
Norveçin Elm və Texnologiya İnstitutunun alimlərinin araşdırmaları nəticəsində maraqlı və kifayət qədər qəribə fakt ortaya çıxıb. Sən demə, əksər kişilər mədəni həyat keçirən zaman daha çox depressiyaya düşürlər. "The Daily Telegraph" araşdırmanın nəticələrinə əsasən yazır ki, mədəni və mənəvi dəyərlərə fikir verməyən kişilər depressiyadan daha az əziyyət çəkir. "Hansı kişilər ki mədəni həyat keçirməyə məcbur edilirlər, onlar həyatları boyunca daha çox depressiya halı keçirirlər", - deyə alimlər bildirir.
Araşdırma təxminən 50 min nəfər üzərində aparılıb. Məlum olub ki, məsələn, mənzili olmayan kişi bundan daha az depressiya keçirir, nəinki musiqinin və ya hansısa tamaşanın təsirindən. Qadınlarda isə belə hal üzə çıxmayıb. Bununla yanaşı, alimlər mədəni həyatın həm kişilərin, həm də qadınların əhvalına ilkin mərhələdə müsbət təsir göstərdiyini müəyyənləşdiriblər. Araşdırma müəllifləri mədəni həyat tərzinin insanın fiziki sağlamlığına da təsirini müəyyənləşdirməyə çalışsalar da, belə əlaqə tapa bilməyiblər.
