Şokolad və kakao öskürək zamanı kömək edir   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Arıqladan çimərlik paltarı   |   Depressiyanın dərmanı - dondurma   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Tənhalıq xərçəngə səbəb olur   |   2 yaşında 41 kilo oldu   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Pul saymaq ağrını azaldır   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Prostatit və onunla mübarizə   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Qadınlar daha ağıllıdır   |   Ramazan ayında necə qidalanmalı?   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Ev işləri erkən doğum risqini artırır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Su filtrindən süzülən xəstəlik   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Peşənə bax, ölümünü bil!   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Müasir xanımlar çox yaşayır   |   Kola spermanın tərkibini korlayır   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Köklük insult riskini artırır   |   Şokolad qan təzyiqini azaldır   |   Başı başqa bədənə köçürüləcək   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Autizm dünyanın sonu deyil   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   
Nar

NAR. Nar ən qədim dərmandır. Onun təbabətdə qiymətliliyini Hipokrat qəbul edirdi. Yunanıstan və Roma həkimləri mədə ağrılarında nar şirəsi, dizinteriya və yara sağaltmaq üçün meyvələrini, qabığını, qurd əleyhinə vasitə kimi ağacının qabığını təyin edirdilər.

Narın şirəsi iştahanı artırır, mədə – bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, mədə-bağırsağı bərkitmə və ağrıkəsici təsirə malikdir. Müxtəlif ölkələrin xalq təbabətində mədə xəstəliklərini, aterosklerozu, bronxial astmanı, sinqanı, anginanı, yoğun bağırsağın iltihabını, titrətmə – qızdırmanı, malyariyanı müalicə etmək üçün nar şirəsi işlədilirdi.

Narın qabığının qaynanmış suda dəmlənməsi mədə pozğunluğunda qədimdən istifadə edilir. Bu məqsədlə 1 xörək qaşığı xırdalanmış qabığı bir stəkan qaynanmış suda rəngi çıxana qədər dəmləmək və alınan dərmanı süzüb bir dəfəyə içmək.

 

Parazitləri insan bədənindən qovmaq üçün bir ədəd narın qabığını 150 ml suda bişirmək, süzmək. Bu həcmi 3 dəfəyə 1,5 saat ərzində qaynanmış su ilə içmək. 3-4 saatdan sonra 1 x.qaşığı gənəgərcək (kostorka) yağı içmək. Bütün prosedura dövründə heç nə yemək olmaz.

 

Səs xırıltılı və boğuq olduqda bütöv narı yumşalana qədər bişirmək, sonra qabığını kəsib içərisindəkini qaba töküb bir az bal qatıb alınan qatışığı çay qaşığı ilə boğazda (udlaqda) bir qədər çox saxlamaqla içmək.

 

Sınıqda nar köklərindən 2 çay qaşığı xırdalamaq 1 st. qaynar su töküb 30 dəq. qaynatmaq, soyutmaq, süzmək. Yeməkdən 20 dəq. qabaq gündə 2-3 dəfə hər dəfə 50 ml qəbul etmək.

 

Qurdları qovmaq üçün: narın köklərinin və çubuqlarının qabığından 50 qr götürüb 0,5 litr su töküb 15 dəq. bişirmək, süzmək. Bir qədər əhəng suyu əlavə etmək. Gündə 2-3 dəfə içmək. Bu soliter qurdlarını salır (qovur).

Gülöyşə narı yemək və ya gündə bir stəkan şirəsini içmək qanazlığında xeyirlidir.

 

Ürək ağrısında qan təzyiqində nar şirəsini şəkərlə qarışdırıb 10-15 gün 200 qram içmək məsləhətdir.

Baxış sayı
Ay ərzində: 19
Bütünlüklə: 2300