Portağal sümüyü bərkidir   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Çiyələk gümrahlığı artırır   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ana südü xərçəngə qarşı   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Xərçəng yox olmaq üzrədir…   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Çili bibərləri ağrıkəsicidir   |   İdman depressiyanın dərmanıdır   |   Kişilər yoxa çıxacaq   |   Ramazan ayında necə qidalanmalı?   |   Dişləri düzgün fırçalama texnikası   |   29 yaşında nənə oldu   |   Sonsuzluq – miflər və faktlar   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Qaradərili insanlar daha sakit olurlar   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Qadınlar niyə çox danışır?   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Enli budlar sağlam ürəyə işarədir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Nikah gecəsinin sirləri   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Ana öpüşü güclü immunitet yaradır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Kola spermanın tərkibini korlayır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Uzunömürlülüyün sirri almadadır   |   Depressiyanın dərmanı - dondurma   |   
Ərik

ƏRİK. Əriyin meyvələrində kalsium duzları olduğundan ürək-damar sistemi və qanazlığı xəstəliklərində orqanizmə faydalı təsir göstərir. Ərik bağırsaqların boşalmasına yaxşı təsir edir. A provitamini ilə zəngin olduğu üçün üzün dərisinin gigiyenik şəraitinə yaxşı təsiri var. Üzün dərisini gün yandırarkən əriyin ətindən maska edirlər. Ərikdə karotinin miqdarı çox olduğu üçün onu uşaqların qidasına daxil etmək məsləhətdir.

 

Ərik təzyiqi olanlar üçün faydalıdır. Onda A vitamini olduğu üçün gözlərə və dəri üçün faydalıdır.

 

Ərik şirəsi hamilə qadınlar üçün çox faydalıdlır. Pakistan alimləri belə hesab edirlər ki, ölkənin bir qəbiləsinin nümayəndələrinin uzun ömür sürməsinə səbəb həmin qəbilənin ənənəvi olaraq əriklə çox qidalanmasıdır.

 

Müəyyən edilibdir ki, 100 q ərik qanəmələgətirmə prosesinə 20-40 mq dəmir və ya 200 q təzə qaraciyər kimi təsir göstərir. 150 q ərik şirəsi insanın bir günlük C vitamininə olan tələbini ödəyir. İldə hər adamın 2,5 kq ərik yeməsi məsləhətdir.

 

Xalq təbabətində ərik astma xəstəliyində məsləhət görülür, o orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Mədəni əriyin tumlarının ləpəsi Çin təbabətində az miqdarda öskürək zamanı sakitləşdirici vasitə kimi işlədilir.

 

Laringitdə (xirtdək iltihabı), bronxitdə (bronxların selikli qişasının iltihabı), traxeitdə və göy öskürəkdə ərik tumlarının ləpəsinin emulsiyası məsləhət görülür. Emulsiya: 20-30 ərik tumlarının ləpəsi xırdalanır və 1:1 nisbətində kərə yağı ilə qarışdırılır. Gündə 3 dəfə 1 ç.qaşığı qəbul edilir.

 

Zəiflik (arıqlıq) xəstəliyində quru qaysıdan, əncirdən, kişmişdən, qara gavalıdan hərəsindən 200 qr götürüb bunları bircinsli kütləyə çevrilənə qədər xırdalayıb əzib qarışdırmaq (ət maşından keçirmək olmaz). Bunlara 25 qr xırda doğranmış qoz ləpəsi əlavə etmək və yaxşı qarışdırmaq. Bankaya töküb soyuducuda saxlamaq. Gündə uşaqlara 1 ç.qaşığı, böyüklərə isə 1 x.qaşığı vermək. Bunu qatıqla, kefirlə qəbul etmək. Müalicə kursu 1 ay və daha çoxdur.

 

Avitaminozda. 1 stəkan ərik qurusu gün ərzində yemək. Böyrəkləri xəstə olanlara olmaz.

 

Ərik qurusu – qaysı üzvi turşularla, vitaminlərlə, karotin, fosfor, kalsium və dəmirlə zəngindir. Qaysının əsas üstünlüyü onun tərkibində kaliumun miqdarının çox olmasıdır. Buna görə də ürək-damar sistemi və böyrək xəstəliklərində qaysı yemək faydalıdır. Qurudulmuş ərik hipertoniyanın və qanazlığının müalicəsində istifadə edilir. Bundan başqa qaysı yaddaşı yaxşılaşdırır, işləmə qabiliyyətini artırır, beyinin damarlarının işinə müsbət təsir göstərir. İsladılmış qaysı bağırsaqları gözəl təmizləyir, qatı həlimi sidikqovucu təsir edir.

 

Gündə acqarına 2-3 dəfə ərik yemək və ərik şirəsini bir neçə gün 2 stəkan içmək onikibarmaq bağırsağın xəstəliyində əhəmiyyətlidir.

Baxış sayı
Ay ərzində: 25
Bütünlüklə: 2314