçün məsləhətdir. Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və b. içkilər məsləhət görülmür. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, isalda, ürək çatışmazlığında və xroniki faringitdə məsləhət görülmür.

Üzüm çox qiymətli pəhriz ərzağıdır. Bronxial astmada üzüm şirəsi çox faydalıdır. Üzümlə müalicə olunduqda müalicə 1-1,5 ay aparılır. Hər gün 200 q üzüm yeməyə başlamaqla və tədricən 1,5-2 kq-a çatdırmaq lazımdır. Müalicə zamanı yeməkdən 1,5-2 saat əvvəl acqarına üzüm yemək lazımdır. Müalicə məqsədilə qış vaxtı kişmişdən və ya üzüm şirəsindən istifadə edilir.

Üzüm həlimi. 100 q üzüm qurusu bir stəkan su ilə 10 dəqiqə qaynadılır, şirəsi sıxılır, öskürəyə qarşı və bəlğəmgətirici vasitə kimi gündə 3 dəfə, ½ stəkan qəbul edilir. Yarpaqlarının həlimi anginada qarqara etmək üçün işlədilir. Xalq təbabətində üzüm öskürəkdə, sidik kisəsi xəstəliyində və babasildə istifadə edilir.

Yadda saxlamaq lazımdır ki, üzüm dişlərin emalınıın dağılmasına səbəb olduğu üçün üzüm yedikdən sonra dişləri təmiz yumaq məsləhətdir.

Orqanizmdə daş əmələ gəlməsinin qarşısını almağa və sidik turşularının bədəndən xaric olmasına üzüm və onun suyu kömək edir. Belə xəstələrə üzüm yemək, onun suyunu içmək məsləhət görülür. Böyrək daşı və başqa böyrək xəstəliklərində üzüm yemək faydalıdır.

Həddindən artıq yorulmada (üzülmədə) hər 2 saatdan bir 2 x.qaşığı üzüm şirəsi içmək məsləhət görülür.

Hələ qədim insanlar hiss etmişdilər ki, qurudulmuş üzüm – kişmiş yemək əsəb sisteminə yaxşı təsir edir, hirsi yatırır, əhval - ruhiyyəni yaxşılaşdırır, ürəyi möhkəmlədir və qaraciyərin işini stimullaşdırır.

Kişmiş qlukoza və dəmirin yaxşı mənbəyidir, bədən tərəfindən yaxşı mənimsənilir və qanın kimyəvi tərkibini yaxşılaşdırır. Tünd rəngli şirin kişmişlər ürəyin həyat tonusunu qaldırır. Bunun üçün kişmişi, qoz, badam və ya fındıq ləpəsi ilə yemək lazımdır. Bu məqsədlə gündə 100 q kişmiş və 50 q ləpə yemək lazımdır. Bu aktiv zehni (əqli) işlə məşğul olanlara, xüsusilə, faydalıdır. Ağ kişmiş gözəl təbii işlədici olduğu üçün bağırsaqları təmizləyir.

Üzüm yedikdə orqanizm möhkəmlənir. Gündə iki dəfə və hər dəfə 1 stəkan üzüm şirəsi içmək, orqanizmin kaliuma olan tələbini ödəyir.

Abqoranın hazırlanması. Müxtəlif xörəklərin hazırlanmasında və bəzi xəstəliklərdə abqoradan istifadə edilir. Abqora hazırlamaq üçün kal üzüm salxımları yığılır, onlar təmizlənir, yuyulur, taxta qaba doldurulur, ağac toxmaqla döyüb suyunu çıxarırlar. Alınan suyu tənzifdən süzüb şüşə qaba doldururlar. Alınan kal üzüm suyu durulana qədər bir müddət qabda saxlanır, tam durulduqdan sonra butulkalara doldurulur, ağzını bərk bağlayırlar.

Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır ki, maye acımasın və qora suyu öz keyfiyyətini itirməsin.

Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərk bağlanmış butulkalar günəş işığı düşən yerə düzülür və 40 gün günəş işığı altında saxlanır. Nəticədə, butulkalardakı abqora öz şəffaflığını itirir, xına rəngi alır. Bu halda abqora hazır hesab olunur, butulkalardakı abqora şkafda sərin yerdə saxlanır.

Baxış sayı
Ay ərzində: 32
Bütünlüklə: 3133