Həkimlərdən qeyri-adi cəza   |   Ana öpüşü güclü immunitet yaradır   |   Saqqız çeynəməyin faydaları   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Xərçəng yox olmaq üzrədir…   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Dişləri düzgün fırçalama texnikası   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Müasir xanımlar çox yaşayır   |   Peşənə bax, ölümünü bil!   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Çiyələk gümrahlığı artırır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Prostatit və onunla mübarizə   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Ev işləri erkən doğum risqini artırır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Tənhalıq xərçəngə səbəb olur   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Su filtrindən süzülən xəstəlik   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Linza seçərkən diqqətli olun   |   Diliniz dərdinizdən danışır...   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Pul saymaq ağrını azaldır   |   Şokolad qan təzyiqini azaldır   |   Gəzinti ən yaxşı idmandır   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Portağal sümüyü bərkidir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   
Çiçək tozcuqları

Çiçək tozcuqları: Tozcuqlar əsəb sisteminə yaxşı təsir göstərir, ürəyin fəaliyyətini normallaşdırır və mədə - bağırsaq sistemini, ağ və qara ciyərlərin, böyrəklərin, daxili vəzilərin sekresiyasının işini stimullaşdırır. Bitkilərin tozcuqları öz tərkibinə görə nadir qida məhsulu və bir çox xəstəliklərin müalicəsində və proflaktikasında universal təsirə malik dərman vasitəsidir. Məlumdur ki, bütün xəstəliklər üçün vahid və yüksək səmərəli dərman yoxdur və ola da bilməz. Lakin elə dərmanlar var ki, onu bir çox xəstəliklərdə müvəffəqiyyətlə istifadə etmək olar. Çiçək tozları belə dərmanlardandır. Təcrübi olaraq elə bir xəstəlik yoxdur ki, həmin xəstəlikdə çiçək tozu, bu və ya başqa dərəcədə faydalı olmasın.

Çiçək tozcuqları bizim və başqa ölkələrin farmokoloqları tərəfindən yaxşı öyrənilib və onların müalicəvi əhəmiyyəti də klinistlər tərəfindən yoxlanılıb. Formokoloqlar və klinistlər çiçək tozcuqlarının böyük profilaktik və müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq ediblər. Tozcuqlar təcrübi olaraq orqanizm üçün zərərsizdir (zərərli bitkilərin tozcuqlarından başqa).

Aparılmış çoxlu miqdarda tədqiqatlar tozcuqların qəbulunun yüksək səmərəli olduğunu aşağıdakı xəstəliklərdə sübut etmişdir: ürək – damar sistemi xəstəliklərində, hipertoniyada, qanazlığı və ağ qanlılıq xəstəliklərində (qan əmələgətirən vasitə kimi), mərkəzi əsəb və endokrin sistemlərinin xəstəliklərində.

Bitkilərin tozcuqları mədə –bağırsaq iltihabında, iştahanın artırılmasında, bağırsaqların fəaliyyətinin tənzimlənməsində, xüsusilə də xroniki qəbizlikdə yaxşı təsir göstərir. Uşaq xəstəliklərinin profilaktika və müalicəsində tozcuqlar yaxşı nəticə verir. Tozcuqlar orqanizmin qocalmasına mane olur. Kosmetikada da onlardan geniş istifadə olunur. Arılar bitkilərin tozcuqlarını toplayır, mürəkkəb fermentizasiyasından keçirib bal ilə qarışdırıb özlərinə yem hazırlayırlar ki, bu yemsiz arı ailəsi yaşaya bilmir. Çiçək tozcuqlarında yüksək aktivliyə malik olan antibiotiklər vardır ki, bunların sayəsində onlar min illər mühafizə olunub qalır.

Təcrübə göstərir ki, müalicə bitkiləri toplandığı kimi çiçəklərin də tozcuqlarının toplanmasını (yığılmasını) təşkil etmək olar və bəzi ölkələrdə bu müvəffəqiyyətlə həyata keçirilir.

 

Hipertoniya xəstəliyinin başlanğıcında çiçək tozcuqlarının bal ilə 1:1 və ya 1:2 nisbətində qəbul etmək faydalıdır.

 

Arılar tərəfindən toplanan çiçək tozcuqları bədxassəli qanazlığında, beynin iltihabında yaxşı müalicə əhəmiyyətinə malikdir. Dəmləmə: 180 qr bal, 50 qr tozcuq və 800 ml su. Balı soyuq suda həll etmək, az-az tozcuq əlavə etmək və fasiləsiz qarışdırmaq. Bu qatışığı bir neçə gün otaq temperaturunda (200C) qıcqırma prosesi baş verənə qədər saxlamaq. Alınan məhlul yaxşı dada və ətirə malik olur. Qarışdıraraq bu məhluldan gündə ¾ stəkan yeməkdən qabaq qəbul etmək. Bu dərmanı 6 gün ərzində qəbul etmək və yeni porsiya hazırlayıb qəbul etmək lazımdır.

Profilaktika məqsədilə qəbul edilən tozcuq dozası gündə üç dəfə bir çay qaşığından bir xörək qaşığına qədərdir. Tozcuqlar təzə halda daha səmərəlidir. Tozcuqları bal ilə şüşə qabda saxlamaq olar. Bal ilə tozcuqların nisbəti 2:1 götürülür (iki hissə bal, bir hissə tozcuq – məs. 200 qr. bal 100 q. tozcuq). Meyvə ağaclarının tozcuqları çox xeyirlidir.

Məşhur fransız alimi və ictimai xadimi Alen Kaya kişilərin 50 yaşdan sonra hər gün 15 qram tozcuq istifadə etməsini məsləhət görürdü.

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2761